İnsan Hüquqları Haqqında Bəyannamə
VikiMənbə saytından
Bu yazının azərbaycan dili əlifbasının ərəb qrafikası ilə qarşılığı vardır. Bax: اینسان حوقوقلاری حاققیندا ائورنسل بیاننامه
1948-ci il dekabrın 10-da BMT baş məclisi “İnsan hüquqları haqqında bəyannamə” qəbul etdi. Bu bəyannamə 30 müddəadan ibarətdir.
- Hər bir insan azaddır və bizim hər birimizə eyni münasibət olmalıdır.
- Dərisinin rəngindən, cinsindən, dinindən, dilindən asılı olmayaraq hamı bərabərdir.
- Heç kimin sizi incitməyə və işgəncə verməyə haqqı yoxdur.
- Qanun hamı üçün birdir. O, hamıya eyni cür tətbiq olunur.
- Hər bir insan öz ölkəsinin vətəndaşı olmaq hüququna malikdir. Heç kimin sizin başqa ölkənin vətəndaşı olmağınıza mane olmaq hüququ yoxdur.