Səmaya mən baxıram, həsrət ilə yanıram:
Niyə deyiləm şahin, niyə mən uçmayıram,
Niyə vermədin qanad, ulu tanrım, sən mənə?
Yoxsa yeri tərk edib uçardım mən göylərə.
Buludlardan yüksəyə, yer üzündən uzağa,
Taleyimi tapmağa, qüssədən qurtulmağa.
Ulduzlardan, günəşdən nəvaziş istəyərdim,
Onların işığında qüssəmi qərq edərdim.
Sanki sevmir taleyim məni ta uşaqlıqdan,
Mən onun muzdlusuyam, avara və sərgərdan,
Yadam mən taleyimə, yadam həm insanlara!
Kimin ürəyi yanar kimsəsiz uşaqlara?
Bəlaya düçaram mən, yaxşılıq görməyirəm,
Əzabla və boşuna ömrümü keçirirəm,
Əzablarda bir şeyə mən artıq hali oldum,
Uzaq göylərdə imiş mənim əzəli yurdum.