Həsb-hal

Vikimənbə saytından
Həsb-hal
Müəllif: Əliqulu Qəmküsar
Bu şeri müxtəlif vaxtilə artist M.A.Əliyevə yadigar verdiyi əksinin arxasında yazmışdır. Qəmküsarın qətlindən sonra M.A.Əliyev həmin şeri “Azərbaycan" qəzetinin 1919-cu il 28 mart tarixli 145-ci nömrəsində çap etdirmişdir.
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Tesviri pürmelalımı mütləq gören zevat
Anlar keçirtmişəm necə efsürdə bir həyat,
Gəldim cəhane sanki həmişə bəta çəkim,
Könlümde vardı min eməlü min təhəssürat.
Dünyada bir merami-diiim hasil olmayır,
Yəsi olub məne bütün əcrami-kainat.
Bəs kim düşünmüşam, qırışıbdır üzüm-gözüm,
Zaye edib vücudumu işbu tefəkkürat.
Sinnim otuzda, tüklərim iştə bəyaz olub,
Köçmək sifarişin yetirib qasidi-məmat.
Qalmayıb ümid çünki həyatın beqasına,
Əksim götürtmüşəm, qala bəlkə, bu, xatirat.