Şah Sultan Hüseynin Saksoniya şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubu

Vikimənbə saytından
Şah Sultan Hüseynin Saksoniya şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubu
Müəllif: Şah Sultan Hüseyn


Şah Sultan Hüseynin Saksoniya şahzadəsi və Polşa kralı Frixdrix Avqusta məktubunun əsli

Feredrik Eksedus!

Poloniya və Litvaniya və Rusiya və Purusiya və Masqaviya və Samceya və Kiyeviya və Latiniya və Podoliya və Simoleniya və Severiya və Qerzeqoviya vilayətlərinin iqballı qıralı, həzrətlərinin dostluq və vila məratibini mühtəvi və sidq və səfa mərasiminə mübtəni olan gül qonça-yi kitab-i müşgin niqab və şükufə-yi râqimə mualifət intisabları, birər hin-i güzində, kim həzrət-i kibriya-yi cəllə və ə’la əltaf-i biintiha və ə’tâf-i bihədd və ihsasıyla bâl-i səfa məalımız şâx və bâlında nişat-i bəlabilinin nəva-yi fərəhəfzası işbu səltənət-i gərdun e’tila həvaxahları üçün âfət-i huş və inbisat, ənadilinin təranə-yi qəmzüdası bu süddə-yi səniyyə-yi fələkfərsa dövlətcuylarına bâ’is-i ihtizaz-i ruh və guş idi.

İrəm bunyan olan məhfil-i ə’la və cənnət nişan görülən bəzm-i dilgüşamızda Yə’qub Norvikis vəsiləsi ilə xəndan və ətirfişan olmaqla, mə’ani-yi rəngin və məzâmin-i dilnişini, vidad əsasına istihkam və ülfət və ittihad binasına təşyid-i malakəlam verməkdən qeyri, mərqum-i xâmə-yi muvafiqət və iltiyam olan nâmə-yi mualifət ixtitamlarında məstur olunan, rəsul-i mov’udları şərəf-i huzur və Movfur ul-hubur və əhvâl-i xeyr numudları əda etdikdən sonra, muanisət və muvalat ləvazimi səvâlif-i övqatdan ziyadə zuhura gəldiyi mərkuz-i xâtir-i xorşid nurum olub və məzkur olunan Yə’qub dərgah-i iqbal və bârgah-i cəlalımı busəgah-i ədəb və âdab edib, məkârim-i dərya nəval-i qaanidən kâmrəva və məmnun və cânib-i izzət-i məqrunlarına övn-i əzid ilə övdət üçün şərəfyab-i izn-i humayun oldu.

Ol qıral-i sâhib iclal dâyima həzrətlərinin şân-i âliləri irtifa’ və mərtəbə, və məkanları izdiyadına himmət-i bülənd-i xâqani təəllüqün, və vudd və vula ərkanı iştiyadı və sidq və səfa bəsatı bəst və güşadına, nəhmət-i fələk peyvənd-i xosrovani mə’tuf bulduğun bilib, məknunât-i bâl və məqasid və âmâlları nə olsa yegânəlik üzərindən nigâriş pəzir-i kilk-i məvəddət məal edərlər, kim dostanə təvəccühümüzlə şərəf ənduz-i incah və əncam ola!

Əvaqib-i umur muqtəza-yi riza-yi xâliq-i ənam ilə xeyr və savaba qərin buyurula!

Mənbə[redaktə]

  • İran Şahlarının İki Türkçe Mektubu. Dr. Fekete Layoş. TÜRKİYAT MECMUASI, Cilt V-VI (1934-36), 247-269
  • Sächsisches Haupstaatsarchiv, Dresden

Xarici keçidlər[redaktə]