Bir qəbir yanında

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Birdən elə bil ki ,
bir səseşitdim ,
Bilmədim mənası : alqış ya qarğış ,
Bayaq üzərində oturduğum daş
Sən demə bir uçuq məzar daşıymış .

Diksinib ayıldım dalğınlığımdan ,
Gördüm ki bir çiçək üzümə baxır .
Bir istək boylanıb yer lağımından
Həmsöhbət istəyir Xəyyamsayağı .

Nə vaxtsa eləcə çiçəkmişəm mən ,
Nə vaxtsa beləcə insanmış o da .
Çiçəklər insanın təbəssümündən ,
Daşlar qəzəbindən göyərir orda ...

Hardasa özündən ayrılır insan ,
Nə vaxtsa qayıdır , tökülən dolur .
Fəqət nə əbədi ayrılığından ,
Nə də dönüşündən xəbəri olur .

Məmməd Araz . Şuşa , avqust 1970 .