Əziz Nəsin ilə polis məmuru

Vikimənbə saytından
Lətifələr. Əziz Nəsin ilə polis məmuru
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir dövr Əziz Nəsinə qarşı təhdidlər artanda, oturduğu mənzilin önünə bir polis məmuru yerləşdirmişdilər və Əziz Nəsini qorumağa başlamışdılar. Bir neçə gün sonra Əziz Nəsin mənzildən çıxarkən polisdən soruşub:

"Niyə gözləyirsən burada?"

Polis: "Bu yan mənzildə Əziz Nəsin deyə yaşlı bir adam var; onu qorumaq üçün gözləyirəm."

Bu hadisədən sonra dövlətdən heç vaxt qoruyucu istəmiyib.