Brilyant tac (Artur Konan Doyl)
Brilyant tac Müəllif: Artur Konan Doyl Tərcümə edən: Camal Zeynaloğlu |
Doktor Uotsonun yenidən Şerlok Holmsın iş otağında olması ona xoş təsir bağışlayırdı, çünki bütün naməlum macəraların aydınlaşdırılması buradan başlayırdı. Uotson əvvəlcə ətrafına nəzər saldı, amma heç kəsi görə bilmədi. Nəhayət, geri dönəndə Billinin gülümsəyən sifəti ilə qarşılaşdı. Billi gənc olsa da, çox ağıllı oğlan idi. Tənha olduğunu unutmaq üçün Holmsa kömək edirdi.
- Burada heç bir dəyişiklik yoxdur, Billi, siz də heç dəyişilməmisiniz. Əminəm ki, siz də onun haqqında mənim kimi düşünürsünüz.
Billi narahat halda yataq otağının qapısını araladı.
- O, yatır, - dedi.
Gözəl yay günlərinin biri idi; axşam saat yeddi olardı. Doktor Uotson bir az əvvəl eşitdiyi sözlərə o qədər də təəccüblənmədi. Şerlok Holms çətin işləri araşdıranda gecəni gündüzə qatardı.
- Belə çıxır ki, o, yenə də çətin məsələlər üzərində işləyir? - Uotson Billidən soruşdu.
- Bəli, cənab, onun işləri olduqca ağırdır, mən onun sağlamlığı üçün qorxuram. O, heç bir şey yemir, günü-gündən zəifləyir. Handson ondan nə vaxt nahar edəcəyini soruşanda Holms belə dedi:
- Birisi gün, 8-in yarısında. Dünən bütün günü yoxsul bir paltarda gəzib, bu gün isə yaşlı qadın donu geyinib.
Billi otağın qaranlıq küncündə qoyulmuş stolun yanına getdi. Onun üzərində qoyulmuş qadın şlyapasını götürüb Uotsona göstərdi. Bu yaşlı qadın donunun bir hissəsidir. O, kimisə izləyirdi.
- Bu şeylər haqqında bir fikir söyləyə bilərsən?
- Mən sənə danışacağam, cənab, amma bu barədə heç kəs bilməməlidir. – Billi yavaşca danışmağa başladı.- Bu, Brilyant tac məsələsidir.
- Hansını deyirsən? Milli muzeydən oğurlanan yüz min funt sterlinq qiymətində olan o brilyantı?
- Bəli, cənab, onlar bunu geri qaytarmağa çalışırlar. Baş nazir özü Şerlok Holmsla danışmağa gəlmişdi. Cənab Holms bacardığı hər şeyi etməyə söz verdi.
- Yaxşı, əminik ki, o, bu işi başa çatdıracaq. Hə, Billi, mənə de görüm niyə pərdəni pəncərənin qabağında kənara çəkməmisiniz?
Billi pəncərəyə tərəf yeridi. Pərdəni pəncərənin qarşısından kənara çəkdi. Doktor Uotson təəccüblə qışqırdı. Pərdə ilə pəncərənin arasında yerləşən böyük kresloda sifəti və əyin-başı Şerlok Holmsa bənzəyən bir müqəvva oturmuşdu.
- Siz buradan çöl-bayırı və küçəni görə bilərsiniz, – Billi dedi.
O, pəncərəyə yaxınlaşdı. – Baxın, indi bu evin pəncərəsi önündə kimsə var.
Uotson bir addım irəli gəldi; bu vaxt yataq otağının qapısı açıldı və Holms otağa daxil oldu. O, bir söz demədən pəncərəyə tərəf cumdu, Billini kənara itələdi və pəncərəni pərdəylə örtdü.
- Billi, siz axmaqsınız!- ucadan dedi.- Mən sənə demişdim ki, pərdəyə toxunma. Bu pərdəyə nə vaxt yaxınlaşsanız, həyatınız təhlükədə ola bilər.
O, Uotsona tərəf döndü:- Uotson, sizi yenidən burada görməyim çox yaxşı oldu. O, Uotsonun əlini tutub möhkəm sıxdı və əlavə etdi,- Əyləşin, elə bil sizi yüz ildi görməmişəm.
- Bu nə təhlükədir? – Uotson oturan kimi soruşdu.
- Mənim həyatım təhlükədədir,- Holms cavab verdi.- Kimsə məni öldürməyə çalışır.
- Zarafat edirsiniz?!
- Yox, mən zarafat etmirəm, ciddi sözümdür. Polisə gedib cinayətkarın adını və ünvanını söyləmək istəyirəm. O, özünü Knyaz Neqretto Silviyus adlandırır. Bunu yazın- Knyaz Silviyus, morsayde Qarden 136.
Uotson dostuna baxdı; onun tərtəmiz üzündə gərginlik vardı.
- Əgər siz o adamın adını və ünvanını bilirsinizsə, nə üçün gedib polisə demirsiniz, onu həbs etdirmirsiniz?
- Hə, bunu edə bilərəm. Və o da bunu biləcək, məndən qorxacaq.
- Bəs niyə etmirsiniz, hə?
- Axı brilyantın harda olduğunu bilmirəm?!
- Billi briliyant tac barədə mənə danışdı.
- Elədir! İri, sarı brilyant tacdı! Mən oğrunu da tanıyıram: mən bu “balıqları” nə vaxt istəsəm tuta bilərəm, ancaq bu mənə brilyantı tapmaqda necə kömək edəcək?
- Knyaz Silviyus bu balıqlardan biridir?
- Bəli, o, balinadır. O biri, Sam Merton boksçudur. Merton da böyük balıqdır, ancaq o, balina ola bilməz. O, Knyaza sədaqətlə xidmət edir.
- Knyaz Silviyus indi haradadır?
- O bu yolun qarşısındakı binadadır. O, öz pəncərəsinin qarşısında oturub, mənim pəncərənin qarşısına qoyduğum müqəvvaya baxır və mənə elə gəlir ki, o məni necə öldürmək haqqında düşünür.
- Billi, Billi, o nə edir?- Şerlok Holms qapı qarşısında dayanan oğlana işarə etdi.
- Bir cənab sizi görmək istəyir.O deyir ki, onun adı Silviyusdur.
- Knyaz Silviyus.
- Həmin adam, özü!- Holms hündürdən çığırdı. – görürəm o, qorxaq deyil. Onun buraya cəsarətlə gəlməsi bəsdir, baxmayaraq ki, mən onun düşməniyəm. Indi nə edim, Uotson?
- Polisə adam göndər.
- Ola bilsin ki… Ancaq hələ yox. Gəl pəncərədən küçəyə baxaq. Əgər oradan qapıma baxan varsa, mənə söylə. Uotson bayıra diqqətlə baxdı, dedi: – Hə, orda üzündən cin yağan bir adam var.
- Bu Sam Mertondur. Billi, mən zəng edəndə özünü Knyaza göstər. Evdə olmayacağam,ancaq bunun fərqi yoxdur.
Qapı bağlanan kimi, Uotson Holmsa tərəf döndü:
- Holms, indi bu mümkündür!
- Bu adam təhlükəlidir. Necə bilirsən, o, səni öldürməyə gələcək?
- Əzizim Uotson, siz mənə mane olacaqsınız.
- Mən sizi onunla təkbətək qoya bilmərəm.
- Bəli, siz bacararsınız, Uotson. Mən əminəm ki, bu oyunu axıra qədər oynamaqda mənə kömək edəcəksiniz. Bu adam bura özm məqsədi ilə gələcək, ancaq o, burada mənim məqsədim üçün qalacaq.
Holms cib dəftərçəsini çıxartdı və ora kiçik bir qeyd etdi.
- Bunu polis kapitanı Parsona çatdır və bir neçə polis nəfəri ilə buraya gəlsin. Knyazın izlənib həbs edilməsi başa çatacaq.
- Mən bunu məmnuniyyətlə yerinə yetirəcəyəm.
- Siz qayıdanadək, ümid edirəm ki, brilyantın harada olduğunu tapacağam.
O, qapının zəngini basdı.
- Düşünürəm ki, yataq otağına getsək yaxşıdır. Mən “balinamı” görmək istəyirəm, ancaq onun hələ məni görməsini istəmirəm. Yataq otağından küçəyə qapı açılır, beləliklə, siz polis üçün bu yoldan gedə bilərsiniz.
Knyaz Silviyus içəri girəndə, artıq otaqda heç kəs yox idi. O, ucaboylu, qara sifətli adam idi. Onun burnu ağzının üstünə qədər uzanmışdı. Qapı arxadan örtülən kimi, o, ətrafa çevik nəzər saldı; pərdə ilə pəncərə arxasında, kresloda oturmuş müqəvvanı gördükdə, onun üzündə qorxunc ifadələr yarandı. O, sakitcə müqəvvaya tərəf yeridi. Kresloya çatanda əlindəki ağır odun parçasını yuxarı qaldırdı.
Bu zaman yataq otağının qapısından istehzalı bir səs eşidildi:
- Mənim müqəvvamı parçalamayın, Knyaz! O, mənə 10 funt sterlinqə başa gəlib.
Cani səs gələn tərəfə döndü. Onun gözləri təəccübdən böyümüşdü. O, bir addım irəli getdi və yenidən əlindəki odun parçasını qaldırdı, ancaq Holmsın soyuq baxışları onun əlinin aşağı düşməsini məcbur etdi. Şlyapanızı və ağacınızı stolun üstünə qoyun. Çox sağ olun! Yaxşı olardı ki, silahınızı da stolun üstünə qoyasınız. Yox? Çox yaxşı, necə istəyirsən. Mənimlə görüşməyi qərara aldığınıza görə çox şadam. Çox istərdim ki, sizinlə bir balaca söhbət edək. Holmsın xoş sözləri Knyazın qəzəbli gözlərində heç bir dəyişiklik əmələ gətirmədi.
- Həmçinin mənim də sizə söyləyəsi bir neçə sözüm var, Holms!
– O, bu sözləri çox kəskin dedi.- Günahımı boynuma alıram ki, bu saat sizi öldürmək fikrindəydim.
- Niyə?
- Çünki siz mənim qarşımı kəsmisiniz; sizin adam məni izləyir.
- Oh, yox, cənab, – Holms dedi.- Mənim sizin dediyiniz kimi adamım yoxdur.
Knyaz güldü:
- Siz elə düşünürsünüz ki, mən uşağam? Mən siz gördüyünüz kimi çox yaxşı görürəm. Dünən hara gedirdimsə, bir adam arxamca gəlirdi. Bu gün isə yaşlı bir qadın.
Holms güldü:
- Məlumatınıza görə çox sağ olun. Düşünürəm ki, pis aktyor deyiləm.
- Bu siz idiniz… siz özünüz?
Holms gülümsədi.
- Siz yaşlı qadının şlyapasını stolun üzərində görə bilərsiniz.
Knyaz cəld stolun üstünə baxdı.
- Mən başa düşmədim, – o dedi. – Deməli, o sizin adam deyildi, ancaq siz özünüz idiniz. Bəs məni niyə izləyirsiniz?
- Siz tanınmış idmançısınız, Knyaz,- Holms dedi. – Siz şir öldürmək üçün Afrikaya çoxlu səyahət etmisiniz. Nə üçün?
- Nə üçün? İdman- təhlükə!
- Əlbəttə, ölkəni pis heyvanlardan, təhlükədən azad etmək üçün?
- Əlbəttə!
- Siz öz sualınızın cavabını özünüz verdiniz. Siz çox yaxşı bilirsiniz ki, mən sizi nə üçün izləyirdim.
Knyaz oturduğu yerdən dik atıldı və onun əli cibinə tərəf getdi.
- Əyləşin, cənab, əyləşin! Bu ən vacib cavabdır. Mən brilyantı istəyirəm!
Knyaz narahat halda gülərək oturdu.
- Mən bilmirəm, siz nəyin haqqında danışırsınız, – o dedi.
- Bu doğru deyildir, siz bilirsiniz ki, mən sizi izəyirdim. Çünki brilyantı sizdən almaq istrəyirdim. Siz buraya gəlmisiniz ki, mən bunu necə öyrənmişəm. Əgər mən bunu daha yaxşı bilsəydim, onda məni öldürmək qərarına gələcəkdiniz. Yaxşı, mən sizə bütün hadisələr haqqında dəqiq məlumatlar verəcəyəm, ancaq bir şeydən başqa.
- Bəli, icazə verin soruşum ki, o bir şey nədir?
- Mən bilmirəm, brilyant tac haradadır.
- Bəs mən sizə onun harada olduğunu necə deyə bilərəm?
- Siz bilirsiniz və onu da mənə deyəcəksiniz! Mən sizin fikirlərinizi oxuya bilərəm, mən sizin ağlınızdakı hər şeyi görürəm.
- Əlbəttə, siz brilyantın harada olduğunu da görürsünüz.
Holms güldü:
- Deməli, siz onun harada olduğunu bilirsiniz.
Holms şkafa tərəf getdi və oradan kiçik bir kitabça çıxartdı.
- Bilirsiniz, mən bu kitabda nələr saxlamışam?
- Xeyr, cənab, bilmirəm .
- Siz!
- Mən?
- Bəli, cənab, siz! Sizin həyatınızda olan hər bir təhlükəli zaman və etdiyiniz cinayətlər buradadır!
- Ehtiyatlı ol, Holms! – Knyaz alışıb, yanan gözlərilə baxırdı,- ehtiyatlı olun! Artıq sizə qulaq asmaq istəmirəm.
- Hər şey buradadır, Knyaz! Xanım Karoldun öldürülməsi haqqında dəqiq məlumatlar. O, bütün pullarını sizə vermişdi, hansı ki, siz bu pulları kart oynunda uduzmusunuz.
- Siz sayıqlayırsınız.
- Xanım Verenderin bütün həyatının tarixi.
- Siz mənim onunla əlaqədə olduğumu sübut edə bilməzsiniz.
- Burada yeni bir məlumat var. Məsələn, fevralın 13 -də Parisdən yola düşən qatardan yoxa çıxan qızıl.
- Həmin hadisə vaxtı mən qatarda olmamışam. Bu dəfə siz səhv etdiniz.
- Qalan məlumatlara görə tamamilə haqlıyam.
- Siz çox danışdınız! Bəs brilyant tac haqqında nə deyə bilərsiniz?
- Yavaş, Knyaz, tələsmə! Mən əhvalatı öz bildiyim kimi danışmalıyam. Mən sizə göstərməliyəm ki, mən sizin və Sam Mertonun haqqında hər şeyi bilirəm.
- Hissiyatsız!
- Mən muzeyə getmək üçün tutduğunuz taksi sürücüsünü də tanıyıram. Sürücünün sizi Mikey Sandersin evinə apardığını da bilirəm. Mən onu da bilirəm ki, Sanders bu haqda polisə danışmışdı. Siz oyunu uduzmusunuz, Knyaz!
Knyazın qara sifəti qəzəbdən qızardı. Onun gözlərində qığılcım parladı, o, ağzını açdı, lakin danışa bilmədi.
- Görürsünüz, Knyaz, mənim kartım necə də güclüdür, ancaq mənim üçün ən zəruri olan kartı hələ almamışam. Mən brilyantın harada olduğunu bilmirəm.
- Və siz bunu heç vaxt bilməyəcəksiniz!
- Yox? Vəziyyətə baxın, Knyaz. Yoxsa, iyirmi il həbs cəzasına məhkum olunarsınız. Həmçinin Sam Merton da sizinlə. Ola bilsin ki, mən sizə kömək etdim. Mənə nə siz, nə də Merton lazım deyil. Əgər brilyantı mənə versəniz, mən bu məlumatlar yazılmış kitabçanı yandıracağam və heç kim bir daha bu işlər haqqında bilməyəcək. Bu sizin axırıncı imkanınızdır, Knyaz!
- Əgər mən bunu rədd etsəm?
- Əgər siz brilyantı qaytarmasanız, onda biz sizi həbs edəcəyik. Knyaz, seçin!
Holms zəngə toxunan kimi Billi qapıda göründü.
- Məncə, Knyaz, siz bunu dostunuz Sam Mertona da deməlisiniz və o da bizim “Konfransımızda” iştirak etməlidir. Billi, siz bayır qapının ağzında ucaboylu, kobud sifətli bir adam görəcəksiniz. Ona deyin ki, içəri buyursun. - Əgər o gəlmək istəməsə?
- Onu məcbur etmə, Billi. Əgər desəniz ki, sizi Knyaz Silviyus istəyir, mən əminəm ki, o gələr.
Billi gedən kimi, Knyaz ayağa qalxdı və əlini cibinə apardı. Ancaq yenidən Holmsın gözləri onu bu fikirdən yayındırdı.
- Silaha toxunma, Knyaz! – Holms sakit səslə dedi. – Mən sizə onu cibinizdən çıxartmağa vaxt verərəm, ancaq onu işlətmək çox təhlükəlidir. Bu bina adamla doludur, tapançanın səsi də çox yüksək çıxır! A…a! Mən dostumuzun ayaq səslərini eşidirəm. Günortanız xeyir, cənab Merton! Mən sizin küçədə belə uzun müddət diqqətlə gözlədiyinizdən qorxuram. Ağır çəkili boksçu mavi gözlərini Holmsdan çəkərək öz dostuna baxdı və vəziyyəti başa düşməyə çalışdı.
- Hər şey doğrudur, Knyaz? – O, soruşdu.
Knyaz heç bir şey demədi və onun əvəzində bu suala Holms özü cavab verdi.
- İcazə verin aydınlaşdırım. Cənab Merton, siz oyunu uduzmusunuz.
Sam Merton Knyaz Silviyusla danışmağını davam etdirdi:
- Bu adam özünü şən göstərməyə çalışır?
Holms yenidən sualına cavab verdi:
- Xeyir, Merton, mən ona görə çalışmıram və indi siz tezliklə görəcəksiniz ki, burada heç bir şey yoxdur. Knyaz Silviyus, siz hər şeyi öz dostunuza izah edə bilərsiniz. Mən skripka çalmaq üçün öz yataq otağıma keçirəm və beş dəqiqədən sonra öz cavabım üçün yenə də qayıdacağam. Əminəm ki, sualları unutmamısınız. İkiniz birlikdə qərara gəlin: ya siz, ya da brilyant!
Holms öz yataq otağına getdi və küncdə qoyulmuş skripkanı götürdü. Bir dəqiqə keçdi, Silviyus və Merton bağlanmış qapıdan skripkanın nazik səsini eşitdilər.
- O, brilyant haqqında danışırdı, – Merton Knyaza dedi, – o, bunu haradan bilir?
- O, bunun haqqında çox şey bilir! Mikey Sanders hamısını danışıbdır!
- Mən ona danışmağı öyrədəcəyəm. Bunun üçün onun başını əzəcəyəm!
- Bu bizə kömək etməyəcək. Biz nə etməli olduğumuzu qərara almalıyıq.
- Bir dəqiqə! – Sam Merton dedi. O yataq otağının qapısına tərəf getdi və qulağını qapıya qoydu. – Məncə o bizə qulaq asmır. O öz skripkasını çalır. Bu zaman o bizə necə qulaq asa bilər? Doğrudur, lakin ola bilsin pərdənin arxasında kimsə var.
O pərdəyə tərəf getdi və müqəvvanı orada görərək, cəld geri sıçradı.
- Bu haqda narahat olma,- Knyaz dedi. – Bu sadəcə olaraq müqəvvadır. Bizim çox az vaxtımız var. Biz bir qərara gəlməliyik. Əgər biz brilyantı ona verməsək, o bizi həbs etdirə bilər.
- Nə! Yüz min funt sterlinqi ona verək?
- Brilyant, yaxud biz. O gedərkən bunu deyirdi. – Merton əlini saçlarına apararaq düşünməyə başladı. – Bu otaqda o təkdir. Nə üçün onu öldürməyək, onunla qurtarmayaq?
Knyaz başını tutdu.
- Biz bu evdən çıxa bilməyəcəyik. Bundan başqa mən əminəm ki, o, artıq hər şeyi polisə bildirib… Bu nədir?
Onlara elə gəlir ki, pəncərədən nəsə səs gəlir. Onların hər ikisi pəncərəyə tərəf qaçdılar, ancaq orada heç kim yox idi. Otaqda onların özlərindən, birdəki kresloda qoyulmuş müqəvvadan başqa heç kəs yox idi.
- Küçədə nəsə var, – Merton dedi. Indi, Knyaz, siz bu vəziyyətdən bir çıxış yolu tapmalısınız. Sən öz ağlınla, mən də ki, öz əlimlə.
- Brilyant buradadır, mənim gizli cibimdə. Sedal bunu bu axşam İngiltərədən xaricə apara bilər və Amsterdamda dörd hissəyə parçalar.
- Ancaq xüsusi sumka hələ hazır deyildir!
- O, bunsuz gedəcək. O, brilyantı sadəcə olaraq cibində aparacaq, bizim daha vaxtımız yoxdur. Mən Holmsa deyəcəyəm ki, brilyant Liverpuldadır və bunu onun üçün gətirməyə söz verəcəyəm. O, Liverpulda yolda olarkən, brilyant artıq Hollandiyada olacaq. O zaman biz mavi suların qoynunda olacağıq. Bu musiqi! Mən skripkanın səsinə nifrət edirəm! Pəncərəyə tərəf gəl, heç kəs bizi görə bilməz.
- Mən, bu böyük brilyantı özün ilə gəzdirməyinə çox təəccüb edirəm. Ona təəccüb edirəm ki, siz qorxmursunuz.
- Harada yaxşı bir yer tapım? Biz onu muzeydən götürəndə düşünmürdüm, artıq onu kimsə, həmçinin bizim evdən də götürə bilər?
- Bura bax, bu qəşəng deyildir?!
O, brilyantı əlində göyə atdı. Bu zaman müqəvva qoyulmuş kresloda oturmuş Holms cəld ayağa qalxdı və brilyantı göydə tutdu. O, brilyantı sol əlinə ötürdü və sağ əlində isə tapança göründü. İki cinayətkar elə təəccübləndilər ki, danışmağa belə imkan olmadı. Onlar bunu özləri etdilər, Holms zəngi basdı.
- Ehtiyatlı olun, cənablar, ehtiyatlı olun! Hər şey başa çatmışdır, burada siz edəsi bir şey yoxdur. Polis küçə qapısındadır.
Knyaz təəccübündən həddindən artıq qəzəblənmişdi.
- Nə?! Şeytan, siz necə..?
- Sizin təəccüblənməyiniz tamamilə təbiidir. Knyaz, siz onu bilmirdiniz ki, yataq otağından ikinci qapı bu pərdənin arxasına açılır. Mən müqəvvanı kreslodan götürəndə bir az səs elədim. Siz də bunu eşitdiniz. Ancaq mənim bəxtim gətirdi: siz elə fikirləşdiniz ki, səs küçədən gəlir. Bu zaman mən burada sakitcə oturub sizin söhbətinizə qulaq asırdım.
- Siz şeytansınız, Holms. – Knyaz acıqlı halda dedi.
- Çalışıram ki, bəzən insanlar iblisi də xoşlasınlar, cənab,- deyə Holms gülərək cavab verdi.
Sam Merton yalnız indi hər şeyi yavaş- yavaş anlamağa başlayırdı.
- Bəs skripkada çalan kim idi? – O soruşdu. – Mən indi də onun səsini eşidirəm, – Knyaz dedi.
- Siz tamamilə haqlısınız. – Holms cavab verdi. – Bu qramafonlar çox gözəl alətdir.
Bu vaxt qapı açıldı. Polis nəfərləri içəri girdilər və dərhal iki caninin əllərini qandalladılar. Hamı gedəndən sonra Uotson və Billi (əlbəttə, indi o burada idi) dostunun bu böyük qələbəsindən heyranlıqla danışmağa başladı, amma Şerlok Holms onlara mane oldu.
- Mən xanım Handsona demişdim ki, axşam yeməyini bu gün səkkizin yarısında yeyəcəyəm. Düz vaxtıdır. Əminəm ki, Handson bizim üçün bir şey hazırlayıb. Billi, ona de ki, yemək hazır olanda bizi çağırsın, gəlib yerimizdə əyləşək.