Məzmuna keç

Dərdmənd etdin məni, ey dərdə dərman erməni

Vikimənbə saytından
(Dərdmənd еtdin məni, еy dərdə dərman еrməni səhifəsindən istiqamətləndirilmişdir)
Dərdmənd etdin məni, ey dərdə dərman erməni
Müəllif: İmadəddin Nəsimi


Dərdmənd etdin məni, ey dərdə dərman erməni,
Olmuşam eşqin yolunda bəndəfərman, erməni.

Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,
Cənnəti hurimisən, yoxsa ki, rizvan, erməni?

Anca kim, səy eylədim nazik camalın görməyə,
Zərrəcə yumşalmadın, ey könlü zindan erməni.

Örtgil ol ay üzünü kim, çeşmi-naməhrəm görər,
Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.

İsayi-Məryəm həqiçün, heç qərarım qalmadı,
Didəmi giryan edərsən, bağrımı qan, erməni.

Qorxuram mən dərvişə sən deyəsən din tərkin et,
Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.

Xanda bir xaç əhli varsa qamusun seyr eylədim,
Bulmadım mən sən təki bir cani-canan, erməni.

Bir sual etdi Nəsimi sən büti-mehparədən,
Lütf ilə söyləşə gör, ey ləli xəndan, erməni.