Məzmuna keç

I Şah Təhmasibin Şəhzadə Səlimə məktubu

Vikimənbə saytından
I Şah Təhmasibin Şəhzadə Səlimə Azərbaycan türkcəsində məktubu
Müəllif: I Şah Təhmasib
Mənbə: Əliyarov S., Mahmudov F., Əliyeva F., Həsənova L. Azərbaycan tarixi üzrə qaynaqlar. Azərbaycan universiteti nəşriyyatı, səh. 185


Fərzəndi ərcoməndi namdar, şəhzadeyi cəvan bəxt və kamkar, nəqaveyi-səlatini- zuyiəleqtedar, xolaseyi-padşahani-ali meqdar, ləceyi-bəhri-odul və ehsan, mocəlli- asar əcdadi-rəfiuşşən, haviye- şəmail, Ləqəd xələqnəl insanə fi əhsəni təqvim. Haiz xəsail əl-əmin ətiəllahu bi qəlbi səlim məzhəri- kərimeyi- Fəbəşşirnahu biğəlami həlim.

Beyt

Derexşan gohəri əz borci şahi,
Nemudari ze əltafi İlahi.
Cahan əz pərtu rəyeş münəvvər,
Ze buyi xəlqi u aləm müəttər.

Həm əz xəlqi-kərimeş dəhr məmur,
Həm əz zati-səlimeş çeşmi- bəd dur.
Zəhi dər molki- din firuzi əz to,
Cəhan ra taleyi behruzi əz to.

Mozəffər badət dovlət neşane,
Məbada bi to yek saət zəmane.
Deleha bər arzuha kamran bad,
Hər ançe arzu xahəd həman bad.

Negini- xatəmi- Süleymani, cövhəri- dorci- kamkari və kamrani, sahib əl-məcid əl-əzəm səmi cədd əl-kərim, əəna Soltan Səlim talə bəqauhu və nalə mənahu həzrətlərin bəlağət neşan katibləri inaşasilə nəvaziş nameyi gövhərfeşanləri ömdətül əmcad və əyan miraxur Touraq ağa vasitəsilə mübarək zamandə kəlüb və əsl və məzmuni homayu­nuna mütaliə hasil olduqda fəhvayi- delqoşasində mündəric olan ayati- vəfa baesi-izdiyadi-ixlas və səfa olub. Həqqa ki, peyami- fərxəndə fərcamləri əsbabi- döv­lət və səadət intizam və atalıq və oğulluq rabitələrinə iltiyam verdi ricamız vaseq və ümidimiz sadiqdir ki bu ouza və ətvarik səfayehi- ruzigar və səfayehi-leyl və nəhar üzrə baqi və payidar qalməsi müqəddər olə. Cün həzrəti- sahibqəran səadət eqtiran ilə mabeynmizdə olan əsas əhd və misaq və bünyani məhəbbət və vəfaq manəndi səbi- şədad mohkəm və peymani-qəviyil-ərkan tutub aini- cavanani- cavan-mərdan müqtəzasınca məhək imtahan əhd ü vəfadə kamilul-əyar olmağa ehsan eylərlər.

Beyt

Əz ohdeyi əhd əgər birun ayəd mərd,
Əz hər çe goman bəri fzun ayəd mərd.

Bəd əz ihtafi- dua və səna məşhudi- rəyi səvab nəma olə ki ketabi- şərifi- bəlağət unutmanız ( ﺍﻧﺘﻤﺎﮐﺰ) muqtəzasənca şəhzadeyi- ənid Soltan Bəyazidi- nadan və cahil və rəayəti- hüquqi- pedər və bəradər və mehtərandən ğafil və layəqəl olməğin şenaət və səfahətləri binəhayət olduğinə bənim dəxi elmim hasil olmuşdur. Amma xouf və bimi- ğəzəbi- padşahi ilə ol zəmandə üzərinə hücum edən əsakiri- namütənahidən yovmə yəfərəl-mərə min əxihi halatin eynən müşahidə idicək bilzərurə qaçub. Ol silsileyi- əliyələr ilə ma­beynimizdə rabiteyi- dusti və ittihad rüsux və sədad üzrə olduğunə etimad və etiqad etməgin günahlərinə üzrxah olub və şəfaət ümidilə muxlisiniz yaninə kəlub. Bihəmdu­lillah ki bədəndiş və bədxahləriniz yanlərinə varmədi və etdugi əəmali- qəbihə və əfali- fəzihənin dəxi cəza və səzasın bulub bilfel zəbani- əcz və inkisar və etizar və istiğfarə kəlmişdur hər ayne bemüqtəzayi ehsan-ulumur ilə Allahu əl-əvf indəl qüdrət vəl-həlm indəl ğəzəb ilə əməl eyləmək və əfv və mərhəmət köstərmək moucubi- rizayi İlahi və səbəbi- xoşnudiye- həzrəti- resalət pənahidur. Xüsusən cənabi- padişah Süley­­man heşməti- mumi iləyhi tutub həzrətinizə təslim etməgi əmr və işarət itmişlər. Həqqa ki bu əsl nəsnə bənə və əcdadıma sünnət və adət olmuşdur bəlkə zəmani- sabiqdə ərbabi- cəraim və günah və tərs və bimi səlatini- cəhandən qaçub ol silsileyi səadət dəstgahi pənah edə kəlub qətl və qisas pəncəsindən xilas bulmuşlardur. Bu xüsusun husuli yəni Soltan Bəyazidin vusuli axər vəchilə mümkün və müyəssər ikən tutub köndərməkə ehtiyac yoqdur. Nameyi- şərifiniz kəndunin üzərinə qiraət olindiqdə qəbahət və şənaəti- nədamət köstərub gerye və zari ilə təzriati- bişomar eylədi. Əgər bənim günahlərimi dərxast etməzdən əvvəl bəni ol tərəfə irsal və isal idərsiniz ləhbi- qəzəbi- padşahi iştialə kılub mərhum soltan Mustafa kibi bəni dəxi həmdəmi- qətl və qital itmək müqərrərdir. Lakin siyanəti- namusi padşahisiyilə iltimasnamə yazılub mö­təmid əleyh qədimi ömdətül-azem Zeynəddin Əli ağa Yüzbaşı ilə İlçi Sənan bəy həmənan olub. Sədeyi səadət misalə irsal olindi həzrəti- padşahi- islamdən iltimasi tam oldur ki ğəriqi- bəhri asam olan soltan Bəyazidin cəraim və günahlərin bu muxlis biiştibahlərinə bağuşlayub müşarileyhin xatirinə etminan kılmək içun bir mənşuri- səadət nişan yazdirub bu müxlislərinə rəvanə idələr ki tərəfinin namusi- dövlətinə laiq olunduği üzrə ədai- xidmət olunə. Çünki ol səltənəti- dəstgahi- şəhzadeyi- səadətpənah həzrətləri bu muxlisi- biiştibahlərinə köndərdikləri məktubi- məhəbbət əsərdə pedər deyu buyurmuşlər ol fərzəndi- həmide xesaldən zəraət və ibtihal eylə. Təvəqqö olunur ki ataliq və oğilliq mərtəbəsi rəayətinə Bəyazidi- şuride­halın cərideyi- əmalinə qələmi- əfv və mərhəmət çəkub macərasini gerdabi- nesyanə buraxub ( ﺑﺮﻏﻮﺏ ) intiqamdən keçməgə ehsan olinə və bir moucub (məzmun) otufəti- məşhun inni əna əxukə fəla təbtəş zəbani- bəlağət və molatifət ilə xateri- faterini ol canibə cəlb və cəzb itməkə səy və hemmət olunə.

Beyt

Be şirinzəbani o lotf o xuşi,
Təvani ke pili be muyi keşi.

Və inayəti- nameyi- namilərilə xuddami vala məqamlərindən bir mötəmid əleyh adəm bilə köndərilə ki biz dəxi ol həzrətin rizasi möqtəzasincə amel idub adabi- səlatin və namusi- xəvaqin üzrə lazim kəlani icra idüb ol şahzadənin günahındən keçilirsə ol həsənatın səmərati həzrətinizə race vəsiatın ‏( ﻭﺳﯿﺌﺎﺗﮏ ‏) mukafatı ona aid olur.

Beyt

Nikuyi kon bedan keu ba to bəd kərd,
Kəzan bədrəxne dər eqbali xud kərd.
Çu ayini nekukari koni saz,
Nəgərdəd bər to coz an nikuyi baz.

Və şeyx Sədi Şirazi həzrətlərinin bu beyti- meşkintərazi nameyi- şərəfresanlərdə bu üslubi- mərğub üzrə təhrir və bəyan olunmış.

Beyt

Nikuyi ba bədan kərdən çenan əst,
Ke bəd kərdən be cayi nikmərdan əst.

Əgər bu beytin bərabərində bu qətə az buyurilursə morovvət və ehsanə ənsəb olməq müqərrərdir.

Beyt:

Feridun göft nəqqaşani Çin ra,
Ke in bər gerd xərgaheş beduzənd.
Bedan ra nik darid ey əzizan,
Ke nikan hər koca başənd əzizənd.

Və təbliği- risalət içun qədvətul-əzam Seyfəddin Ərəşti ağa Zülqədərlu ki atadən atayə bəxtiyar və sədaəqət şüari xidmətquzarımızdur mötəmidul-xəvas vələyan Turaq ağa ilə rəvanə qılındi əzz huzuri mofur əl-həburə iblağ və isal itmək içun bəzi əğz xəbərləri ismarlənmişdir səmi- rizayi- şərif ilə isğa olinməsi rica olunur və Turaq ağaya rəhməti- həqq və yüzaqlığinə masdəq olunsə ki həlalzadəlik üzrə təvəqqödən ziyadə xidmət etmişdur və tərəqqub olunur ki fima bəd dostluq və məhəbbət qəvaidini möhkəm tutub. Riyazi- istihbabi- cuyibar ixtisas və ittihad ilə sirab idələr və bu vilayətdə vaqe olan xədəmat və mohimmat və tohfəha və təbrikatdən xatiri- şərifə xutur idərsə adni işarət ilə rəhini- minnət buyurilə. Həmvarə müstənəd səltənət və kamkari və örnəg nesfət və şəhriyari- bəəzi- vocud porcud mozəyyən və moşərrəf bad.

Beyt

İlahi ta cəhan ra ab o rəng əst,
Fələk ra dour o qiti dər derəg əst.
Momtəi dareş əz omr o cəvani,
Zehər çizeş fozun dəh zendqani.

(7, 403-406)

Məktubun qısa məzmunu:

Süleymanın üzüyünün qaşı, dəyərli gövhər, Sultan Səlim, gövhərsaçan məktubunuzu oxu­dum və şad oldum. Aramızda olan yaxın münasibətin davam etməsinə ümid edirəm. Həzrəti-Sahibqəran Sultan Süleymanla aramızda olan atalıq və oğulluq əlaqələri, aramızda olan əsas əhd-peyman, məhəbbət və vəfa möhkəmdir.

Nəzərinizə çatdırıram ki, nadan, cahil Sultan Bəyazidin atasının sözünə baxmadığını və qardaşına qarşı çıxdığını bilirəm. Amma o, padşahdan və üstünə gələn qoşundan qorxa­­raq bizə pənah gətirib. O, böyük sülalə ilə aramızda olan dostluq əlaqələrini nəzərə ala­raq, səhvlərini başa düşüb və etdiyi əməldən peşman olub. Eyni zamanda, üzr istəyir və bağışlanmasını arzu edir. Allah bağışlayan olduğu üçün onu bağışlamağınız və mərhə­mət göstərməyiniz lazımdır, bu əməliniz həm Allaha, həm də Peyğəmbərə xoş gedər.

Cənab Süleyman padşah Bəyazidi təslim etməyimizi istəyib, mənə və əcdadıma pənah gətirənlər qətl, qisas və intiqamın pəncəsindən xilas olublar. Həmin adətə sadiq qalaraq, Sultan Bəyazidi tutub göndərməyə ehtiyac yoxdur. Nameyi-şərifinizi onun ya­nında oxuyanda peşmançılığını dilə gətirərək çox ağladı və bildirdi ki, əgər mənim günah­­larımı bağışlamadan məni o tərəfə göndərsəniz, padşahım qəzəblənəcək və mər­hum Sultan Mustafa kimi məni də qətl etdirəcək. Lakin Zeynəddin Əli ağa Yüzbaşı ilə Elçi Sinan bəyi göndərib padşahi-İslamdan xahiş etmişik ki, Sultan Bəyazidin günahlarını bağışlayıb bizi buna əmin etsinlər. İstəyimiz budur ki, atalıq və oğulluq mərtəbəsinə riayət edib Bəyazidi bağışlasın və mərhəmət göstərisin. Bir nümayəndə göndərib onun bağışlanmasını bizə bildirdikdən sonra Bəyazidi sizə təhvil verəcəyik.

Bizə sadiq xidmət edən Seyfəddin Ərəşti ağa Zülqədərlini Turaq ağa ilə bu məqsədlə sultanın hüzuruna göndərmişik və bəzi xəbərlər ismarlamışıq. Bundan sonra da dost­luğumuzun daha da möhkəmlənməsini istəyirik.

Səltənətiniz həmişə müzəyyən və müşərrəf olsun!