Albert Eynşteyn və şoferi

Vikimənbə saytından
Lətifələr. Albert Eynşteyn və şoferi
Müəllif: Şifahi xalq ədəbiyyatı


Məşhur bir elm adamı olan Eynşteyn xüsusi avtomobiliylə konfrans verməyə gedərkən, uzun illərdir onunla işləyən şoferi sıxılaraq bir təklif etmişdir:

- Sizin konfranslarınızı dinləyə dinləyə vergülünə qədər əzbərlədim əfəndim, nə olar icazə verin bu konfransı da sizin yerinizə mən verim. Eynşteyn təklifi qəbul edib. Şofer arxaya keçib.

Eynşteyn şoferin papağını geyinib önə oturub. Konfransın veriləcəyi salona çatıblar. Şofer kürsüyə çıxıb heç dayanmadan çox gözəl danışıb. Və soruşub:

- Sualı olan varmı?

Ölkənin ciddi elm adamlarından biri "var" deyib və çətin bir sual soruşub.

Şofer heç tərəddüd etmədən:

- Çox asan bir sualdir bu, şoferim belə bilər. Gedib çağırım, sizin sualınızı o cavablasın deyib və Eynşteyn (şofer) gəlib cavablandırıb.