İstifadəçi müzakirəsi:Kriptex

Səhifə məzmunu digər dillərdə dəstəklənmir.
Vikimənbə saytından
Xoş gəlmisiniz, Kriptex!

Salam, Kriptex, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni mətn yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --Emin ismarış 16:13, 26 aprel 2014 (UTC)[cavabla]

Fəaliyyətiniz üçün təşəkkürlər![redaktə]

Çalışqanlıq Ulduzu
Vikimənbədəki fəaliyyətiniz üçün təşəkkür edirəm. N KOziMüzakirə 10:40, 13 İyun 2014 (UTC)

Çox sag olun.--Kriptex (talk) 17:54, 13 İyun 2014 (UTC)

Salam[redaktə]

Salam. Fəaliyyətiniz üçün təşəkkürlər. Zəhmət olmasa, səhifələrdə header yox Şablon:Başlıq istifadə edin. Uğurlar.--Emin ismarış 18:51, 17 İyun 2014 (UTC)

Aleykum salam. Ok. --Kriptex (talk) 19:09, 18 İyun 2014 (UTC)

Sual və təklif[redaktə]

Salam. Ramazan bayramınız mübarək. Sual: Bəzi kateqoriyalarda səhifə başlıqları kimi başlıqlar var, yəni təvəllüd, kiçik məlumat və s. (məs: Kateqoriya:Hüseyn Cavid) , bəzilərində yoxdur (məs: Kateqoriya:Mirvarid Dilbazi). bunun hansı daha düzgündür? hansını tətbiq etsək daha yaxşıdır? Bir də belə bir təklif var: Müəllif səhifələrində, vikipediyada olduğu kimi müəlliflərin əsl adını, yaxud tam adını qeyd edək. Bu şair və yazıçılara daha çox lazımdır. təxəllüslə tanınır, lakin əsl adları da qeyd olunsa yaxşı olardı. --Kriptex (talk) 16:13, 30 İyul 2014 (UTC)

Salam. Təşəkkürlər! Gec yazdığım üçün üzrlü hesab edin. Ümumiyyətlə, müəllif adları ilə olan kateqoriyalara ehtiyac yoxdur, Müəllif:XXXX tipli səhifələr kifayətdir və lazım olan məlumatlar Müəllif:XXXX səhifəsində qeyd olunmalıdır. Müəlliflərin adlarının necə qeyd olunmasını hər müəllif üçün ayrıca müzakirə etmək olar.--Emin ismarış 19:40, 2 avqust 2014 (UTC)[cavabla]

kateqoriya və səhifə silinməsi[redaktə]

Emin salam. menim yaratdığım bir neçə səhifə və kateqoriyanı silmisiz. Nəbi Xəzri və Mədinə Gülgünlə bağlı olaraq. Müəllif hüququ pozuntusu səbəbindən. Bunu necəsə düzəltmək olar? Yəni icazə olma şablonu və s. Birdə bizdə neçə ildi bu məhdudiyyət 100 ya 70? --Kriptex (talk) 17:57, 18 yanvar 2015 (UTC)[cavabla]

Salam. [1] Bizdə 70 ildir müddət. Müəlliflik hüququndan necə imtina etmək olar bilmirəm, yəqin ki, bu məhkəmə ilə həll olunur. --Emin ismarış 18:01, 18 yanvar 2015 (UTC)[cavabla]

Çox sağ olun. Müəllifin özündən və ya dünyasını dəyişibsə ailəsindən icazə almaqla necə mümkündürmü?--Kriptex (talk) 18:24, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf ki, bu haqda dəqiq məlumatım yoxdur.--Emin ismarış 18:26, 18 yanvar 2015 (UTC)[cavabla]

Təəssüf! Bir də axı biz müəllif hüquqlarını pozmuruq. Müəllifin adı göstərilir, artıq nəşr olunmuş bədii əsərləri yerləşdiririk. --Kriptex (talk) 18:37, 18 yanvar 2015 (UTC)[cavabla]

Vikilayihələrdə yerləşdirilən məlumatlar azad olmalıdır, yəni istənilən şəxs bu məlumatlardan istifadə edə bilməlidir. Müəllif hüququ ilə qorunan əsərlərin icazəsiz yayılması qadağandır. Burda yerləşdirilə bilməz.--Emin ismarış 18:39, 18 yanvar 2015 (UTC)[cavabla]

Aydındır. --Kriptex (talk) 18:42, 18 yanvar 2015 (UTC)[cavabla]

Ümid edirəm, bu silinmələr Sizin fəallığınızı azaltmayacaq. Hal-hazırda Vikimənbəyə töhfə verən çox az sayda istifadəçi var ki, onlardan biri də Sizsiniz. Uğurlar.--Emin ismarış 18:44, 18 yanvar 2015 (UTC)[cavabla]

Xeyr əlbəttə. Hələ bir necə səhifə və kateqoriya da silinəcək. Daha diqqətli olacam ki, məqalə sayı azalmasın. Sizə də uğurlar. --Kriptex (talk) 18:53, 18 yanvar 2015 (UTC)[cavabla]

Bəli, kifayət qədər silinməli səhifələr var. Amma statistikanın kəskin aşağı düşməməsi üçün hamısının birdən silinməsi düzgün olmazdı.--Emin ismarış 18:53, 18 yanvar 2015 (UTC)[cavabla]

Kateqoriya silinmə[redaktə]

Salam. Bakıxanovla bağlı bütün kateqoriyaları silmisiniz. Ümumiyyətlə baxdım, ədəbiyyatla bağlı kateqoriyaları silirsiz. Umumi qəzəllər, şeirlər kateqoriyalarına daxil edirsiz. Bu düzgün deyil. Tutalim mən viki istifadəcisi deyiləm, şagirdəm məsələn, axtarış aparanda çox çətin olacaq. Füzulinin qəzəllərini axtarmaq üçün "Qəzəllər"kateqoriyasını açıb bir-bir baxmalıyam ki, hansının müəllifi kimdir? Konkret bir müəllifin əsərləri mənə lazımdırdırsa birləşdirici səhifə Müəllif:xxx səhifəsi olur. Amma heç də bütün müəlliflərin əsərləri səhifələrində toplanmayıb. Kateqoriyalarında toplanmışdı amma. Rus vikimənbəsində daha yaxşı variantı məncə. Məs: Müəllif səhifəsi: ru:Иван Андреевич Крылов , Kateqoriya: ru:Категория:Иван Андреевич Крылов .

Ümumiyyətlə, kateqoriyaların yaradılmasını vahid qaydalara bağlamaq lazımdır. Yoxsa birimiz yaradıb birimiz siliriksə bu iş olmadı. Statiskiya da təsir göstərir, sizin də vaxtınız gedir, bizim də. Hörmətlə, --Kriptex (talk) 18:50, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Ayrı-ayrı müəlliflərin əsərləri Müəllif səhifəsində göstəriləcək, həmin kateqoriyalara ehtiyac yoxdur. Müəllif səhifəsi ilə eyni funksiyanı yerinə yetirir o kateqoriyalar. Kateqoriyalarda dövrə görə, növünə görə, mövzusuna görə əsərləri qruplaşdırmaq lazımdır. Əsərlərə aid məlumatları dəqiqləşdirdikdən sonra kateqoriyaları dəqiqləşdirə biləcəyik. İngilis, fransız, türkcə vikimənbələrdə də belədir. Silmək, yaratmaq problem deyil, əsas odur ki, nəticədə ən uğurlu variantı tətbiq edək.--Emin ismarış 19:20, 31 yanvar 2015 (UTC)[cavabla]

Salam. Siz bilərsiniz. Əsərlərin adı ilə bağlı kateqoriyalar necə olacaq? --Kriptex (talk) 16:34, 2 fevral 2015 (UTC)[cavabla]
Salam, kitablar Kitablar kateqoriyasında olmalıdır. İlinə, mövzusuna görə kateqoriyalara bölmək lazımdır.
Axsaminiz xeyir. Nəzərdə tutduğum sirf kitablar deyil. Məs: A.Bakıxanovun Mişkatul-ənvar poemasını yaratmaq istəyirəm. Baxıram ki, kateqoriyalarda toplanıb əsərlər. məs H.Cavidin dramlarını yaratmışdım. A.Yaquboğlu onları eyniadlı kateqoriyalarda toplayıb. Səyavus dramı Səyavus kateqoriyasında Kateqoriya:Səyavuş, Topal Teymur Topal Teymur Kateqoriyasında Kateqoriya:Topal Teymur və s. Buna baxıb mən də Azərbaycan şairi Nizami, Sərbəst insanlar ölkəsində və s. bu cür kateqoriyalar yaratmışdım. İndi ciddi dəyişikliklər edirsiz vikimənbədə. Bu tip kateqoriyalar üçün nə nəzərdə tutmusuz? --Kriptex (talk) 19:44, 7 fevral 2015 (UTC)[cavabla]
O əsərləri Poemalar, dramlar kateqoriyasına əlavə etmək lazımdır. Burda bir problem onunla bağlı olacaq ki, məsələn bir əsərin bir neçə hissəsinin hamısına kateqoriya əlavə edək ya yox. Əslində ancaq əsas səhifədə kateqoriyanın olmağı kifayət edir. Sizin fikriniz necədir?--Emin ismarış 09:35, 10 fevral 2015 (UTC)[cavabla]

Yeni kateqoriya[redaktə]

Salam. Biblioqraflar kateqoriyasını yaratmaq istəyirəm. Bu kateqoriyanı Ana kateqoriyalara daxil etmək olar? Müəlliflər kimi. --Kriptex (talk) 07:50, 23 fevral 2015 (UTC)[cavabla]

Salam. Çox-çox üzr istəyirəm gec cavab verdiyimə görə. Hal-hazırda çox fəaliyyət göstərə bilmirəm, üzrlü hesab edin. Bilmirəm dediyiniz məsələni artıq həyata keçirmisiniz ya yox. Amma düşünürəm ki Biblioqraflar kateqoriyası Müəlliflər kateqoriyasında olmalıdır.--Emin ismarış 19:35, 14 mart 2015 (UTC)[cavabla]

Translating the interface in your language, we need your help[redaktə]

Hello Kriptex, thanks for working on this wiki in your language. We updated the list of priority translations and I write you to let you know. The language used by this wiki (or by you in your preferences) needs about 100 translations or less in the priority list. You're almost done!
Tərcümə etmək üçün, MediaWiki tərcümə layihəsi olan translatewiki.net saytını istifadə edin.

Please register on translatewiki.net if you didn't yet and then help complete priority translations (make sure to select your language in the language selector). With a couple hours' work or less, you can make sure that nearly all visitors see the wiki interface fully translated. Nemo 14:06, 26 aprel 2015 (UTC)[cavabla]

Mənbə[redaktə]

Salam həmkar. Vikimənbəyə verdiyiniz töhfələr çox təqdirəlayiqdir. Bununla bağlı sizi təltif də etdim. Bir də onu deyim ki, yaratdığınız mətnlərə mənbə əlavə etməyi unutmayın. --Araz Yaquboglu (müzakirə) 15:25, 3 avqust 2016 (UTC)[cavabla]

Salam. Təltifinizə görə təşəkkür edirəm. Mənbə əlavə edərəm. --Kriptex (müzakirə) 15:36, 3 avqust 2016 (UTC)[cavabla]

Ərəb əlifbası ilə səhifələr[redaktə]

Salam. Ərəb əlifbası ilə səhifələr var ki, müəllifsiz kateqoriyada gedir. Əslində bəzilərinin müəllifi var. Məsələn, M.Ə.Rəsulzadənin Stalinlə ixtilal xatirələri: ایستالينله ايختيلال خاطيره لري. Bəlkə bunları latınlaşdırmaq lazımdır. Anladığım qədərilə ərəb əlifbalı Cənubi Azərbaycan vikisi fəaliyyət göstərir. Bizdə bu yazıları oxuya biləcək az adam var. Amma səhifələrdən əhəmiyyətli olub latınla yazılmışı yoxdu. məs. M.Ə.Sabirin Səttarxana şeiri : آفرینیم همت والای ستارخانه‌دیر. Nəsiminin Dəryayi-mühiti: دریای محیط ، نسیمی və s. Daxil olduqları kateqoriyanı- Kateqoriya:Ərəb əlifbalı yazılar - nəzərə alsaq o qədər də çox deyil. Bunları necə redaktə etmək olar?--Kriptex (müzakirə) 15:35, 5 avqust 2016 (UTC)[cavabla]

Fikrimcə həmin səhifələrin latın qrafikasını yaratmaq istəyirsizsə yaradın, buna heç bir maneə yoxdur. Kateqoriya:Ərəb əlifbalı yazılardakı mətnləri isə Cənubi Azərbaycanca vikiistifadəçilərə müraciət edək (siz tanıdığınız varsa edin). Onlarda əgər o əlifbada vikimənbə varsa köçürsünlər ora sonra silək. Yox əgər hələki yoxdursa bizdə qalsın. Nə vaxt köçürülər onda silərik. --Araz Yaquboglu (müzakirə) 15:44, 5 avqust 2016 (UTC)[cavabla]
Əksəriyyətinin latın versiyası var. Bir çoxu M.Füzulinin, Ruminin şeirləridir. Tanıdığım yoxdur, özüm köçürməyə çalışaram. Baxmaq lazımdı onlar Şimali Azərbaycan müəlliflərini işləyirmi ya yox. Fikrimcə bəzilərini, məs. Türkmənçay müqaviləsi və ya İstiqlal bəyannaməsi hər iki versiyada, amma eyni səhifədə görünməklə etmək olsaydı yaxşı olardı. --Kriptex (müzakirə) 15:51, 5 avqust 2016 (UTC)[cavabla]
Bəli eyni səhifədə iki versiyada olsun. --Araz Yaquboglu (müzakirə) 05:14, 6 avqust 2016 (UTC)[cavabla]
İstiqlal Bəyannaməsini düzəltdim. Belə yaxşıdırsa Türkmənçay müqaviləsini də etmək olar.--Kriptex (müzakirə) 11:16, 6 avqust 2016 (UTC)[cavabla]
Yaxşıdır. Bir də birləşdirilən səhifəyə Kateqoriya:Ərəb əlifbalı yazılar kateqoriyasını əlavə edək ki, bilinsin ki hansı mətnlərin içində digər əlifba ilə variantı da var. Sonra axtarmaq asan olsun. --Araz Yaquboglu (müzakirə) 11:50, 6 avqust 2016 (UTC)[cavabla]
Zəhmət olmasa Türkmənçay müqaviləsi səhifəsinə də baxarsız. Ərəbi تور کمنچای موقاو‌یله‌سی. Birləşdirib istiqamətləndirməyə görə. --Kriptex (müzakirə) 13:16, 6 avqust 2016 (UTC)[cavabla]

Vikidata[redaktə]

Salam həmkar. Cənubi Azərbaycanca vikimənbəyə köçürdüyün səhifələri bizim vikimənbədəki səhifələrlə vikidatasını birləşdirib keçid verirsənmi? --Araz Yaquboglu (müzakirə) 16:08, 9 avqust 2016 (UTC)[cavabla]

Salam. Cənubi Azərbaycan Vikimənbəsi hələki müstəqil fəaliyyət göstərmir. Məqalə sayı az olduğuna görə bir necə dildə, məsələn: abxaz, başkir, çuvaş, o cümlədən Cənubi Azərbaycan (türkçe gedir) eyni vaxtda fəaliyyət göstərən vikimənbədir. Bu dillər var: https://wikisource.org/wiki/Wikisource:Languages. Bu səbəbdən dil subdomeni yoxdur. Azərbaycan vikimənbəsində keçidə əlavə edə bilmədim, onlarda isə belə vikidata keçidi yoxdur. Vikipediyada var, vikimənbədə hələki yox. --Kriptex (müzakirə) 16:22, 9 avqust 2016 (UTC)[cavabla]
Burada bax mən etdim. Bu məcburi vikidatadı. Gələcəkdə ayrılanda çox asan birləşdirmək olacaq. Xahiş edirəm o biri səhifələri də edin. Mən orda işləməmişəm deyə çətindi mənə. Hətta bizdən də o vikimənbə səhifələrinə məcbur vikidata edə bilərsən. --Araz Yaquboglu (müzakirə) 16:28, 9 avqust 2016 (UTC)[cavabla]
Burdan da ora etdim. bax: Müəllif:Məhəmməd Füzuli --Araz Yaquboglu (müzakirə) 16:31, 9 avqust 2016 (UTC)[cavabla]
Bunu bilmirdim mən. Edərəm digər səhifələrdə. Birinə əlavə etmək kifayət edir, ya hər ikisinə əlavə olunmalıdır ki, ikisində də görünsün?--Kriptex (müzakirə) 16:33, 9 avqust 2016 (UTC)[cavabla]
Təkcə orda etsən o yandən bəri keçid olacaq, amma bu yanda o yana yox. Hər ikisinə edilməlidir. --Araz Yaquboglu (müzakirə) 16:35, 9 avqust 2016 (UTC)[cavabla]

Bir neçə müəllif[redaktə]

Salam. Siz məndən təcrübəli olduğunuz və Vikimənbədə başqa fəaliyyət göstərən demək olar olmadığına görə təkrar-təkrar sizə müraciət edirəm. Bir neçə müəllifi olan əsərlərin müəllifini necə göəstərmək lazımdır? --Kriptex (müzakirə) 17:32, 15 avqust 2016 (UTC)[cavabla]

Heç bir narahatçılıq yoxdu. Təki siz beləcə fəaliyyət göstərin. Bildiyim qədər cavablandırıb, kömək edəcəm. Bilməyəndə isə nəsə fikirləşərik birlikdə. Burada iki müəllif göstərilib. Ona uyğun edə bilərsiz. --Araz Yaquboglu (müzakirə) 04:58, 16 avqust 2016 (UTC)[cavabla]

Bir pillə[redaktə]

Salam həmkar. Sizi və özümü təbrik edirəm. Bir pillə irəli keçdi, AzVikimənbə. Bax: Vikimənbə:Elanlar. --Araz Yaquboglu (müzakirə) 13:16, 17 avqust 2016 (UTC)[cavabla]

Salam. Mən də təbrikinizə qoşuluram. Azvikimənbənin ilk iyirmilikdə olmasına çalışıram. --Kriptex (müzakirə) 18:20, 18 avqust 2016 (UTC)[cavabla]

Cildli əsər[redaktə]

Salam. Firudin bəy Köçərlinin Azərbaycan ədəbiyyatı əsərini yerləşdirmək istəyirəm. iki cildlidir. Azərbaycan ədəbiyyatı (I cild) və Azərbaycan ədəbiyyatı (II cild) şəklində olsa düzgün olar, ya Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)? --Kriptex (müzakirə) 06:34, 22 avqust 2016 (UTC)[cavabla]

İkinci variant yaxşıdır. Çünki ola bilər digər bir müəllifin də eyni adlı kitabı olar. --Araz Yaquboglu (müzakirə) 06:36, 22 avqust 2016 (UTC)[cavabla]

Salam. Bir axtarış et gör bu dastanın elektron variantını tapa bilirsiz. Yükləsəz əla olardı. --Araz Yaquboglu (müzakirə) 10:56, 7 sentyabr 2016 (UTC)[cavabla]

Salam. Elektron variantın tapdım. Amma siz yaradan kimi yerləşdirək? Bəlkə daxili keçidlə səhifələr bir-birinə keçsin? Dram əsərləri kimi məsələn. --Kriptex (müzakirə) 17:56, 7 sentyabr 2016 (UTC)[cavabla]
Olsun. Siz deyən yaxşı variantdı. --Araz Yaquboglu (müzakirə) 12:14, 9 sentyabr 2016 (UTC)[cavabla]
Dastanda sonuncu iki mövzu təkrar deyil. --Araz Yaquboglu (müzakirə) 07:35, 10 sentyabr 2016 (UTC)[cavabla]

Share your experience and feedback as a Wikimedian in this global survey[redaktə]

  1. This survey is primarily meant to get feedback on the Wikimedia Foundation's current work, not long-term strategy.
  2. Legal stuff: No purchase necessary. Must be the age of majority to participate. Sponsored by the Wikimedia Foundation located at 149 New Montgomery, San Francisco, CA, USA, 94105. Ends January 31, 2017. Void where prohibited. Click here for contest rules.