Bəzi şairlərə
VikiMənbə saytından
Az tərif axtarın , az şöhrət gəzin
Əsər yaratmayır giley , danişiq .
Cinayət deyil ki , düşünək bizim ,
Coxumuz bir dahi doğulmamışıq .
Çinsiz , rütbəsiz də batmayaq yasa ,
Əsgər şərəfiylə yaşayaq da bir ,
Hamı döyüşlərdə general olsa ,
Daha generallıq kimə gərəkdir ?!
Məmməd Araz 1964 .