Məzmuna keç

Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Seyid Əbülqasım Nəbati (məqalə)

Vikimənbə saytından
Rafei Azərbaycan ədəbiyyatı. I cild. Seyid Əbülqasım Nəbati
Müəllif: Firudin bəy Köçərli
Şeyx İbrahim Qüdsi Gəncəvi
Əbülqasım Nəbati haqqında


Azərbaycan türklərinin müqtədir şairlərindən birisi də mərhum Seyid Əbülqasım "Nəbati" təxəllüsdür. Seyid Əbülqasımın vətəni Qaracadağda Üştibin, yaxud Üçdibin qəryəsidir ki, İran dövlətinə mütəəlliqdir və Muğan səhrasına yaxındır. Bu qəryənii abhavası mötədil və torpağı münbitdir. Əhalisi salamat və kargüzar olduğu üçün mürəffəhhal yaşayırlar. Vəli zəmanənin övzavü iqtizasından bixəbər və elmdən bibəhrədirlər, necə ki, dövləti-əliyyənin rəiyyətləri və rəncbərləri təmamən bu hal üzrə yaşamaqdadırlar.

Seyid Əbülqasım təvəllüd edibdir tarixi-hicriyyənin on üçüncü əsrinin ibtidasında--Nəsrəddin şahın atası Məhəmməd şahın zəmani-səltənətində681. Bir qəsidəsində məzkur şahı belə tərif eləyir:

Hərə bir şahə oldular məddah,
Mən kəmin bəndə şahi-İranə.

Şahi-mən şahi-müfəxxər Qacar --
Ki, salıb divi-zülmi zindanə.

Şəh Məhəmməd şəhi-Skəndərşən,
İltifat etməz abi-heyvanə.

Xadimi-bargahi yüz Cəmşid,
Tən edər cahi min Süleymanə.

Bəxş edər murə mülki-dünyani,
Dür tökər gənci-lütfi hər yanə.

Dusti bilməsin ki, qəm nə imiş,
Düşməni ağnasın qızıl qanə.

Sən, Nəbati, duanı eylə təmam,
Nə işin var eşitdi şah ya nə?

Əgərçi şairin sali-vəfatı dürüst məlum deyil, amma mötəbər rəvayətə görə, haman on üçüncü əsrin axırlarında — yəni min iki yüz yetmişinci illərin əvaxirində və həştadıncı illərin əvailində vəfat edibdir. Vəfatı ömrünün müsinn çağında — yetmişində və ya yetmiş beşində vaqe olubdur. Buna şairin öz şeri dəlalət edir:

Mən dedim bəs Xançobani cavandır,
Bir igid oğlandır bəbri-bəyandır,
Demə kim, qocalıb, qəddi kəmandır,
İndi gördüm, saqqalının çalı var.

Bundan əlavə onun qocalığına bu şeri-müstəzadı dəxi şəhadət verir:

Dövri-çərxdən olmuşam əlil,
Dizdə taqətim, gözdə nur yox.
Bir nəzər, əya şahi-lafəta,
Bu Nəbatiyi-binəvaya bax!

Eşitdiyimizə görə, bu halda Nəbatinin övladından bir neçə mötəbər vaizlər və mərsiyəxanlar vardır.

Seyid Əbülqasımın bir neçə təxəllüsü var. Onlardan məşhuru bunlardır: "Nəbati", "Məcnun", "Şah" və "Xançobani".

Mərhum ziyadə müttəqi, dindar və pakdamən bir vücud olub ömrünün çoxunu zöhdü riyazətdə keçirərmiş. Riyazət əhli olduğu üçün əksər övqat dünya işlərindən əl çəkib və xalqdan qəti-əlaqə edib etikafa əyləşərmiş. Bu etikaf və zaviyənişinliyi özü üçün böyük bir səadət hesab edib, həqiqət aləminə irişməyi və nihan sirrlərindən ittila kəsb etməyi məhz vəhdət guşəsində bularmış. Ol səbəbdən deyibdir:

Guşeyi-vəhdət nə əcəb ca imiş,
Sirri-nihan onda hüveyda imiş.

Aşiqi-divanələrin mənzili, --
Rütbəyə bax, ərşi-müəlla imiş.

Qafil idim bu dili-viranədəm,
Dil demə, oğlan, bu ki, dərya imiş.

Etikafdan fariq olduğu zaman gahbir camaat arasına çıxıb söhbət edərmiş. Ziyadə fəsih və şirinzəban olduğu üçün çoxları özünə valeh və heyran edərmiş və müasirlərindən bir çoxu onunla mükaliməyə daxil olmağı və onun söhbətindən istifadə qılmağı özlərinə böyük bir feyzü qənimət hesab edərlərmiş.

Rəvayət olunur ki, Seyid Əbülqasım Üştibində əvvəlcə dərvişlər həlqəsinə daxil olub, onların içində nüfuzu artıbdır və sonralardan dərvişlərə mürşid olubdur. Bəzi vaxtlarda ondan kəramət sadir olarmış; belə ki, bir para xariqüladə əlamətlərin ondan zühur etməyini görənlər olubdur.

Etikafdan çıxan zamanı onun simasında başqa bir parlaqlıq və nuraniyyət cilvə edərmiş; özgə bir halətə düşərmiş və bəzi vaxtı şövqü zövq ilə cuşa gəlib eşqdən, mey və məhəbbətdən dəm vurarmış. Necə ki, deyibdir:

Zöhdü səlatı çölə sal, Gəzgəza,
Mövsimi-eyşü meyü mina imiş.

Xançobani adi, Nəbati özü,
Bir üzü qırxıq, bığı burma imiş.

Nəbati artıq dərəcədə səxi, comərd və nəcib bir vücud imiş. Atası dəxi möhtərəm seyidlərdən imiş. Buna şairin kəlamı şəhadət verir:

Meydani-eşq içrə səyirtdim ati,
Müsəxxər eylədim Rumü Herati,
Möhtərəm oğluyam, adım Nəbati,
Zatımız haşimi, əslimiz ərəb.

Seyid Əbülqasımın ləqəbi "Möhtərəm oğlu" olduğuna onun bu şeri dəxi şəhadət verir.

"Möhtərəm oğlu" deyərlər mənə, adım Məcnun,
Bir adım Xançobani, bir bığı burma-burma.

Nəbati həzrət Əli əleyhissəlamın həqiqi və səmimi məddahlarından olduğu üçün ol cənabın vəsfi-şənində çox gözəl və qərra qəsidələr yazıbdır ki, hər kəs onları mütaliə etsə, onun qəlbində həqiqi bir vəcdü tərəb vüqua gəlir. Nəbati demək olur ki, öz mövlasına ürəkdən aşiq imiş və bu, məhəbbəti ucundan ol şahidəryadilin və gövhəri-nəcəf və mədəni-izzü şərəfin mədhində yazdığı bir kəlamında əndazədən çıxır və bir növ özünü şəkkaklar silkinə daxil edən kimi olur:

Mən ruzi-əzəldə sevmişəm bir şahi,
Allah deyər ona Əliallahi.
Hər kim ona allah desə, kafirdir,
Şəkkakdır ol Nəbati tək, vallahi.

Divani-əşarında ibtidayi-kəlamı həzrət Əlinin adı ilə bu sayaq başlayır:

İcade-bənaye-aləm əz name-Əlist,
Aine-nəbi ze zərbe-Səmsame[1]-Əlist.

[1]-Səmsam — kəskin qılınc.

Meyxaneyi-dəhr qayem əz həstiye-ust,
Abe-rox ze meye-came-qolfame-Əlist.
İn nəqşeneqare-sanee-biçunəst,
Ya dəftəre-eşqe-Leyliyo Məcnunəst.
Hər səfheəş əz bağe-Erəm zibatər,
Hər noqteəş əz dorce-dore-məknunəst.
Əz gərdeşe-ruzeqaro doure-gərdun
Divane-mən əz rədif gərdəd birun,
Aşoftetər əz şekənce-zolfe-Leyli,
Culidetər əz məqale-hale-Məcnun.
İn reşheye-kelke-Maniye-nəqtaşəst,
Ya qeteye-meşke-aşeqe-qəllaşəst.
Bər təbe-gohərbare-Nəbati əhsən,
Mətbutər əz ruye-bote-Cəmmaşəst[2].

[2]- Çəmmaş --zəndvəst deyilən bütpərəst qövm.

Xah türk dilində və xah fars dilində Nəbati yazdığı şerlərdə bir qüsur yoxdur. Bəzi kəlamlarında, məsələn, "Saqinamə"sində, fars lisanında yazdığı şerləri türk dilində yazdıqlarına tərcih vermək olar. Bu "Saqinamə"nin axırını yenə həzrət Əli mədhinə çevirib, ol cənabın övsafi-cəmilə və əxlaqi-həmidəsini bir-bir zikr qılıb, ol bəhri-hikmətə və sahibi-şənü izzətə xitabən deyir:

Şəha, şəhriyara mən binəvara
Ze lotfət biyara ço mehre-monəvvər,
Əya, saqi, cəm şəvi şado xorrəm,
Fədaiye-to kərdəm, biya, mey biyavər.
Bedəh bade çon qol, bexan həmço bolbol --
Ke, kamət şod hasel, moradət moyessər.
Əli qu, Əli qu, Əli cu, Əli cu,
Resi ta be hu-hu, əz in nam begzər,
Əli qu, Nəbati, ke, yabi necati,
To ta dər həyati bexan naməş əzbər.

Nəbatinin həzrət Əli şənində yazdığı türk qəsidələri dəxi səmimi-qəlbdən nəşət edən pakizə və həqiqi hisslərdir ki, oxuculara artıq dərəcədə təsir eləyir. Onları burada zikr etməyə ehtiyac yoxdur.

Tərcibənd səbkində yazdığı "Saqinamə"də dəxi Əsədullah Qalib Əliyyül-Mürtəza haqqında gözəl mədhlər söyləmişdir. Nəbatinin bu "Saqinamə"si demək olar ki, onun cümlə kəlamının əfzəli və bərgüzidəsidir; bu sayaq başlanır:

Ey edən eşq naməsin inşa,
Vəh, düşüb başına əcəb sövda!
Qoygilən başə taci-bismillah,
İbtida qıl sözü benami-xuda --
Ki, odur hər kəlamə sərmətlə --
Ki, odur sərvəri-hamə əsma.
Qadirü zülcəlalü vəlikram,
Faliqül-həbb, xaliqül-əşya,
Sanei-ərşü fərşü şəmsü qəmər,
Aləmi yoxdan eyləyən peyda.
Ol xudavəndi-vacibüt-təzim,
Həyyü qəyyumü fərdi-bihəmta.
Əhsənül-xaliqin ləhül-izzə,
Vələhül-həmd vəssənaül-üla.
Adəmi o yaratdı torpaqdan,
Başına qoydu taci-"Kərrəmna",
Ondan oldu Məhəmmədi-ərəbi,
Sahibi-tacü təxti-ov-ədna.
Ey qələm, ey ənisi-əhli-bəyan,
Cəhd qıl etgilən sözü ziba.
Gəl, gətir badə, ey gözüm saqi --
Ki, verim çöhreyi-məqalə səfa.
"Şur"ü "Şəhnaz"dən çəkim ahəng,
Naləni eyləyim büləndava.
"Sövti-Davudi" eyləyim zahir,
Gah "Hüseyni" gəhi "Zəminxara".
Ta salım bu cahana bir ğülğül,
Başlayım tazə bir əcibə "Nəva".
Gələlər vəcdə aşiqü arif,
Düşələr rəqsə padişahü gəda.
Ucadan başla "Raki-Novruzi"
Çulğasın nöh sipehri sövtü səda.
Şahi-islamə ruzü şəb nüsrət --
İstə həqdən həmişə, eylə dua.
Çəkkilən başə badeyi-eşqi,
Günbədi-çərxi eylə pürqövğa,
Şahi-Misri çıxartgilən çəhdən,
Aləmi eylə valehü şeyda.
Degilən, ya Əli, bəsövti-cəli,
Eyləmə hiç kimsədən pərva.
Himmət al pirdən, mədəd həqdən,
Dəmbədəm "hu" çəkib yolu başla.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məst-məstanə.

Şair pirdən himmət və həqqdən mədəd diləyib sövticəli ilə Əliyyül-Mürtəzanı zikr edib və dəmbədəm "hu" çəkib, rahi-eşqə şövq ilə, mərd-mərdanə qədəmgüzar olur və özünü fənafillah dəryasına qərq eləyir və burada cürbəcür aləmləri seyr edib, vaxtbəvaxt saqiyi-ənisü canpərvərə rücu edib ondan lütfü kərəm istəyir.

Bu "Saqinamə"nin bir bəndində eşqi-həqiqi və məhəbbəti-ilahini vəsfü tərif edib, başqa bəndlərində gah hicrdən şikayət eləyir, gah mübtəlayi-dərdi-möhnət olmaqdan və əqlü kəmalı tərk edib Məcnunsifət küçə və səhralarda vəhşiyanə cövlan etməkdən söz açıb artıq fəsahətlə öz hissiyyatını belə rişteyi-nəzmə çəkir:

Saqiya, dur gətir meyi-gülgun,
Məni qəm etdi lalə tək dilxun.
Hicr edib odlu sinəmi gülxən,
Dərd edib dağlı bağrımı kanun.
Əql-məqlü kəmaldan keçdik,
Gəl bir az da tutaq təriqi-cünun.
Yandıraq rəxtü təxti mərdanə,
Seyr edək kuçələrdə çün Məcnun.
Gah [edək] rəqsü gah çərxə vuraq,
Gəh çəkək nalə məstü digərgun.
Gəh deyək şer-mer, gəh hədyan,
Gah məsti-şərabü gəh əfyun.
Gahi vəhşilər ilə həmcövlan,
Gah səhra gəzəkü gəh hamun.
Gahi heyrət çölündə sərgərdan,
Didə giryanü xatiri məhzun.
Gahi dağlarda valehü şeyda,
Gah əfsanəvü-gəhi əfsun.
Gahi xamuşü gəh süxəiküstər,
Gahi Əshabi-kəhfi-cari-fünun.
Gəlsə təqrirə gər hekayəti-eşq,
Olu bir dəmdə min gəda Qarun.
Ey xoşaxoş o aşiqi-qəllaş --
Ki edə canı yarına qurbun[3].
Əyyühəl-aşiqun, fədeytü ləküm,
İnnəküm məşərü və hüm yufun.
Badeyi-xümnişini ver, saqi,
Nə deyər bir görək o Əflatun.

[3]- Qurbun — qurban mənasınadır. Qafiyə düz gəlmək üçün "qurbun" yazılmışdır.

Bu "Saqinamə"nin bir bəndində Nəbati bahar fəslini belə şairanə vəsf qılır:

Saqiya, gəldi novbahar yenə,
Mövsimi-gəşti-laləzar yenə.
Vergilən bəzmə inbisatü şükuh,
Gəldi həngami-vəsli-yar yenə.
Nərgisi-məst yüz nəzakət ilə
Zülfünü etdi müşkbar yenə.
Şahi-gül çəkdi bürqəin üzdən,
Hüsnünü etdi aşikar yenə.
Kuhü səhranı əbri-neysani
Gör nə xoş etdi mərğzar yenə.
Rədi-ğərran çəkib ğəriyü xüruş,
Aləmə saldı xarxar yenə.
Şaxi-gül oldu məskəni-bülbül,
Laləni etdi dağdar yenə.
Hardasan, ey şəkərləbü gülrux,
Ver, gözüm, cami-xoşgüvar yenə.
Gəl içək badə gül əyağında,
Bir edək şükri-kirdgar yenə.

Mey və məhbub barəsində yazıbdır:

Saqiya, ey nigari-şirinfən,
Hardadır ol dəvayi-dərdi-həzən?
Təlxi-şiringüvar, yəni mey,
Mərd olur içsə gər onu hər zən.
Bu idi etdi şah Cəmşidi,
Həyyü cavid çün Üveysi-Qərən.
Ehtiram et ki, cami-Cəmdir bu,
Olma bədməst sən də çün Bəhmən.
Ələ aldıqca gözlə şərti-ədəb --
Ki, odur dərdi-eşqə çarə edən.
Hanı ol Kürdi-şiri-nərsövlət?
Noldu İsfəndiyari-ruhintən?
Məni yandırdı bir buti-sərməst,
Vəsfi-hüsni edib məni əlkən.
Taqi-əbrü kəmani-Sami-dilir,
Tiri-mücgani xəncəri-Bicən,
Qönçə ağzı çü püsteyi-xəndan,
Ləbi-ləli əqiqi-sürxi-Yəmən.
Tərfi-ruxsari rövzətül-firdovs,
Sünbüli-zülfi rəşki-müşki-Xütən.
Xali-sərsəbzi dami-fitnəvü şər,
Çeşmi-sərməsti kani-sehrü finən.
Sözü şəhdü şəkər, gözü şəhla,
Canü dil bəndüvani-çahi-zəqən.
Qıya baxmağı rəm yemiş ceyran,
Güli-ariz misali bərki-səmən.
İşvəsi şux, qəmzəsi cəllad,
Qan içən həmçü zeyğəmi-ərcən.
Surətində xəcil məhi-ənvər,
Qəddi-bala besani-sərvi-çəmən.
Qoymaz aşiqdə nazı tabu təvan,
Өldürər gərçi olsa Əhrimən i. a.

Yenə bu "Saqinamə"də keçmiş padşahların şökətü əzəmətindən və namdar pəhlivanların qüvvətü hünərlərindən və aşiqi-biçarələrin hali-cigərsuzlarından söz açıb axəri-kəlamı həzrət Əli əleyhissəlama yetirib deyir:

Hanı şiri-xuda, şahi-mərdan
Sahibi-Zülfiqari-xunaşam.
Hələta şənü innəma şövkət
"Lafəta" mədhi-şahi ərşməqam
Gər mürəkkəb ola çəmii-bəhar,
Cümlə əşcar əgər ola əqlam,
Ola katib təmami-xəlqi-cəhan,
Yazalar vəsfi-şənini madam,
Aqibət qərqi-lücceyi-xiclət,
Matu məbhut qasirül-övham.
"Qulkəfa" haq deyəndə bir şahə,
Mən nə tərif edim, mənim ağam?!
Dur gətir badə, saqiya, ver cam,
Lovhəşəllah, gəlin edək bayram.
Çəkilək bağə, bir əyaq çəkək,
Döşənək gül əyağinə xoşkam.
Vəcd edək, mənzilə verək zinət,
Ruzü şəb vəcdə eyləyək iqdam.,
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstu məstanə.

Seyid Əbülqasım Azərbaycan türklərinin Xacə Şəmsəddii Hafizi və Şəms Təbrizisi və bəzi məqamlarda Mövlana Cəlaləddin Rumisi mənziləsindədir. Necə ki, Hafiz fəsahət və bəlağətdə şüərayi-farsın sərdəftəri olub, həmçinin Nəbati də Azərbaycan şüərasının fəsihraqıdır. Necə ki, şerü kəlamında Nəbati Xacə Hafizə peyrəvilik göstərib, habelə də dünya zindəganlığında ustadi-kamili və mürşidi-mənəvisi tutduğu yol ilə gedib dərvişlər dairəsinə daxil olub, onlar ilə müaşirət və müsahibət edərmiş və dünyanın malü dövlətinə mütləqa etina göstərməzmiş. Өvqatını ibadət və riyazətdə və şer yazmaqda keçirərmiş. Xacə Hafizə nisbətən qəlbində əlaqə tutduğu məhəbbət və sədaqəti aşağıda yazılan şerlər vasitəsilə bəyan etmişdir:

Ey səba, ey bəridi-aşiqi-zar,
Kuyi-cananə bircə var genə.
Açginən şahbaz tək şəhpər,
Eylə Şirazə bir güzar genə.
Hafizin ruhi-pakinə bizdən
Bir yetir eşqi-bişümar genə.
Bədi-"əlhəmdü" sureyi--"ixlas"
Gör nədir bir o yari-ğar genə.
Məni-müştaqə bu hekayətdən
Gəldi nagəh nəvayə tar genə.
Dedi: ey dərdü qəm giriftari,
Çox dəxi etmə ahü zar genə.
Tutgilən daməni-təvəkküldən,
Əşqəri-eşqə ol səvar genə.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstü məstanə.

Yenə özgə bir yerdə Nəbati "Lisanül-qeyb" ləqəbi ilə məşhur olan ustadı haqqında demişdir:

Hafizin ruhuna ixlas ilə bir fatihə ver,
Çərxə vur, dövrə gəl, ey bəççeyi-ənqa, ənqa.
Tutiyi-baği-cinan, bulbüli-şaxi-Şiraz,
Xaceyi-"Şəms" ləqəb, şairi-ğərra, ğərra.

Və yenə Şiraz bağının bülbüli-xoşəlhanı haqqında yazıbdır:

Fərəhəfzast dorərhaye-softeye-Hafez,
Ğəni nəmud məra gənce-xofteye-Hafez.
Məlale-del bebərəd şerə-rofteye-Hafez,
Bər aseman çe əcəb gər ze qofteye-Hafez,
Səma Zohre berəqs avərəd Məsihara.

Məlumdur ki, Xacə Hafiz, Şeyx Sədi və Cəlaləddin Rumi kimi nəsihətamiz timsal və hekayətlər yazmaqla belə onlardan hissəi ittixaz etməyibdir. Ancaq mənən bir-birinə münasibəti olmayan qəzəllər vasitəsilə hissiyyati-təbiiyyəsindən və kəmalati-mənəviyyəsindən naşi hikmətasa və möcüznüma şerlər yaradıbdır. Hər şerin və hər beytin təklikdə dərin mənası var. Hər bir kəlməsi böyük nəsihətdir. Tərzi-kəlamda və şiveyi-lisanda o qədər həlavət və fəsahət var ki, əhli-hal onu mütaliə etdikdə valeh olur, dimağı başqa bir zövq ilə vəsfə gəlməyən bir feyzlə dolur. Nəbati dəxi bir mətləbin üstündə dayanıb durmur, pəndü nəsihət deməkdən və xalqa yol göstərməkdən yaxasını kənara çəkib öz hissiyyatından və mənəviyyat aləmindən dəm vurur. Bu xüsusda ibtidayi-kəlamda şair özü bunu iqrar edir ki, onun divanında qayda və nizam olmayacaqdır və mənən bir-birinə müxalif və müğayir şerlər çox olacaqdır:

Əz gərdeşe-ruzeqaro doure-gərdun
Divane-mən əz rədif gərdəd birun,
Aşoftetər əz şekəncə-zolfe-Leyli,
Julidetər əz məqale-hale-Məcnun.

Başqa bir kəlamında şair öz halətini və dünyadan laqeyd olmağını, ata-ana və qohum-əqrəba tanımadığını, müəyyən bir fikrə və məsləkə qulluq etmədiyini, dost-aşnadan qəti-ülfət etdiyini və şerdə nizam və qayda gözləmədiyini bu sayaq nəzmə çəkir:

Bilmərəm səc pədir, qafiyəni anlamaram,
Mən qaradağlıyam, ver mənə xurma, xurma.

"Möhtərəm oğlu" deyərlər mənə, adım Məcnun,
Bir adım Xançobanı, bir bığı burma, burma.

Nə qələndərdi, nə dərviş, nə natiqü nə lal,
"Ma ərəfnak" deyirlər, budu həqqa, həqqa.

Bacı-qardaş deməz, ata-anasın bilməz,
Degilən bir ayı ya bir dədi-səhra, səhra.

Tərk edib yaru rəfiqi, çəkilib pünhanə,
Gecə-gündüz oturur vahidü tənha, tənha i. a.

Şair dünyada çox yaşayıbsa da, amma kim və nə olduğunu haradan gəlib və haraya getdiyini və nə növ icra və maddələrdən tərkib bulduğunu və hansı din və təriqətdə olduğunu dürüst təyin edə bilməyib, "dünya" deyilən bu vadiyi-heyrətdə avara və sərgərdan qalıbdır, müəyyən bir mənzilə vasil olmadığını və hələ məbhut, mütəhəyyir və ləng halında yaşamağını öz-özünə xitabən "nə mənəm, nə mən mənəm mən" deməklə böyük bir şəkkdə və iztirabda olmağını mövzun bir kəlamında bəyan edir. Haman kəlamı eyni ilə burada dərc edirik:

Nə mərizo, nə təbibəm, hələ ləng, ləngəm,
Nə həbibo nə rəqibəm, hələ ləng, ləng, ləngəm.
Nə mokəddər, nə şadəm, nə nehan, nə aşekarəm,
Nə ze xakəmo, nə badəm, hələ ləng, ləng, ləngəm.
Nə ço ğonçe dər şekoftəm, nə nəəm, nə la şenoftəm,
Nə ğəməş bedel nəhoftəm, hələ ləng, ləng, ləngəm.
Nə şərabiyəm, nə bəngi, nə xəyaliyəm, nə rəngi,
Nə moğənniyəm, nə çəngi, hələ ləng, ləng, ləngəm.
Nə rəfiqe-bustanəm, nə qərine-qolestanəm,
Səge-kuye-delsetanəm, hələ ləng, ləng, ləngəm.
Nə setareəm, nə mahəm, nə gəda, nə padşahəm,
Bemiyane-in do rahəm, hələ ləng, ləng, ləngəm.
Nə zəmin, nə asemanəm, nə əz ino nə əz anəm,
Nə diyare-laməkanəm, hələ ləng, ləng, ləngəm.
Nə pəri, nə cenno ensan, iə mələk, nə huro qelman,
Nə felanəmo, nə behman, hələ ləng, ləng, ləngəm.
Nə ze kano mədənəm, mən nə ze gənco məxzənəm mən
Nə mənəm, nə mən mənəm mən, hələ ləng, ləngəm.
Nə cəvanəmo nə pirəm, nə kəmanəmo nə tirəm,
Nə səğiro nə kəbirəm, hələ ləng, ləng, ləngəm.
Nə ze ləle-bibəhayəm, ğə ze dorre-bisəfayəm,
Nə nəva, nə binəvayəm, hələ ləng, ləng, ləngəm.
Nə holuliyəm, nə dəhri, nə kənariyəm, nə bəhri,
Nə riyaziyəm, nə cəfri, hələ ləng, ləng, ləngəm.
Nə monəccem, nə kahen, nə sahero nə mədahen,
Nə bezarean gəvahen, hələ ləng, ləng ləngəm.
Nə Nəbatiyəm, nə bəngi, nə mosəllayəm, nə cəngi,
Nə məcuso, nə ferəngi, hələ ləng, ləng, ləngəm.

Yenə başqa bir kəlamında Seyid Əbülqasım özünü mədhuş və heyran bir halda valeh və sərgərdan görüb kəmali-fəsahətlə məstanə halətini bu tövr bəyan edir:

Өylə məstəm bilməzəm kim, mey nədir, mina nədir,
Gül nədir, bülbül nədir, sünbül nədir, səhra nədir.

Od tutub canım sərasər yandı, amma bilmədim
Dil nədir, dilbər nədir, başımda bu sevda nədir.

Bilmədim ömrümdə hərgiz küfrü iman hansıdır,
Əhmədü Məhmud kimdir, Musiyü İsa nədir?

Şahbazi-övci-vəhdət, vahidü həyyü qədim,
Xaliqi-ərzü səma ol fərdü bihəmta nədir?

Sədri-eyvani-cəlalət, şəmi-bəzmi-kainat,
Afitabi-ərşi-izzət "lafəta illa" nədir?

Türrəhatı qoy kənarə, rəqsə gəl divanəvər,
Gəl, xərabət içrə gör bu şurişü qövğa nədir!

Dürdi-safi gözləmək vaxtı deyil, saqi, aman!
Şişə ver, peymanə ver, sağər nədir, səhba nədir?!

Dur, gözün qurbanıyam, məstanə gəl, rindanə ver,
Çox demə Cəmşiddən, İskəndərü Dara nədir?

Lövhəşəllah, kimdi bilməm eşq divanın yazan,
Aşiqü məşuq kimdir, Vamiqü Əzra nədir?

Şahidi-xəlvətnişinim etdi ruxsarın əyan,
Aşiqi-divanə gəl gör zahirü ixfa nədir!

Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin,
Kimdi bu gözdən baxan, ya dildə bu guya nədir?

Nəbatinin bu şerləri Şəms Təbrizi əleyhirrəhmənin aşağıda yazılan kəlamına çox bənzəyir. Təfavüt ancaq bundadır ki, Nəbatinin kəlamı rindanə və aşiqanə, amma Şəms Təbrizinin kəlamı həkimanə və fəlsəfanə əsərlərdir. Nəbatinin kəlamındakı atəşi-eşq, cuşi-zövq və şövq qareini vəcdə gətirir, Şəms Təbrizinin kəlamı isə onları dərin fikir və əndişəyə salır.

Budur Şəms Təbrizinii kəlamı:

Ruzha fekre-mən inəst, həme şəb soxənəm
Ke, çera ğafel əz əhvale-dele-xiştənəm.
Əz konça amədeəm, amədənzm bəhre-çe bud,
Bekoca mirəvəm, axər nənəmai vətənəm.
Kist dər quş ke, u mişənəvəd avazəm,
Ya kodaməst soxən mikonəd əndər dəhənəm.
Kist dər dide ke, əz dide birun minekərəd,
Ya ke, canəst nəquyi ke, mənəş pirəhənəm.
Mən bexod namədəm inca ke, bexod baz rəvəm,
An ke, avərd məra baz borəd bər vətənəm.
To məpendar ke, mən şer bexod miquyəm,
Ta ke, hoşyarəmo bidar yeki dəm nəzənəm.
Şəms Təbrizi, əgər ruy bema benəmayi,
Vəllah in qalebe-mordar behəm dər şekənəm.

Məşhur çarparəsində Nəbati püxtə və arif olmağa və mürği-Qafla həmzəban olub uca məqamlarda dövr etməyə və kuyi-eşqə dəlil bulmağa və nəqşi-bütdə sirri-vəhdəti görməyə və dünyanın çigunəliyinə məlumat yerişdirməyə çox səfər, təcrübə, bilik, məhəbbət, cürət və tərkisərlik lazım olmağını şairanə bəyan edib deyir:

Get dolangilən, xamsən hənuz,
Püxtə olmağa çox səfər gərək.
Mürği-Qaf ilə həmzəban olub,
Dövrə qalxmağa balü pər gərək.

Kuyi-eşqə gəl getmə bidəlil,
Quli-dəng təx düşmə çöllərə.
Ta ki, salikə rəhnümun ola,
Xizri-rəh kimi rahbər gərək.

Yox, yalan dedim, hərzə söylədim,
Vazehin deyim, doğru söyləyim,
Həqqə arifi vasil etməyə
Bir dodaqları xam şəkər gərək.

Zülfi-ənbərin, xali-nazənin,
Qönçə tək dəhan, qaşı cansitan,
Mahi-biqərin, şahi, gülruxan,
Nəstərən kimi simbər gərək.

Lalə tək üzü al yanaq ola,
Tazə gül kimi tərbuxaq ola,
Bir günəşqabaq, xoşməzağ ola,
Şux sərvqəd, zərkəmər gərək.

Həminan ola mehrü mah ilən,
Həmzəban ola nurü nar ilən,
Nitqi dilgüşa, ləfzi canfəza,
Gənci-sinəsi pürgöhər gərək.

Həqqə aşina, xəlqdən cüda,
Eyləmiş ola nəfyi-masəva,
Həyyi-lamyəzəl, fərdi-biməsəl,
Ol Məsih tək bipədər gərək.

Qoygilən qədəm deyrə lacərəm,
Nəqşi-bütdə gör sirri-vəhdəti,
Bu çigunədən vaqif olmağa
Bir cünuni-həq, mərdi-ər gərək.

Az danışgilən, olgilən xəmuş,
Etmə aləmə sirri-eşqi faş,
Burda durma çox, keç bu vərtədən,
Bu məqulə söz müxtəsər gərək.

Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər görək.

Ciddü cəhd qıl, arif ol, gözüm,
Elmi-eşqdən olma binəsib,
Cum bu bəhrə bir, tap bu gövhəri,
Aşiqəm deyən tərki-sər gərək.

Rah pürxətər, bəxt vacgun,
Zülfi-yar tək şəb siyahgun,
İndi qeybdən Xançobanına
Nəxli-Turdən bir şərər gərək.

Ya Əli, məni cami-eşqdən
Bir kərəm qılıb öylə məst qıl --
Kim, desinlə xəlq lal oturmağa,
Bu Nəbati tək bəxtəvər gərək.

Nə qədər ki, mərhum Seyid Əbülqasım müttəqi, haqpərəst bir zat imiş və nə qədər övqatını ibadət və riyazətdə keçirməyi sevərmiş, bir o qədər də bimərifət və biməhəbbət ibadəti, riyayi və zahiri zöhdü təqvanı dost tutmaz imiş, "bismillahı dərk et(mə)miş həm də şərh verən" abidi-fasiqə və müfəttin vaizə canü dildən tən və nifrin oxuyarmış. Belə riyayi və yalançı zahidləri bəzi kəlamlarımda zahidlik isminə yaraşmayan sifətlə müttəsif qılmışdır:

Mən qılmayın çox da zahidi,
Üzrü var onun, aşiq olmayıb,
O, əbəs yerə xəlq olunmayıb,
Bağbanə bir kəlləxər gərək.

Və həmçinin məhəbbəti-ilahidən bixəbər və mərifəti-rəbbanidən bisəmər abidlərə xitabən demişdir:

Zahid, az danış, get, gözümdən it!
Eşqdən məni çox da danlama,
Mən məgər əbəs olmuşam dəli,
Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax,

Məndən ət götür, ey uzunqulaq!
Zöhd satma çox, ey himar, məhz!
Dur ayağa bir, aç o kor gözün,
Bir o gözləri sürməsayə bax!

Burada Nəbati:

Mən məgər əbəs olmuşam dəli,
Bir o "mim"ü "dal", "ba"vü "ra"yə bax --

— şerində ona işarə edir ki, ruzi-əzəldən müdəbbiri-ləmyəzəl (Y"YY Y ^YY) — ki, ibarət ola qadiri-zülcəlaldan, — onun xəmirəsini məhəbbətlə yoğurub, mərifət nuru ilə münəvvər qılıbdır, bərgüzidələr silkinə daxil və dünya qeydindən xilas və biehtiyac eləyibdir. Necə ki, özgə bir məqamda şair deyir:

Təbbali-qəza döydü mənim adıma axir

Bu təbli-cununu.
Səhrayə salıb etdi məni kuhdə məskun,

Bu gərdişi-gərdun.

Və habelə şair eşq əhlinin ustadı və sərxeyli olan Məcnuni-zəbunu və sonra Fərhadi-bimuradı yada salıb özünü dəxi onların silkinə daxil edib və hətta Fərhadi-qəmpərvərdən özünü artıq tutub deyir:

Əlminnətü-lillah oxudum elmi-lədünni

Ustadi-əzəldən.
Feyzi-nəzəri etdi məni qabili-əsma,

Çün Xizri-müəlla.
Əfsus ki, aləmdə deyil dağ çapan oğlan

Fərhadi-hünərmənd,
Təlim edəydim ona mən dərsi-"səmina"

Ta ayeyi-"övfa".
Məcnun idi eşq əhlinin ustadı, həqiqət,

Pirimdən eşitdim.
Əfv eylə günahın sən onun, bari-xudaya,

Ovsilhu bi Leyla.
Hərçənd qaradağlıyam, yoxdu kəmalım,

Müşküldü kəlamım,
Hər fərddə məsturdu bir dürri-müsəffa,

Yüz lölövü lala.
Yandı ciyərim, bəsdi, fəğan etmə, Nəbati,

Bir ləhzə tut aram.
Səhrayi-cünun içrə ol azadədil, amma

Tut daməni-mövla.

Və yenə Nəbati riyakar zahidin söhbət və ülfətindən peşman olub və yaxasını kənara çəkib deyir:

Mən hara, söhbəti-namaz hara?!
Məni azdırdı bu müsahibi-xam.
Dəftəri-eşqü babi-sövmü səlat,
Məbhəsi-xalü xət, rükuü qiyam.
Ey ələmdari-şahi-təşnəcigər,
Sənə qurban mənim atam-anam.
Hərə bir şahı sevmiş, əzəldən
Səni sevmiş Nəbatiyi-bədnam.
Gəh Əbülfəzlü gahi ya Abbas --
Deyərəm, eylədim sözü itmam.
Saqiyü camü şahidü gülü mül --
Bu idi, vəssəlam, vəlikram.
Gəl, gözüm, tut nəzərdə ol şahi,
Müxtəsər eylə, etmə çox ibram.
Qoy qədəm rahi-eşqə mərdanə,
Gir xərabatə məstü məstanə.

Aşağıda dərc olunan kəlamında Nəbati bir növ hali-dilini bəyan etmək üçün bəni-Haşim mahı, mənbəi-sövlətü şücaət Əliyyül-Mürtəza oğlu Həzrət Abbasdan mədəd tələb edir, xaməsinin tişeyi-Fərhaddan kəskin olmağını təmənna edir və divanəvər həlqeyi-zənciri meydani-tərəbdə silkələyib eşq ilə bir hay-huy çəkir. Bu əsnada şairin qulağına Hatifdən nida gəlir ki, ey Nəbati, mətləbin rəva oldu, xatiriki şad qıl! Və sonra münşiyi-divani-həqq şairə bu fərmanı verir ki, eşqdən lafü gəzaf vurub özünü eymə və aşiqəm demə. Bu yolda eşqi-məcazi yaramaz; bu yolda gərəkdir kərrat ilə canını bəlalara salıb, bərkidib polad edəsən və buteyi-ixlasda qəlbi-misi əridib iksiri-eşq ilə onu pak və saf qılasan və hər nisfi-şəbdə rahət yuxusundan ayılıb, əl-üzünə səfa verib, şövq ilə nami-xudanı vird edəsən, ta ki, bu minval ilə nəfsi-dunun köpəyi məqamında olan hirsü tamahı özünə ram edə biləsən və qəmkədeyi-üzlətə təbini mötad qılmağı bacarasan.

Vəqti ki, bu imtahanlardan çıxıb və şərbəti-təcriddən bir cam içib özünü həlqeyi-ürəfayə və daireyi-hükəmaya daxil elədin, onda sənə eşq tilsiminin qıfılı fəth olunar. Bundan sonra rahi-fənada sənin nəfsinə bircə təvəkkül kifayət edər, beşərti ki, su yerinə gözlərin yaşını Dəcleyi-Bağdad edib və yarın ətəyindən bərk yapışıb rahi-eşqdə müstəhkəm durasan. Bu halda aləmi öz əmrinə tabe edə bilərsən və xatirini zikrdən cənnəti-Şəddad qılsan da, vəsvəseyi-şeytan səni gümrah edə bilməz. Bundan sonra əgər Nəbati başqa məqamlarda səyahət etmək fikrinə düşərsə, onda onun başını temeyi-xəncər etməyə muxtarsan. Şairin öz kəlamına rücu edək:

Aşiqi-divanə, bir zümzümə bünyad qıl!
Xatirimi qüssədən bir nəfəs azad qıl!

Həlqeyi-zənciri bir silkələ, səslən yenə,
Eşq ilə bir hay-huy, şur ilə bir dad qıl!

Müddəti-axır bu ev bəzmgəhi-yar idi,
Heyfdi, bu mənzili yıxma, gəl abad qıl!

Mahəsəl, məqsədin yar idi məqsud əgər,
Başini bu damdə daneyi-səyyad qıl!

Ruzi-əzəl aşiqə qismət olub xuni-dil,
Bax mənə bir sədrini kureyi-həddad qıl!

Yoxdu bizim sazımız, tari-xoşavazımız,
Tök üzə əşki-rəvan, naləvü fəryad qıl!

Mahi-bəni-haşim ol Həzrəti-Abbasdən --
İstə mədəd, xaməni tişeyi-Fərhad qıl!

Müğbəçeyi-mütrübün burda yeri yox hənuz,
Ah çəkib dəmbədəm növhəvü bidad qıl!

Yetdi nida səminə Hatifi-lareybdən,
Mətləbin oldu rəva, xatirini şad qıl!

Münşiyi-divani-həqq yazdı bu fərmanı kim,
Bu neçə əbyatı da dəftərə irad qıl!

Laf urub eşqdən, adına aşiq demə,
Ya bu ki, bu rahdə canını fulad qıl!

Bu misi-qəlbi ərit buteyi-ixlasdə,
Vur ona iksiri-eşq, qabili-nəqqad qıl!

Nisfi-şəb olduqca dur əl-üzünə ver səfa,
Yatma dəxi, sübhə dək şövq ilə övrad qıl!

Ta ki, sənə ram ola hirsi-səki-nəfsi-dun,
Qəmkədeyi-üzlətə təbini mötad qıl!

Şərbəti-təcriddən başına bir cam çək,
Get özünü daxili-həlqeyi-övtad qıl!

Ta ki, sənə fəth ola qıfli-tilismati-eşq,
Xəlq üzünə qapını şeşdəri-nərrad qıl!

Əşhəbi-sər-sər-xuram gərçi inanın qırıb,
Getmə, dur, ey biədəb, hörməti-ustad qıl!

Şamü səhər müttəsil həmdü yüz ixlas ilə
Ta nəfəsin var isə ruhun onun şad qıl!

Yar ətəyindən əlin üzmə, budur rahi-eşq,
Gözlə onu, aləmi tabeü münqad qıl!

Vəsvəseyi-Əhrimən gər səni gümrah edə,
Xatirini zikrdən cənnəti-Şəddad qıl!

Bir də Nəbati əgər meyli-səyahət edə,
Başın onun tömeyi-xəncəri-cəllad qıl!

Digər bir kəlamında Nəbati könlünə xitab edib deyir: Bu qədər yatdığın bəsdir. Qəflət yuxusundan bir gözünü açıb bidar ol! Qönçə kimi pərdədə qaldığın bəsdir, bir zaman açılıb sən də bir şahidi-bazar ol! Zülmət diyarına qədəm basıb abi-həyatı axtar, irəli yeri, dönüb dala baxma, xövfü şəkkə düşmə! "Ləntərani" əcəb bir əmrdir. Əgər həqiqi aşiqsən, Tura sarı yüyür, talibi-didar ol! Musa kimi əsanı yerə at və nəleynini ayağından çıxart, onda nuri-həqq səndə təcəlla edər. Əgər həqqi tutub xalqı unutsan. İsa kimi göylərdə məqam tutarsan.

Əlli ilin müddətində bu qədər məscidə gedib-gəlməyindən nə hasil etdin? Hansı feyzü kəmalata nail oldun? Oğlun ölsün, bir usan, bəsdir bu qədər riyayi ibadət və zahiri taat! Bizar ol! Şəkkü səhvi qəlbindən çıxart, "qabili-məğfirəti-qadiri-qəffar ol-ol"!

Bu qədər guşeyi-mehrabə sığındın bəsdir,
Bir də meyxanəyə gəl, faizi-ənvar ol-ol!

Eşqi, aşiqliyi mən eyləmə, zahid, billah,
Əqlini başına yığ, aşiqi-bir yar ol-ol!

Seyid Əbülqasım öz təbi-gövhərbarı və əşari-abdarı xüsusunda belə yazır:

Aç fəsahət qapısın, ey "ənə əfsəh" nəsli[4],
Səndə mirasi-şahənşahi-tədəlla görünür.

[4]- Rəsuli-əkrəmə işarədir.

Şəms Təbrizi kimi mühyiyi-əmvat oldun,
Vəh, onun cilvəgəhi aləmi-bala görünür.

Təbi-mətbuun edər Maniyü Ərcəngi xəcil,
Rəşheyi-kilki-tərin sehri-həlala görünür.

Bu nə pərvazdı, ey tairi-Simürğ-şikar,
Təhti-balında onun fövqi-Sürəyya görünür.

Sözü qıl şəhdü şəkər, ey ənə əmləh balası,
Məhəki-dürri-süxən -surəti-Sədra görünür.

Həyy edər əzmi-rəmimi nəfəsi-müşkini,
Nitqi-şirini ara möcüzi-İsa görünür.

Qələmi gövhərrizinə xitabən deyibdir:

Ey qələm, ey ənisi-əhli-bəyan,
Cəhd qıl etgilən sözü ziba.
Gəl, gətir badə, ey gözüm saqi --
Ki, verim çöhreyi-məqalə səfa,
Ta salım bu cahanə bir ğülğül,
Başlayım tazə bir əcibə nəva,
Gələlər vəcdə aşiqü arif,
Düşəlar rəqsə padişahü gəda.

Bu babda yenə başqa bir kəlamında yazıbdır:

Kilki-süxənsəncü şəkərrizə bax,
Gündü bu ya gövhəri-inşa imiş?

Kağızı diba kimi gülgun edib,
Cümlə hünər bunda mühəyya imiş.

Nöqtələri hər biri bir qitədir,
Hərfləri hər biri pira imiş.

Haşimiyəm, varisi-fəxrül-kəlam,
Bizlərə bu şiveyi-aba imiş.

Padişahi-ərzü səmadır qələm,
Taçi-səri-Xosrovü Dara imiş.

Bu qələmi-silsiləmudur ki, bu
Həmdəmi-hər arifü dana imiş.

Yenə bu xususda başqa bir yerdə yazmışdır:

Kağəzi-zərkeş kətir, ver mənə zərrin qoləm,
Ta ki, mən inşa qılım eşqdə bu məhzərn.

Çünki tamam eylədim mən bu tərəbxanəni,
Hazır edin siz v dəm Maniyi-surətgərn.

Onda mənim şəklimi, surəti-dildarımı
Nəqş edə bu səfhədə, şad edə bu kafəri.

Getdi Nəbati özü, qaldı sözü yadigar,
Aşiq olanlar gəzər axtarı bu dəftəri.

Yenə ez təbi haqqında buyurmuşdur:

Çox tərif eləmə baği-behişti, zahid --
Ki, onun kuyi, mənim rövzeyi-rizvanım bəs,

Bülbülü tutiyü qumri sənə ərzani ola,
Ey Nəbati, mənə bu təbi-süxəndanım bəs.

Burada zikr olunan kəlamlardan başqa yenə Nəbatn-nin öz təbi vəsfində mövzun şerləri vardır ki, cümləsini yazmağa ehtiyac yoxdur. Biz ancaq bunu deyə bilərik ki, əlhəqq Nəbatinin təbi kezəl və rəvan imiş. Ondan nəşət edən sözlərin çoxu ləlü çəvahirə bərabərdir.

Gövhəri-iəzmdi ya silki-dürü ləli-xoşab,
Şeri-rənkindi ya lölövü lala-lala.

Nəbati əleyhirrəhmənin başqa növ kəlamları nlə möhtərəm oxucuları daha da ətraflı aşina etmok qəs-di ilə təbərrükən bir neçəsini burada dərc edirik,

Müstəzadi-Nəbati:

Ta oldu sənin mehri-ruxun sunbülo mülhoq,

Ey mahi-mütəbbəq!
Sandım ki, kunəş əbrə kirib oldu mübərrəq,

Çan oldu mühərrəq.
Mah uzrə duşən nöqteyi-xalın nə bəladır,

Ey közləri cadu.
Heyrətdədi bu məsələdə cümlə müdəqqiq,

Acizdilə mütləq.
Bu dairədə nöqteyi-pərgar qalıb mat,

Şətrəncdə çün şah.
Girdabi-bəla içrə sınıb ləngəri-zövrəq,

Hər dəm deyər "həq-həq".
Bu acizü dərvişə əgər mürşidi-eşqin

Rüsxət verə, billah,
İsbat edərəm böylə ki, hamı deyə səddəq,

Həm ərşi-müəlləq.
Faş eyləməzəm mən dəxi əsrari-nihanı,

Yox, yox, qələt etdim.
Get, get, qanını heç yerə tökdürmə benahəq,

Ey cahili-əhməq!
"Bismillah"ı dərk eyləməmiş "həmd"ә yüyürmə,

Ey zahidi-gümrah!
Sərkərdəsiz aya görünüb bağlana səncəq,

Ləşkər tapa rövnəq?
Doyməz iki dinarə sənin sövmü səlatın,

Sallanma behiştə!
Qəflətdən oyan, aç gözün, ol tazə müsəbbəq,

Manəndi-Fərəzdəq.
Keyfiyyəti-meyxanəni məsciddə kim anlar,

Gəl ol sözə vaqif.
Aldatdı səni cifeyi-dünyayi-müzərrəq,

Vur başına çün bəq.
Hümmət elə, aç sinəmi, qıl nitqimi guya,

Ey piri-xərabət!
Bu leyli-düca içrə məni qoyma müfərrəq,

Ey sübhi-müfəlləq.
Bu ərseyi-xunxardə dəm vurma, Nəbati,

Ol sakitü samit.
Guya sənə kəşf olmayıb əhvali-"ənəlhəq",

Sən bilmədin əlhəq

Qəzəli-Nəbati:

Cumdum yenə qəvvas tək dəryayə mən, dəryayə mən,
Qıldım nəzər bir lölöyi-lalayə mən, lalayə mən.

Sən sanma mən bu bəhrdə hər inci, mirvari gəzəm,
Göz dikmişəm bir gövhəri-valayə mən, valayə mən.

Getdim biyaban gəştinə, urdum təcəlla dəştinə,
Etdim tamaşa Turdə Musayə mən, Musayə mən.

Çıxdım bu ərşin üstünə, baxdım büləndü pəstinə,
Pəs onda nagəh uğradım İsayə mən, İsayə mən.

Saldım tamami-aləmi gözdən, unutdum Adəmi,
Verdim könül bir vahidi-yektayə mən, yektayə mən.

Gəzdim səmavati tamam, hər mənzilə etdim xuram,
Qıldım güzər həm cənnəti-əlayə mən, əlayə mən.

Etdim tamaşa güllərin, həm xoşnəva bülbüllərin,
Saldım nəzər həm mənzəri-hurayə mən, hurayə mən.

Getdi sərimdən əqlü huş, bir guşədə oldum xəmuş,
Düşdüm əcayib mənzili-ixfayə mən, iifxayə mən.

Nə yatmış idim nə oyaq, nə atlı idim nə yayaq,
Bir vaxtı gördüm gəlmişəm dünyayə mən, dünyayə mən.

Leyli deyib çəkdim aman, qan-qaş töküb etdim fəğan,
Düşdüm yenə Məcnun kimi səhrayə mən, səhrayə mən.

Fani olubdur bu bədən, dur tap, Nəbati, bir kəfən.
Bu canı qurban eylədim Leylayə mən, Leylayə mən.

Əyzən qəzəli-Nəbati:

Ey könül, etmə şurü qövğa hiç!
Çəkmə bihudə rəncü qövğa hiç!

Bivəfa ömrə etibar etmə,
Olma aludə fikrə əsla hiç!

Xak olur aqibət fəqirü ğəni,
Hasili-malü mülki-dünya hiç!

Arif ol, arif, olma zahidi-xüşk,
İxtiyar etmə zöhdü təqva hiç!

Mübtəla olma nəşeyi-bəngə,
Meyi-gülfam, cami-mina hiç!

Hümmət et, olgilən yəqin əhli,
Küfrü dii bəhsin etmə qəta hiç!

Ey Nəbati, səninlə həqdir yar,
Qəm yemə aləm olsa əda hiç!

Mürəbbeati-Nəbati:

Səba, bu ərzimi yetir səyyada,
Söylə bağışlasın xudayə məni.
Taqətim kəsilib künci-qəfəsdə,
Mürəxxəs eyləsin bir ayə məni.

Əgərçi bilirəm çoxdur günahım,
Dəxi ondan özgə yoxdur pənahım,
Degilən: ümidim vardır ki, şahım
Əfv etsin ayeyi-vəfayə məni.

Gecələr sübhə dək işim nalədir,
Ağlamaqdan gözüm qan piyalədir,
Canım bütün qara dağlı lalədir,
Yetirsin Zəmzəmü Səfayə məni.

Məlamət çəkməkdən yetişdim canə,
Əridi ürəyim, döndü al qanə,
Səba, ərzim budur şahi-cahanə:
Dəxi çox salmasın sədayə məni.

Nəbati, Məcnun tək gahi ağladın,
Uşaqları yığıb dəstə bağladın,
Gahi Qələndər tək özün dağladın,
Axır ki, gətirdin harayə məni,

Əyzən qafiyeyi-Nəbati:

Yenə gözüm düşdü bir məhcəmalə,
Ağ üzündə qara müşkin xalı var.
Həlqə-həlqə olub zülfi-müşkini,
Lovhəşallah, əcəb qəddi-dalı var.

Yanaqları lalə, gözlər badami,
Bağrımı qan etdi ləli-gülfami,
Nə oldular, ya rəb, Xosrovi-nami,
Xosrovü Şirinin min məqalı var.

De gəlsin saqiyə, qılsın büsatı,
Mürəttəb eyləsin bəzmi-nişatı,
Tez olun, yandırın şəmi-simatı,
Döşəyin məclisə hər nə qalı var.

Səfheyi-ruxsarı bədri-münəvvər,
Döşənib üstünə zülfi-müənbər,
Dişləri mirvari, dəhanı şəkkər,
Ləblərinin əcəb dadlı balı var.

Gəzəsən aləmi cümlə sərapa,
Tapılmaz bir belə sərvi-dilara,
Dəyməz [bir] muyinə, həq bilir, haşa,
Hər nə bu dünyanın mülki, malı var.

Yəhərləyin görüm əsbi-gülguni,
Bivəfa görürəm çərxi-gərduni,
Bir də seyr eləyim tərfi-hamuni,
Divanə könlümün yüz məlalı var.

Mən dedim bəs Xançobani cavandır,
Bir igid oğlandır, bəbri-bəyandır,
Demə ki, qocalıb, qəddi kəmandır,
İndi gördüm, saqqalının çalı var.

Əyzən qafiyeyi-Nəbati:

Səba, məndən söylə o gülüzarə,
Bülbül gülüstanə gəlsin, gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmanə gəlsin, gəlməsin?

Mən qurbanı olum ənbər tellərin,
Qönçə dodaqların, püstə dillərin,
O lalə ruxsarın, müşkin xalların
Oduna pərvanə gəlsin, gəlməsin?

Gözüm çox həsrətdir xumar gözünə,
Günəş cəmalına, şəkər sözünə,
Utanıram, necə deyim üzünə,
Dərdin xəstə canə gəlsin, gəlməsin?

Nəbati istəməz sənsiz dünyani,
İzzəti, hörməti, şövkəti, şani,
Bir zada qalmayıb dəxi gümani,
Bu baş o meydanə gəlsin, gəlməsin?

Əyzən qafiyeyi-Nəbati:

Şeyda bülbül, fəqan etmə, qəm yemə,
Bu gün-sabah gül açılır, yaz olur.
Əziz saxla, qənimət bil vücudun,
Vəfası yox gülün, ömrü az olur.

Degilən Fərhada, ey möhnətpişə,
Şirindən incimə, çal daşa tişə
Aşiq-məşuq arasında həmişə
İşvə olur, qəmzə olur, naz olur.

Gedər, candan çıxar daği-həsrətin,
Artar gündən-günə şanü şövkətin,
Sübhi-vəslə yetər şami-firqətin,
Diləyin, mətləbin hamı saz olur.

Xədəmələr durar sağü solunda,
Cəvahir bazubənd iki qolunda,
Fəvvarələr işlər daim gölündə,
Yaşıl başlı ördək olur, qaz olur.

Nəbati, sevmişəm bir dilsitanı,
Bir sözü gülşəkər, qönçədəhanı,
Dəxi faş eyləmə sirri-nihanı,
Aşiqin könlündə yüz min raz olur.

Əyzən mürəbbeati-Nəbati:

Yenə İskəndər tək düşdüm zülmətə,
Qabaşmı kəsib yüz min bəhrü bər,
İgidliyin, mürüvvətin çağıdır,
Yetiş fəryadıma, ey Xizri-rəhbər!

Tülu etməz nədən "şəmsi-vəzzüha"?!
Fənayə baş çəksin leylətüd-düca,
Yoxsa yatıb məgər nəsimi-səba,
Məşamıma yetməz nəfxeyi-səhər?!

Yarə qurban deyən dili lal etdim,
Möhr edib ağzımı tərki-qal etdim,
Əlif tək qəddimi bükdüm, dal etdim,
İndi görək bu kəmanı kim əyər?

Nəbati, mingilən Rəxşi-himməti,
Seyr elə sərbəsər dəşti-vəhdəti,
Qoyma çıxsın əldən vəqti-fürsəti,
Heyifsən, dünyadan getmə bixəbər!

Təcnisi-Nəbati:

Sənin tək şəhbazi-sərvqamətə
Bir cürə tərlanın ayağı gərək,
Gəmişən saatda kəbkü turaca
Qaynağının dəmi, ayağı gərək.

Əyninə geyəsən gündə minalı,
Beli bağlı xəncər, dəstə minalı,
Qurulsun məclisin cəngü minalı,
Əlində saqinin əyağı gərək.

Qabağınca neçə yedək çəkilə,
Səni görcək xanzadələr çəkilə,
Erişə şöhrətin Çinü Çəkilə,
Deyələr şahlığa ayağı gərək.

Səhər-axşam təblü nayın buğlana,
Çəkilə düşmənin darə bağlana,
Plov qazanların üstə buğlana,
Yaxşı bollu əti-ayağı gərək.

Səba, bu ərzəni ələ salma ya!
Mənim salamımı yetir Səlmaya[5],
Niyə gərək məni yada salmaya,
Onun Nəbati tək ayağı gərək.

[5]Səlma — şairin sevgilisinin adıdır.

Yenə təcnisi-Nəbati:

Məcnunlar adını çəkən təhrirə,
Nola sərdəftərə o, yaza məni.
Deyirlər bu idi zikri Mahmudun:
Durun qurban edin Əyaza məni.

Yenə sağ qalmışam, belə yarə, mən,
Kəlbin tək kuyində yatam yerə mən,
Gizlin sirrim gedim deyim yarə mən,
Bir ağaç götürə, ay əzə məni.

Saçı sünbül, üzü gül-gül, göz ala,
Göz istəməz gözlərindən göz ala,
Bu şan-şan bağrımı gül-gül göz ala,
Qənaət verginən a yaza məni.

Nəbati tək dəryaları üzəsən,
Siyah zülfün əfşan eylə üzə sən,
Qəmər tək buluddan bir çıx üzə sən,
Çox da verməgilən ayaza məni.

  • * * * * *


Eşqi başa vurub söz deyən aşiq,
Gəl [görüm] görmüsən bu göz kimi göz?
And olsun allaha, həyyü layəzəl
Xəlq edəməz bir də bu göz kimi göz.

Niyə zülfün yenə üzdən yan durmuş,
Məni oxlamağa Gəzgəz yan durmuş,
Çox fəqiri fələk yaxıb yandırmış,
Heç kafir görməsin bu göz kimi göz.

Bu müşkülün heç görünməz asanı,
Dağ-düyünün yoxdur dəxi a sanı,
Görüm allah hifz eləsin a səni,
Bədnəzər düşməyib bu göz kimi göz.

Bilməm fələk məni kimə cur etdi,
Eşqim qurmamış qapdı, çur etdi,
Gözüm yaşı Nəbatini çürütdi,
Dilim yandı dedim: bu göz kimi göz.

  • * * * * *


Qafqaziyada və Azərbaycanın bəzi nöqtələrində Molla Pənah dövrünə daxil olan və fövqdə isimləri zikr olunan şüəradan başqa bir çoxları da vardır ki, onların, məəttəəssüf, tərcümeyi-hallarından və isim-nəsəblərindən, azacıq da olsa, məlumat kəsb etməkdə aciz qaldıq və bu yolda çox cüstücu etdiksə də, səyü təlaşımız bir nəticə vermədi.

Bu şairlərdən məşhur olanları Ağaməsih Şirvanidən və Xacə Nişatdan sonra Şamaxı və Şirvan torpağında vücuda gələnləridir ki, fəzlü kəmalda və xüsusən şer yazmaqda iştihar bulmuşlar.

Mərhuməl-məğfur Ağaəli bəy Əfəndizadənin bizə verdiyi məlumata görə Ağaməsihdən və Nişatdan sonra xaki-mübarəki-Şirvanda ərseyi-vücuda gələn şüəra --ki, ibarət ola Məhvəşidən, Zülalidən, Vaiz əfəndi Şirvanidən, Əsgər Şirvanidən, Nabi əfəndi Şirvanidən, Arif Şirvanidəi, Lahici Şirvanidən, Hümməti Şirvanidən, Asəf Şirvanidən, Nəsim(i) Şirvanidən, Məhzun Şirvanidən, Molla Qədir Naci Şirvanidən və qeyrilərindən — hicrətin on üçüncü əsrinin əvvəllərində və bəziləri əvasitində zildəganlıq edib əşari-mütəfərriqədən səva bir namü nişan qoymayıblar. Bu şairlərin içində Məhvəşi, Vaiz Şirvani və Naci Şirvani kimi müqtədir, süxənvər və danişməndləri də olubdur ki, hər biri təbi-səlim sahibi imiş. Bunların ismlərini zikr-edib də lazım gördük ki, hər birinin əşarü kəlamından bəzilərini nümunə olaraq məcmuəmizə daxil edək.