Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəri

Vikimənbə saytından
Şəmkirli Aşıq Hüseynin Naxçıvan səfəri
Müəllif: Şəmkirli Aşıq Hüseyn
Mənbə: Yusif Səfərov (2011). Naxçıvan aşıqları və el şairləri (az). Naxçıvan: "Əcəmi" NPB. 2017-10-05 tarixində arxivləşdirilib. 2017-10-05 tarixində istifadə olunub.


Aşıx Hüseyn gəlirmiş Reyhan xanımla deyişməyə. Edal- ağa gölü yaxıımığında Qızılqışlaxda görür bir oğlan, bir qız, oımardan da aralıda bir dəstə qız per-pencər yığır. Ancaq bu pencər yığan qız heç oğlandan o yana getmir, hey oğlanı danışdırır. Oğlan qıza məhəl qoymur. Yan-yörəsindən yığdığı buğa qanqallarından soyub şirin-şirin yeyir. Deyir aşıx tayfasıki var, gördüyün çağırar. Bını görən kimi sazı köynəhdən çıxartdı.
Dedi:

Əzizim budamaxda,
Bu çağda, bu damaxda,
Maya nər sövdasında
Nər qanqal budamaxda.

Demə qız da arif imiş. Başa düşdü ki, aşıx sözdəri bunnara deyir. Odu ki, dildən qalmadı.

Gedən aşıx dayan, dur,
Sirrim sənə əyandır,
Aləmə şəms eyləmə
Oz nərim, öz mayamdır.

Aşıx Hüseyn baxdı qız onun cavabın verdi. Sonra da oğlanı arxasında gizdətdi. Götürdü sözün bu xanasın dedi:

Nərgizdər, ay nərgizdər
Qızılgüllər, nərgizdər,
Bədrlənmiş maya gördüm,
Daldasında nər gizdər.

Aşıx Hüseyn yoluna davam etdi. Per-pencər yığan bir dəstəni də ötmək isdiyəndə qızdardan biri ondan xəbər aldı:
-Aşıx qardaş, hardan gəlib hara gedirsən?
Aşıx Hüseyn dedi:
-Qızım, Şəmkir elinnən gəlib Naxçıvan şəhərinə gedirəm.
Kalbalıxan namə yazıb. Ireyhanla deyişməyə çağırıb.
Qız dedi:
-Xoş gəlibsiniz. Amma sənə bir qatar sözüm var. Deyəcəm, qabağın desən, keş get. Deməsən, gedib onnan deyişməyinə dəyməz.
Aşıx Hüseyn şair idi. Bütün Şəmkir elində ad çıxarmışdı. Qızın bu sözü onu tutdu. Ürəyində dedi, buna bax, deyənsən elə Ireyhana deyərdin də. Amma fikrindən daşındı. Dedi: -Qızım, de görüm nə deyəcəhsən?
Qız dedi:

Aşıx bənəh bənəhdi,
Xalın bənəh-bənəhdi,
Sənnən soruşum aşıx
Araz neçə sənəhdi?

Aşıq Hüseyn dedi:

Ay qız, bənəh-bənəhdi,
Xalın bənəh-bənəhdi,
Çağır dayansın Araz
Ölçüm neçə sənəhdi.

Qız aşığa sağ ol, - dedi. Aşıx Hüseyn gəlib Naxçıvan şəhərinə çatdı.