Hər arzu hər istək nəğməyə dönüb

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Hər arzu hər istək nəğməyə dönüb
Səslənə bilməyir könül tarımda .
Bir sətir yarımçıq , bir fikir sönük
Qalır qaralanmış varaqlarımda .

Yox , gülüm , onları yandırma , dayan :
Gəzdirsin , yaşatsın hər sözü ürək .
Öz ömür yolunu başa vurmayan
Döyüşçü dostunun xatirəsitək .