Kommunist Partiyasının Manifesti
Kommunist Partiyasının Manifesti (1910) Müəllif: Karl Marks və Fridrix Engels |
Mənbə: KOMMUNİST PARTİYASININ MANİFESTİ |
Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu. Köhnə Avropanın bütün qüvvələri: papa və çar, Metternix və Gizo, fransız radikalları və alman polisləri bu kabusa qarşı müqəddəs bir təqib üçün birləşmişlər.
Heç elə bir müxalifətçi partiya varmı ki, hakimiyyət başında duran düşmənləri onu kommunist partiyası adlandırıb bədnam etməsinlər? Heç elə bir müxalifətçi partiya varmı ki, istər müxalifətin nisbətən qabaqcıl nümayəndələrini, istərsə də öz irticaçı düşmənlərini kommunizmdə ittiham edib damğalamasın?
Bu faktdan iki nəticə çıxır.
Artıq bütün Avropa qüvvələri kommunizmi bir qüvvə hesab edir.
Artıq indi kommunistlərin öz baxışlarını, öz məqsədlərini, öz niyyətlərini bütün dünya qarşısında açıq söyləməli olduqları və kommunizm kabusu haqqındakı əfsanələrə qarşı partiyanın öz manifestini irəli sürməli olduqları vaxt gəlib çatmışdır.
Bu məqsədlə ən müxtəlif millətlərin kommunistləri Londonda toplaşıb ingilis, fransız, alman, italyan, flamand və Danimarka d1 Sex ustası illərində nəşr olunan aşağıdakı «Manifest»i tərtib etdilər.