"Bismillahir-rəhmanir-rəhim" deyib

Vikimənbə saytından
("Bismillahir-rəhmanir-rəhim" dеyib səhifəsindən istiqamətləndirilmişdir)
"Bismillahir-rəhmanir-rəhim" deyib
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq Ələsgər (2004). Əsərləri (az). "Şərq-Qərb". ISBN 9952-418-21-0. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

"Bismillahir-rəhmanir-rəhim" deyib,
Girirəm meydana, gəl eyləyək bəhs.
Sən toxundun, mən də sana toxunnam,
Şəriətdə halal qisasa – qisas,
Qoy ucalsın səs!

Bir xoş günü əvəz min aya billəm,
Boyun naqqaş çəkib minaya, billəm.
Pirim dərsim verib, min aya billəm,
Bir sözünə min söz deyim dəsbədəs,
Sən eylə həvəs.

Mən dərdliyəm, mən ağlaram, bu da ağlar,
Eşq ucundan sinəmdə var bu dağlar.
Bir tərlanam, ovlağımdı bu dağlar,
Sənsən şahi-zərzər, şikarın məkəs,
Hökmün kəsakəs.

Ovsunçuyam, ovsun sallam hi mara,
Bənna olsan, tərki axtar, him ara.
Səmin diraz, ləhcən bənzər himara,
Aləmə bədrətdi bu nitqü nəfəs,
Vüsali-hədəs.

Aşıq gərək bu meydanda bir qala,
Eşq ocağın bir ətəklə, bir qala.
Ələsgərdi Xeybər kimi bir qala,
Bacara bilməzsən, danışma əbəs,
Dur yerində pəs.