Hörmətli Ramiz müəllim!
Hörmətli Ramiz müəllim ! (2014) Müəllif: Aslan İsmayılov |
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
Həqiqi Dövlət müşaviri, akademik Ramiz Mehdiyevə Vəkillikdən xaric edilmiş Aslan İsmayılovdan A Ç I Q M Ə K T U B Hörmətli Ramiz müəllim! |
Bu məktubda səslənən fikirləri tək mənim yox, mənim kimi 80-ci illərin sonu 90-cı illərin əvvəllərində Rusiya, Ukrayna və digər müttəfiq respublikalarda vəzifələrini, ailələri üçün yaratdıqları bütün şəraitləri atıb Azərbaycana müstəqil dövlət qurmaq arzusu ilə gələn və son illər Avropa, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə mükəmməl təhsil alıb Vətənlərinə fayda vermək üçün gələn, məhz bu arzularına görə olmazın təqiblərinə məruz qalan, həbsə atılan, peşman olub geri qayıdan minlərlə vətəndaşın müraciəti kimi qəbul etmənizi xahiş edirəm.
Avropa, ABŞ-da və digər inkişaf etmiş ölkələrdə mükəmməl təhsil alıb Vətənlərinə fayda vermək üçün gələn, məhz bu arzularına görə olmazın təqiblərinə məruz qalan, həbsə atılan, peşman olub geri qayıdan minlərlə vətəndaşın müraciəti kimi qəbul etmənizi xahiş edirəm.
Biz bir-birimizi yaxşı tanıyırıq. Mən Sizin hansı savada, təcrübəyə malik olduğunuzu tək 1989-cu il Azərbaycana qayıtdığım illərdən yox, daha əvvəllərdən bilirəm, çünki burada olduğum illər, xüsusən Prezident Aparatında çalışdığım vaxtlardan Sizin fəaliyyətiniz mənim üçün çox maraqlı olub. Sizin hələ gənc yaşlarınızdan Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində təlimatçı işləyərkən keçirilən şahmat birinciliyində rəqibinizin olmadığından, qələbələrin çox asan başa gəldiyindən turniri başa çatdırmadan tərk etməyinizi də eşitmişəm.
Sizin qloballaşan dünya, yeni texnologiyalarla, KİV-lərlə bağlı yazılarınızdan, yaşıdlarınızdan fərqli olaraq, daim mütaliə etdiyinizi, dünyada gedən prosesləri mütəmadi və diqqətlə izlədiyinizi görməmək mümkün deyil. Hesab edirəm ki, Siz də məni yaxşı tanıyırsınız. Yəqin ki, ən azından 19 may 1994-cü ildə Prezident Aparatındakı vəzifəmdən azad edilib, 10 dəqiqə ərzində vəsiqəm əlimdən alınıb, binadan çıxarılandan, təxminən bir ay sonra o vaxtkı, Prezident Aparatının sabiq işlər müdiri, bu gün həbsdə olan Akif Muradverdiyevlə məni dəvət edib bir neçə saat etdiyiniz söhbət yadınızda olar. Nə üçün bu söhbəti yada saldım. Həmin söhbət zamanı mənə, Prezident Aparatındakı sıravi vəzifəsindən düşmən kimi qovulan birinə Milli Məclisdə, Nazirlər Kabinetində təklif etdiyiniz yüksək vəzifələrdən imtina etdim. İmtinamın da səbəbi o dövr Azərbaycan üçün xas olan deyildi.
Prezident Aparatının sabiq işlər müdiri, bu gün həbsdə olan Akif Muradverdiyevlə məni dəvət edib bir neçə saat etdiyiniz söhbət yadınızda olar.
Sizə bildirdim ki, qəbula vəzifə almaq üçün gəlməmişəm, çünki anlayıram ki, yeni Prezident gəlib və istədiyi şəxslərlə işləməkdə haqqı var, sadəcə, xahiş edirəm ki, mənim vəzifədən o cür azad olunmağımın səbəbini izah edəsiniz. Səbəb kimi o dövr dövlət hüquq şöbəsinin müdir vəzifəsini icra edən dövlətçilikdən, savaddan anlayışı olmayan, əvəzində digər sahələrdə peşəkar olan Avtandil Bayramov adlı birisinin xidməti məktubunu göstərdiniz ki, guya mən Xalq Cəbhəsinin yaradıcılarından biriyəm, mətbuat konfransı keçirib Prezident Heydər Əliyevin əleyhinə çıxış etmək fikrində olmuşam. Qısa müzakirədən, 17 avqust 1993-cü il tarixdə Milli Məclisin canlı yayımında Rəhim Qazıyevin rəhmətlik Heydər Əliyevin ünvanına səsləndirdiyi təhqirlərə elə oradaca, əksəriyyətin qorxudan susduğu vaxtda, həyatımla risk edib cavab verdiyimi yada saldıqdan sonra, hansısa bir anlaşılmazlıq olduğunu və tezliklə vəzifəmə qaytarılacağımı dediniz. Bu gün mənə yeri gəldi gəlmədi "hökumətə işləyir" deyənlərdən fərqli olaraq kimlərin hara və necə işlədiyini Siz hamıdan yaxşı bilirsiniz və mənim hansı təkliflərdən imtina etdiyimdən də xəbərdarsınız. Bu illər ərzində apardığım bütün mübarizədə məqsədimin ancaq ölkəmdə əmin-amanlıq, ədalətli cəmiyyət, güclü dövlətin olmasını Sizin kimi bilən olmaz. Məhz bu və digər səbəblərdən birinci dəfə açıq məktub formasında şəxsən Sizə müraciət edirəm.
Ramiz müəllim, Sizin bütün yazılarınızı həmişə çox maraqla oxumuşam. Ancaq təxminən son 5 ildəki çıxışlarınız, yazılarınız məni az-çox həyat təcrübəsi olan, ölkədə baş verən ictimai siyasi proseslərlə yaxından maraqlanan bir vətəndaşı çaş-baş salıb. Xüsusilə, oktyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 15 illik yubileyi münasibətilə akademiyanın elmi şurasının iclasındakı çıxışınız və bununla əlaqəli olan, şübhəsiz ki, Sizin də xəbərdar olduğunuz, Azərbaycan qəzetinin 30 oktyabr 2014-cü il sayında müxbir İxtiyar Hüseynlinin imzası ilə dərc olunmuş “Mənəviyyat manifesti” məqaləsi beynimi tamam qarışdırdı.
Sizin çıxışınız və məqalə çoxlu sayda sosioloji sorğu və statistik məlumatlarla zəngin olduğundan elmi, praktiki nöqteyi nəzərindən çox dəyərlidir. Sizin çıxışınız həqiqətən İxtiyar Hüseynli yazdığı kimi mənəviyyat manifestidir və tarixdə qalacaq. Bu tipli yazıları daim izləyən biri kimi deyirəm ki, bu günə qədər heç bir müxalifət, vətəndaş cəmiyyətinin nümayəndəsindən ölkədəki acınacaqlı vəziyyəti bu cür açıq təsvir edən ikinci yazı oxumamışam. Yazılarınız ölkənin humanitar həyatında baş verən anormallıqları təhlil etdiyindən və bu sahələrin də məhz birinci növbədə Sizin nəzarətinizdə olduğundan, çoxlu sayda suallarım olmasına baxmayaraq iqtisadi sahədə baş verən qanunsuzluqlara toxunmayacam. Bir məqalədə mümkün olmadığından toxunduğunuz bəzi məqamları qısaca xatırlatmaq istəyirəm.
Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır” (Ramiz müəllim, elə bil yox, həqiqətən qayıdır), “Ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib”.
Ölkənin taleyini həll edən təhsil sistemindəki uçuruma toxunarkən qeyd edirsiniz ki, “Prezident Administrasiyasının kadr ehtiyatı şəxsən məni Administrasiya rəhbəri kimi heç cür qane etmir”, “Son illər ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən orta məktəblərdə keçirilən buraxılış imtahanları göstərir ki, ölkəmizdə elə gənclər var ki, imtahan verə bilmir. Yüzlərlə hallarda imtahanın nəticəsinə dair xüsusi protokol tutulur. Protokolda göstərilir ki, məsələn, Məmmədov Məmməd "hərfləri və rəqəmləri tanımır". Beləliklə, 70 il bundan qabaq qalib gəldiyimiz savadsızlıq elə bil təzədən həyatımıza qayıdır” (Ramiz müəllim, elə bil yox, həqiqətən qayıdır), “Ali məktəblərə qəbul imtahanları zamanı Yardımlı və Lerik rayonlarından sənəd verənlər arasında qızlar müvafiq olaraq 16 və 21 faiz təşkil edib”, “Hicabla təhsil müəssisələrinə, o cümlədən ali məktəblərə getmək istəyənlərin sayı da gündən-günə artır”, “Bəzən böyük ağrı və mənəvi iztirabla özüm-özümə sual verirəm: yəni, bu xalqın Sabiri, Mirzə Cəlili, Cəfər Cabbarlısı olmayıb? Yəni, "Molla Nəsrəddin" jurnalı bu məmləkətdə çap olunmayıb? Doğrudanmı Üzeyir bəyin vaxtilə gülüş hədəfinə çevirdiyi hallar cəmiyyətimizə yenidən qayıdır?”
Milli Məclisin iclasında Siyavuş Novruzovun “Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır”, “Nazirliyin idarə rəisinin əmək haqqı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər?
Ramiz müəllim, Sizin dediklərinizi az sonra yetirmələriniz hər yerdə, o cümlədən Milli Məclisin binasında səsləndirdilər. Milli Məclisin iclasında Siyavuş Novruzovun “Azərbaycanda verilən krediti qaytarmaq üçün ya narkotik, ya insan alveri, ya da silah alveri ilə məşğul olmaq lazımdır”, “Nazirliyin idarə rəisinin əmək haqqı imkan vermir ki, ipoteka götürsün, müəllim, həkim, gənc mütəxəssis necə ala bilər? Elə nəzərdə tutulub ki, kim imkanlı adamdır, ipoteka alsın, özünün kəm-kəsirini düzəltsin”, “23 ildir eşidirik ki, islahat gedir, biri boloniya gətirir, o biri kurikulum gətirir, getdikcə ballar da aşağı düşür”, onun ardınca Aydın Mirzəzadənin “Mingəçevirin iki böyük problemi var: İşsizlik və mənzilsizlik” fikirlərini məhz Sizin çıxışınızdan sonra oldu.
Axı dünənə qədər hamınız analoqu olmayan inkişafdan, qüdrətli dövlətdən danışırdınız. Elə Siz də yazınızın bir hissəsində qeyd edirsiniz ki, “son on il ərzində 3 minə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Axırıncı iki-üç ildə uşaq bağçaları ilə təminat 17 faizdən 42 faizə yüksəlib. Bütün infrastruktur layihələri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilib. Neftdən əldə olunan gəlirlər şəffaf saxlanmaqla və ölkəmizin inkişafına, o cümlədən sosial layihələrin icrasına yönəldilməklə dinamik inkişaf təmin edilir”. Bu təzadları necə başa düşək? Bu yaxınlarda Təhsil Naziri Mikayıl Cabbarov, dedikləriniz nöqsanların birbaşa baiskarı olan rayon təhsil şöbələrinin ləğv edilməsi, əvəzində regional bölmələrin yaradılması ilə bağlı əmr imzalamışdı. Sonradan məhz Sizin təkidinizlə o əmrin icrasız qalması barədə söhbətlər dolaşdı.
Ramiz müəllim, bu gün Sizin çıxışınızda olan fikirləri Sizin qədər arqumentli yox, çox bəsit, tezis formasında səsləndirən gənc NİDAçılar, İntiqam Əliyev, Leyla Yunus, Hacı Tale və bir çoxları həbsdə çürüyürlər. Axı Siz ölkədə ikinci səlahiyyət sahibisiniz, niyə onları təcili azad etdirmirsiniz?
Ramiz müəllim, bu gün Sizin çıxışınızda olan fikirləri Sizin qədər arqumentli yox, çox bəsit, tezis formasında səsləndirən gənc NİDAçılar, İntiqam Əliyev, Leyla Yunus, Hacı Tale və bir çoxları həbsdə çürüyürlər. Axı Siz ölkədə ikinci səlahiyyət sahibisiniz, niyə onları təcili azad etdirmirsiniz? Axı onlardan fərqli olaraq Sizin qələminizdən başqa səlahiyyətləriniz də var. Yəqin ki, dövlət əmlakının mənimsənilməsi milyardlarla, vergidən yayınma halları yüz milyonlarla ölçülən bir ölkədə adı çəkilən şəxslərin 5-10 min vergidən yayındığına görə həbsə atılmasına heç kim, o cümlədən Siz də inanmazsınız.
Yazınızda ailə institutuna da toxunursunuz. Əminəm ki, ölkədəki, boşanmalardan da xəbərdarsınız. Axı başqa cür necə ola bilər ki, artıq ölkədə ailə institutu öz təyinatını dəyişib, az qala biznesə çevrilib. Hakimiyyətdəkilərin əksəriyyəti qız verib, qız alırlar ki, vəzifələrini qorusunlar, varidatlarını artırsınlar. Sizin təmsil olunduğunuz hakimiyyətin fikirlərini bölüşməyənlər, yarınmaq istəməyənlər balaları, qohum-əqrabaları ilə sınağa çəkilirlər. Hakimiyyətdə ikən qohum olub, taxtdan düşəndən sonra neçə məmur balasının nigahına xitam verilib?
Sizin nəzarətinizdə olan telekanallar məhz bu həyat tərzini 24 saat mavi ekranlardan təbliğ edir. Hamı görür ki, ətrafında heç bir savadı olmayan bir məmur cüzi maaşla 5-10 milyonluq villalar tikdirir, balaları dəyəri yüz minlərlə ölçülən maşınlar sürür, sosial şəbəkələrdə keçirdikləri kef günlərini əks etdirən şəkillər nümayiş etdirir, tanıdığı vicdanlı, savadlı müəllim, həkim isə 200 manat maaş alır.
Qeyd edirsiniz ki, “heç bir sosioloji sorğu aparmadan qətiyyətlə demək olar ki, orta statistik Azərbaycan gənci bu gün arzusundadır ki, onun gözəl evi, bərbəzəkli maşını və kifayət qədər pulu olsun. O, həyatın mənasını ancaq əylənməkdə görür. Bütün bunlara nail olmaq üçün o, min bir vasitəyə əl atmağa, o cümlədən qanunu və əxlaq normalarını da aşmağa hazırdır. Zəhmət çəkməyi, çalışmağı, əziyyətə qatlaşmağı o, ümumiyyətlə istəmir”. Axı başqa cür ola da bilməz. Azərbaycan gənci gözünü açandan ətrafda bunu görür, Sizin nəzarətinizdə olan telekanallar məhz bu həyat tərzini 24 saat mavi ekranlardan təbliğ edir. Hamı görür ki, ətrafında heç bir savadı olmayan bir məmur cüzi maaşla 5-10 milyonluq villalar tikdirir, balaları dəyəri yüz minlərlə ölçülən maşınlar sürür, sosial şəbəkələrdə keçirdikləri kef günlərini əks etdirən şəkillər nümayiş etdirir, tanıdığı vicdanlı, savadlı müəllim, həkim isə 200 manat maaş alır. Sizin də tanıdığınız Əbülhəsən Abbasov Milli Elmlər Akademiyasının institutunda professor kimi 300 manat maaşa güclə dolanır, 1000 manat maaş alan məmurlar isə bir günə 30 min xərcləyirlər.
Bu günə qədər 300-500 manat rüşvətə görə həbsə atılan müəllim, həkimdən başqa milyonlarla rüşvət aldığına görə məsuliyyətə alınacaq hansı məmurun adını çəkmisiniz, məsuliyyətə alınmasını təmin etmisiniz?
Ramiz müəllim, axı Siz Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədrisiniz. Ərəb baharından dərhal sonra 27 yanvar 2011-ci ildə korrupsiyaya həsr olunmuş geniş müşavirə keçirtdiniz. Dərhal bütün nazirlər öz növbələrində başçılıq etdikləri nazirliklərdə analoji müşavirə keçirib elan etdilər ki, sən demə onların təşkilatlarında da korrupsiya halları varmış. Bununla da iş bitdi. Bu günə qədər 300-500 manat rüşvətə görə həbsə atılan müəllim, həkimdən başqa milyonlarla rüşvət aldığına görə məsuliyyətə alınacaq hansı məmurun adını çəkmisiniz, məsuliyyətə alınmasını təmin etmisiniz?
Sizə, köməkçinizin xahişi ilə bağışladığım “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabına bu sözləri yazmışdım: ”Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyevə, həqiqi hüquqi dövlət quruculuğu arzuları ilə vəkil Aslan İsmayılovdan”. Həmin gündən Azərbaycanda o kitabın bəxti bağlandı.
Sizə, köməkçinizin xahişi ilə bağışladığım “Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı” kitabına bu sözləri yazmışdım: ”Həqiqi filosof, dövlət quruculuğunu ölkədə hamıdan yaxşı bilən Ramiz Mehdiyevə, həqiqi hüquqi dövlət quruculuğu arzuları ilə vəkil Aslan İsmayılovdan”. Həmin gündən Azərbaycanda o kitabın bəxti bağlandı, hərçənd ki, ona qədər Xarici İşlər Naziri Elmar Məmmədyarov kitabın səfirliklər vasitəsilə bütün dünyaya yayılacağına, o dövr Təhsil Naziri Misir Mərdanov isə orta məktəb tarix dərsliklərinə kitabdan vacib epizodların salınacağına söz vermişdilər. Əvəzində kitabımda olan materiallar əsasında təxminən eyni adlı iki kitab yazıldı, səhv etmirəmsə hətta birinin ön sözünü də Siz yazmısınız. Kitabla bağlı olan eyni adlı sayta qarşı da bənzər addım atıldı. Orada olan bütün materialları eynilə yerləşdirib bir hərfini dəyişməklə yeni sayt yaradıldı. Kitab əsasında Sizin yetirməniz, keçmişdə düşmən elan etdiyiniz Əli Kərimlinin müşaviri, bu gün AzTV-nin sədr müavini İbrahim Məmmədli mənimlə məsləhətləşməklə Sumqayıt hadisələri ilə bağlı 3 seriyalı, hər seriyası 1 saat 20 dəqiqəlik film çəkdi. Sumqayıtda baş verənləri SSRİ ssenarisinə uyğunlaşdıranları filmin qəhrəmanı etdi, mənə isə 1 dəqiqəlik vaxt ayırdı. Onu da xoş niyyətdən etmədi. Həmin filmdə mənim çıxışım bircə fikir üçün lazım idi. Xalqa göstərmək lazım idi ki, həmin proseslərdə prokuror mən olmuşam. Axı orta azərbaycanlı hər hansı işlə bağlı prokuroru ancaq mənfi obrazda görür. Buna nail oldunuz. Bir çoxları məni Sumqayıt hadisələrində hətta günahkar da saydılar.
Məhz Sizin hakimiyyətinizin səyi nəticəsində Azərbaycanda analoqu olmayan müxalifət partiyaları formalaşdı. İşi o yerə gətirdiniz ki, vaxtilə ölkənin ana müxalifət partiyası olan bir təşkilat bu gün fəxri sədrinin biznes marağına qulluq edir.
Çıxışınızda dövlətçiliyə, vətənpərvərliyə də yer ayırmısınız. Hansı vətənpərvərlikdən söz gedə bilər ki, Qarabağ döyüşlərində əlil olmuş Zaur Həsənov Millət Vəkili Səttar Mehbalıyev əmlakını əlindən aldığına görə Həmkarlar Konfederasiyasının qarşısında özünü yandırmaqla həyatına qəsd etdi. Səttar Mehbalıyevə qaşın üstə qara deyən olmadı, əvəzində xuliqanlıq etdiyinə görə prokurorluqdan qovulmuş oğlu Sizə yaxınlığı ilə seçilən Daxili İşlər Naziri Ramil Usubov tərəfindən polis idarəsinin rəisi təyin olundu. Məni, həyatını dövlətçiliyə həsr etmiş, yaşlı bir vəkili idarəsinə apartdırıb təhqir, ölümlə təhdid etdirib vurduran, xarici mətbuatda adı xoşagəlməz hallarda dəfələrlə hallanan, Mirqafar Seyidovun vəzifəsi isə daha da yüksəldildi, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olundu. Məhz Ramil Usubov, polis rəisi tərəfindən hədə qorxu ilə pulu əlindən alınmış şikayətçini qəbul edərkən, həmin şəxsdən qanunsuz hərəkətdən yox, “sən de görüm, o müxalifətçi vəkil Aslan İsmayılovla nə kimi əlaqələrin var, biz bunu araşdıracağıq” deyə soruşmuşdur. Axı Siz bilirsiniz ki, hakimiyyəti necə sevirəmsə, yaratdığınız müxalifəti də o cür sevirəm. Məhz Sizin hakimiyyətinizin səyi nəticəsində Azərbaycanda analoqu olmayan müxalifət partiyaları formalaşdı. İşi o yerə gətirdiniz ki, vaxtilə ölkənin ana müxalifət partiyası olan bir təşkilat bu gün fəxri sədrinin biznes marağına qulluq edir. Bu gün Müsavat Partiyası ətrafında baş verənləri ürək ağrısız qəbul etmək mümkün deyil. O partiyada gəncliklərini qoymuş, həyatlarını itirmiş minlərlə insanın ağrısını necə başa düşməmək olar. Onları başa düşmək üçün, vaxtilə gəncliyini müxalifətə həsr etmiş istedadlı jurnalist Elxan Şükürlünün “bir müxalifətçinin taleyi” adlı hekayəsini oxumaq kifayətdir.
Ramiz müəllim, mən 1995, 2000, 2005, 2010-cu illər Milli Məclisə keçirilən seçkilərdə iştirak etmişəm və seçkidən seçkiyə artan qanun pozuntularının miqyasından xəbərim var. Ancaq Siz 2010-cu il seçkilərini “Azərbaycanda demokratiyanın təntənəsi” adlandırdınız.
Ramiz müəllim, mən 1995, 2000, 2005, 2010-cu illər Milli Məclisə keçirilən seçkilərdə iştirak etmişəm və seçkidən seçkiyə artan qanun pozuntularının miqyasından xəbərim var. Ancaq Siz 2010-cu il seçkilərini “Azərbaycanda demokratiyanın təntənəsi” adlandırdınız.
İxtiyar Hüseynlinin “Azərbaycan” qəzetindəki “Mənəviyyat manifesti” Sizin çıxışınız qədər dəyərli və şübhə etmirəm ki, onun davamıdır. Sizin 4-5 il bundan əvvəl çap olunmuş "Azərbaycanın efir məkanı: problemlər və vəzifələr", "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" yazılarınız bir daha yada salınır. O yazıları o vaxtlar oxuyub dərhal müsbət münasibətimi bildirmişdim və buna görə də yenə bu günə düşməyimizdə xidmətləri olan "müxalifətçi"lər yenidən məni hakimiyyətə işləməkdə suçladılar. Birinci məqalə ilə bağlı “Telekanalların mənəvi dəyərlərə qarşı səlib yürüşü" adlı yarımbaşlıq var. Məhz bu başlıq bu gün olan teleməkanın funksiyasıdır. Məhz onların fəaliyyəti nəticəsində gənc qızların kumiri milli dəyərlərimizi tapdalayan lüt müğənnilər, oğlanların isə Azərbaycan kişilərinə yad olan dəyər daşıyıcılarıdırlar. Əgər bunun belə olmağını istəmirdinizsə niyə onları o günə saldınız? Əhalinin az-çox etibar etdiyi ANS TV-ni niyə məhv etdiniz? Yoxsa bunu Vahid Mustafayevlə Mirşahin etdi? Axı müharibə keçmiş həmin şəxslərin ANS-lə bağlı baş verənləri şəxsi faciə kimi qəbul etdiklərini mən özüm bilirəm.
Əhalinin efir məkanına etibarını yəqin bilirsiniz. Ölkə əhalisi yerli TV-lərdən başqa bütün dünya kanallarına baxır. Əminəm ki, Sizin kimi müdrik, təcrübəli dövlət adamı bunun artıq dövlətçiliyə təhlükə olduğunu bilməmiş deyil.
Əhalinin efir məkanına etibarını yəqin bilirsiniz. Ölkə əhalisi yerli TV-lərdən başqa bütün dünya kanallarına baxır. Əminəm ki, Sizin kimi müdrik, təcrübəli dövlət adamı bunun artıq dövlətçiliyə təhlükə olduğunu bilməmiş deyil. Bundan az əvvəl sərhəd bölgəsindəki gərginliklə bağlı sosial şəbəkədəki yazıları izləyəndə mən dəhşətə gəldim. Az müddət olsa da "facebook" məkanında tam xaos hökm sürdü. Bilərəkdən, yaxud bilməyərəkdən 93-94-cü illər abu havası yaradıldı. Gah bir kəndin, gah bütün rayonun boşaldılması ilə bağlı statuslar baş alıb getdi. Bir panika yaranmışdı. Axı biz eyni vəziyyətdə 93-94-cü illərdə rayonlarımızı itirdik. Allah eləməsin əgər real müharibə vəziyyəti olsaydı eyni günləri yaşayacaqdıq. Əhalinin inandığı bir təmiz informasiya mənbəyi yox idi ki, insanları real vəziyyət barədə xəbərdar etsin.
Dərhal müdaxilə edib şəxsi səhifəmdə status yazdım ki, yoxlanmamış məlumatlar yazılmasın. Çoxlu sayda iştirakçılar dərhal dəstək verdi və abu hava az da olsa dəyişdi. Bu barədə Prezident Administrasiyasının yüksək vəzifəli məmuru ilə danışdıqda bir daha əmin oldum ki, sosial şəbəkəyə təsir edəcək bir dənə də etibarlı səhifəniz yoxdur.
”Elə yaxından tanıdıqlarımız, "elmi potensial"ına bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətşünaslıq, iqtisadiyyat və digər "prestijli" elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər". Bu da həqiqətdir və həmin şəxslər uzaqda deyil, Prezident Administrasiyasında, Milli Məclisdə və YAP-ın rəhbərliyində təmsil olunurlar. Məhz bu tip alimlərə görə azərbaycan dilinə yeni “Molotov kotleti”, “qanacaqlı qanun”, “təmkinli büdcə” və s. kimi terminlər daxil oldu.
Elmlə bağlı olan məqalənizdə yazırsınız: “Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər”. Sizinlə tam razıyam. İxtiyar Hüseynlinin məqaləsində isə qeyd edilir: ”Elə yaxından tanıdıqlarımız, "elmi potensial"ına bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətşünaslıq, iqtisadiyyat və digər "prestijli" elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər". Bu da həqiqətdir və həmin şəxslər uzaqda deyil, Prezident Administrasiyasında, Milli Məclisdə və YAP-ın rəhbərliyində təmsil olunurlar. Məhz bu tip alimlərə görə azərbaycan dilinə yeni “Molotov kotleti”, “qanacaqlı qanun”, “təmkinli büdcə” və s. kimi terminlər daxil oldu. Hamının savadına hörmət etdiyi, çox dəyərli hüquqşünas Erkin Qədirliyə bir neçə dəfə elmi iş müdafiə etməsinin vacibliyini demişəm. Verdiyi cavab bu olub: “Aslan müəllim, bu sahədə yaradılmış sədləri dəf etməyə nə gücüm, nə də vaxtım çatmaz”. Əvəzində, Siyavuş Novruzov hüquq elmləri doktorudur.
Ramiz müəllim, Siz həqiqətən elm sahəsində çalışmış, həqiqi alimsiniz və elmin millətin, dövlətin inkişafındakı rolunu məni kimilərdən qat-qat yaxşı bilirsiniz. Yazılarla bağlı İxtiyar Hüseynlinin adı çəkilən məqaləsindəki bir suala münasibət bildirməklə fikrimi tamamlayıram. Hərçənd ki, yazılası, cavablandırılası çoxlu suallarım var. Sual qoyulur: “Ziyalılar, siz kimin yanındasınız?” Özümlə bağlı bildirirəm. Mən dövlətimin yanındayam və ölənə qədər də olacam. Sizin yazılarınızın yanında olduğum kimi hakimiyyətin də yanında, ölkəm üçün faydalı olmaq istəyirəm. Ancaq Siz məni kimi yüzlərlə Vətənini sevəni olduğumuz kimi qəbul etmək istəmirsiniz, gözüm çıxdıya salırsınız, işimizdən, peşəmizdən məhrum edirsiniz ki, biz də Sizin yanınızda gözü kölgəli, ələ baxan olaq, sistemin yaratdığı imtiyazlardan faydalanaq. Əksəriyyət, çox dəyərli ziyalıları bu cür hörmətdən saldınız, ələ baxan etdiniz. Kiminə mandat, kimisinə fəxri ad, təqaüd, kimisinə isə monopoliya verdiniz.
Sizin qurduğunuz sistemin məhv etdiyi, şəxsən tanıdığım bir ziyalı ilə bağlı xüsusi qeyd etmək istəyirəm. Yüzlərlə gəncin xaricdə təhsil almasına şərait yaradan, onlara mədəniyyət, Vətən sevgisi aşılayan Həsən Hüseynlini həbs etdirdiniz, məcburən əfv ərizəsi yazdırdıqdan sonra azad etdiniz. Bu günlərdə onu Batumidə, ölkəmə utanc gətirən bir tədbirdə iştirakını gördüm. İmkanınız olsa o tədbirdən “vətənşüvənlər”in yaydığı şəkillərə fikir verin. Həsən müəllimin həmin vətənşüvənlərlə bir yerdə şəkil çəkdirməyindən keçirtdiyi iztirabları sifətindən görməmək mümkün deyil.
Ramiz müəllim, mən də Sizin kimi bu günki müxalifətdən çox narazıyam və hesab edirəm ki, bu günki durumumuzda onların da xüsusi əməyi var. Ancaq bu müxalifət də Sizin əməyin məhsuludur.
Ramiz müəllim, mən də Sizin kimi bu günki müxalifətdən çox narazıyam və hesab edirəm ki, bu günki durumumuzda onların da xüsusi əməyi var. Ancaq bu müxalifət də Sizin əməyin məhsuludur. Elə bu müxalifət liderlərinin gah birinə, gah o birinə mandat verməklə, xəyanətə sövq etməklə onları bu günə Sizin hakimiyyət saldı. Bu gün məni kimi heç bir hakimiyyət iddiasında olmayanlar Sizin hakimiyyətdən də çox onlar tərəfindən basqıya, təhqirə məruz qalırlar. Siz hakimiyyətlə olmayanlara ermənipərəst, satqın damğası vurduğunuz kimi, onlar da eyni addımı atırlar.
Satqın damğası vurmaqda onlar hətta hakimiyyətdəkilərdən də irəlidədirlər. Şəxsən mənə onların etdikləri daha ağrılıdır. Siz məni maddi tərəfdən təqib edirsiniz, onlar isə mənəvi. İkinci mənə daha ağrılıdır.
Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq. Bu isə ölkəmiz üçün fəlakət və ən yaxşı halda Qarabağın tamamilə itirilməsi ilə nəticələnəcək.
İqtidar müxalifət mövzusu ilə bağlı bir fikrimi də bildirmək istəyirəm. Heç vaxt heç kimə, mənə qarşı haqsızlıq edənlər içi qarışıq, düşmən gözü ilə baxmamışam. Sizin korrupsiya ilə bağlı keçirtdiyiniz müşavirədən az sonra Azadlıq Radiosunun "İşdən Sonra" verilişində də bildirmişdim ki, bu hakimiyyətdəkilər mənim də haqqımı yeyib. Əks halda mənim kimi hüquqşünaslar bu ölkənin ən varlı adamları olmalı idilər. Ancaq mən yenə əmlakın yenidən bölüşdürülməsinin əleyhinəyəm və haqqımı yeyənlərə topladıqlarını halal edirəm. Gəlin sıfırdan başlayıb korrupsiyadan azad olaq. Bu gün də o fikirdəyəm. Heç vaxt hansısa inqilabın tərəfdarı olmamışam, çünki inqilabların ölkəmizə fayda verəcəyinə inanmıram. Bölgəmizdəki bu günki vəziyyət isə bu fikrimi daha da qətiləşdirib. Ölkəmizdə bəzi sahələrdəki inkişafı da görürəm, hər şeyə qara demək fikrim yoxdur. Bununla belə yüz milyardlarla neft pulları qazanmış ölkəmizdə fundamental elmi, iqtisadi nailiyyətindən danışmaq tamam yersizdir. Bu qədər pullar əvəzində ölkəmə xeyir verəcək hansı elmi tutumu olan, heç olmasa bir istehsalat sahəsi açıldı? Hələ maşınqayırma, metallurgiya, digər ağır sənayə və dövlətin gücünü göstərən sahələri demirəm. Zülfüqarlı qardaşları və bir çox sahibkarların zavodlarının əllərindən alınıb bu sahədən anlayışı olmayan, Sizin himayənizdə olan Rasim Məmmədov kimisinə verilməsi metallurgiya sənayesinin yaradılması demək deyil. Ancaq ölkədə köklü dəyişiklik olmasa geci-tezi ya rəngli, ya da dini inqilabların şahidi olacağıq. Bu isə ölkəmiz üçün fəlakət və ən yaxşı halda Qarabağın tamamilə itirilməsi ilə nəticələnəcək.
İmkanınız olanda hakimiyyətin ən yüksək səviyyəsində təmsil olunanların şəxsi keyfiyyətlərinə nəzər yetirsəniz yaxşı olar.
Dinlə bağlı da fikirlərinizə qısa münasibət bildirim. Hərçənd ki, bu barədə mütəmadi olaraq köşə yazılarımda bildirmişəm. Ömrünü ateizmə həsr etmiş, din sahəsində hansısa elmi biliyə malik olmayan, insanların gözündə mənfi obraz kimi canlanan bir dövlətin din sahəsindəki fəaliyyətinə hansı töhfəni verə, yaxud dindarlara hansı nümunə ola bilər. Bir də ki, artıq bu millət nə dirilərinə, nə də ölülərinə rəhbərlik edənlərə inanmır. Ən əsas amillərdən biri də şəxsiyyətə inamdır. Şəxsiyyətlərdən söhbət düşmüşkən yenə təkrar edirəm, Sizin kimi bir insanın şəxsiyyətin tarixdə rolunu, xüsusilə islam dünyasında, bilməməsi mümkün deyil. İmkanınız olanda hakimiyyətin ən yüksək səviyyəsində təmsil olunanların şəxsi keyfiyyətlərinə nəzər yetirsəniz yaxşı olar.
Sosiloji sorğularla bağlı yazdıqlarınız çox əhəmiyyətlidir. İmkanınız olsa tabeçiliyinizdə olan institutlara baş verən intiharların səbəblərini araşdırmağı tapşırsanız ölkənin vəziyyətini daha da aydın görərsiniz.
Ramiz müəllim, insanı həyatda yaşadan ən böyük amil ümiddir. Bu gün sabah 57 yaşım olacaq. Nə qədər təəccüblü olsa da mən yenə ümidlərlə yaşayıram. 1989-cu ildə Rusiyada böyük vəzifəmi atıb Azərbaycana gələndə ümid edirdim ki, müstəqil Azərbaycan quruculuğunda yaxından iştirak edəcəm və balalarım məndən fərqli olaraq daha ədalətli cəmiyyətdə yaşayacaqlar. Sumqayıt hadisələri ilə bağlı məhkəmə prosesində təkbaşına bacardığımı etdim. Xalq hərakatını var gücümlə, bir fərd olaraq dəstəklədim.
AXC hakimiyyəti ümidimi doğrultmadı. Rəhmətlik Heydər Əliyev hakimiyyətə gələndə, bu gün hakimiyyətdən bəhrələnənlərin heç biri bəlkə də mənim qədər sevinməmişdi. Bu gün kimlərin nə deməsindən asılı olmayaraq Heydər Əliyevin 1993-1996-cı illər gördüyü işlərin əhəmiyyətini gələcək nəsillər də qeyd edəcək. 2003-cü illər İlham Əliyevin Prezident seçilməsi məni yenidən ümidləndirdi. Bu gün də ölkəmin gələcəyinə inanmaq istəyirəm.
Çünki baş verənlərdə ondan çox sistem günahkardır. Bu və digər hallara görə gəncliyimi itirilmiş sayıram və nə isə olacağına artıq ümidim qalmır. Bu gün ölkədə baş verənlərə tək ölkə Prezidenti və Siz yox, hamımız məsuliyyət daşıyırıq, sadəcə birimiz az, birimiz çox. Bu günki stabillik artıq durğunluqdur.
Hərçənd ki, gəncliyimi itirilmiş sayıram. Ancaq ictimai fəaliyyətimə görə oğlum Afrikada, Asiyada işləmək məcburiyyətindədir. “Monitor” jurnalının təsisçisi olduğum dönəmdə çoxlu sayda qohumlarım Bakıda olan bizneslərini qapadıb xaricə getdilər. Heç biri üzümə deməsə də onların qürbətdə olmalarının baiskarı olduğumu özüm bilirəm. Tək 2013-cü il mitinqində bir vətəndaş olaraq hafizlərin, arazların və digərilərinin millətimi təhqir etdiyinə görə çıxışımdan sonra illərdir tanıdıqlarım salam verməkdən qorxdular. Gəncliyimizdən başlamış uzun illər bir yerdə olduğum, bu gün yüksək vəzifədə olan dostum oğlunun toyuna çağırmadı. Bu gün ən çox narahat olduğum onunla üz-üzə gəlməkdir. Çünki baş verənlərdə ondan çox sistem günahkardır. Bu və digər hallara görə gəncliyimi itirilmiş sayıram və nə isə olacağına artıq ümidim qalmır. Bu gün ölkədə baş verənlərə tək ölkə Prezidenti və Siz yox, hamımız məsuliyyət daşıyırıq, sadəcə birimiz az, birimiz çox. Bu günki stabillik artıq durğunluqdur. Ölkədə baş verən qanunsuzluqları, insan haqlarının pozulmasını, məmur özbaşınalığını, ədalətsizlikləri, korrupsiyanın, rüşvətxorluğun tüğyan etməsini görə-görə inkişafdan danışmaq yersizdir. Vəzifəli şəxslərin gəlirlərinin gizlədilməsinə, məmur özbaşınalığına, elan olan islahatların kağız üzərində qalmasına etiraz edən gənclərin hərəsinə bir damğa vurmaqla şərlənib həbsə atılmaları, vətənlərindəki qanunsuzluqlardan baş götürüb ölkəni tərk edənlərin sayı dözülməz hal alıb. Hörmətli insanların öz maddi rifahları naminə susmalarına, bəzən də vicdanlarını, qəlblərini satmalarına, xarici sosioloji sorğularda ən pis göstəricilərə lider dövlətlər sırasında olduğumuza, məhkəmələrimizin məzxərəyə çevrilməsinə görə hər dəfə xəcalət hissi keçirirəm. Millətinə yox, ancaq güc strukturlarına etibar edən Dövlət xəstədir və təcili müalicə olunmalıdır. Hakimiyyət məmurlara yox, Xalqa arxalanmalıdır. Şah qanun yox, qanun şah olmalıdır. Qanunlar bir zümrənin yox, hamının haqqını qorumalıdır. Məhkəmələr ayrı-ayrı məmurlara yox, qanunlara tabe olmalıdırlar. Müxalifət partiyalarına dəstək Vətənə xəyanət kimi dəyərləndirilməməli, onları oturduqları binalar partladılmamalıdır. Bacarıqlı, vicdanlı, dürüst iş adamları ölkədən qaçmamalıdır. Xaricdə oxuyan gənclər, oralarda yox, Vətənlərində faydalı olmalıdırlar. Bunları etməklə balalarımıza nə isə qoymuş olarıq.
Ramiz müəllim, məni həyatda yaşadan ölkəmin yaxşı gələcəyinə olan ümidimdir. Ümidliyəm ki, mənim xaricdə yüksək təhsil almış oğullarım və onlar kimi çoxlu istedadlı gənclər qorxmadan gəlib Vətənlərində yaşayıb yaradacaqlar. Ümidliyəm, ona görə ki, elə bu hakimiyyət, bəlkə dünyada ən qoca hakimiyyət olsa da, ASAN xidmət kimi bir faydalı layihəni həyata keçirdi. Əgər bu tip bir çox layihələri enerjili gənclər həyata keçirsəydilər hansı uğurlar qazanardıq. Bu MİLLƏT ona qadirdir. Ən əsası bu Millətdə o inamı, o ümidi öldürməməkdir.
Yox, həqiqətən ölkədə köklü dəyişiklik etmək istəyirsinizsə, istefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasınlar.
Ramiz müəllim, sonda bir daha çaş-baş qalmağım barədə demək istəyirəm. Bəli, əminəm ki, Sizin yazılarınız tarixdə qalacaq. Əgər bunu öz ətrafınızı gələcəkdə sığortalamaq üçün yazmısınızsa onda hər şey aydındır. Yox, həqiqətən ölkədə köklü dəyişiklik etmək istəyirsinizsə, istefa verin və nüfuzunuzdan, təcrübənizdən istifadə edib hakimiyyəti daha sərt və mütəmadi tənqid etməklə müxalifətə başçılıq edin ki, bizi inqilablar hədəfə almasınlar.
Bununla da hər dəfə sədaqətinizi vurğuladığınız Prezident İlham Əliyevə köməklik etmiş olarsınız. Yoxsa İxtiyar Hüseynlinin öz yazısında Sizin çıxışınızın Prezident Administrasiyasının rəhbəri kimi yox, bir ziyalı çıxışı dəyərləndirməsi inandırıcı görünmür.
P.S. Həyatım boyu heç bir qruplaşmada olmamışam və olmaq fikrim yoxdur. Kimlərinsə istəyinin isə heç vaxt icraçısı olmamışam və olmayacam. Baş verənlərdə bütün qruplaşmaların payı olduğunu bilirəm. Bu yazının da nə qədər təhlükəli olduğunu gözəl anlayıram.
Mənbə
[redaktə]- Aslan İsmayılov. "Aslan İsmayılov: Hörmətli Ramiz müəllim!" ((azərb.)). amerikaninsesi.org. 2014-11-26. İstifadə tarixi: 2014-11-24.
- Aslan İsmayılov. "Vəkil Aslan İsmayilovun Ramiz Mehdiyevə açıq məktubu" ((azərb.)). meydan.tv. 2014-11-26. İstifadə tarixi: 2014-11-24.