Arvadını boşayan kişi
Görünüş
Arvadını boşayan kişi Müəllif: Molla Nəsrəddin |
Bir gün birisi Molla Nəsrəddinin yanına gəlir ki:
– Molla, gəlmişəm mənim arvadımı məndən boşayasan.
Molla deyir:
– Baş üstə!
Durub kağız-qələmini gətirir, oturub soruşur:
– Arvadının adı nədi?
Kişi ha çalışır, arvadının adını yadına sala bilmir. Axırda deyir:
– Bilmirəm.
Molla soruşur:
– Yaxşı, neçə yaşındadı?
Kişi ha gözlərini döyür, ha fikirləşir, bunu da yadına sala bilmir.
Axırda deyir:
– Vallah, bunu da bilmirəm.
Molla soruşur:
– Yaxşı haralıdır?
Kişi deyir:
– Molla,vallah, bunu da yaxşı bilmirəm.
Molla kağız-qələmi yerinə qoyub deyir:
– Bu məhəbbət ki, sizin aranızda var, elə Allah özü arvadı səndən
boşayıb da... Daha mənim yanıma niyə gəlibsən?