Məleykə Səma

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Mündəricat

[redaktə] Vətən həsrəti

Çay batıb, çaylaq qalib,
Ceyransiz oylaq qalıb.
Dağlar qəm libasında,
El köçüb yaylaq qalıb.

Şamama qopub tağdan,
Alma düşüb budaqdan.
Ey gözümün işığı
Məni qurtar bu dağdan.

Eləmi dağlar çəkər,
Dumanı dğlar çəkər.
Çəhid bala dağını
Analar ağlar, çəkər.

Eləmi, Vətən yeri,
Yurd yeri, Vətən yeri.
Haraylayıb gəzirəm
Bülbüllər ötən yeri.

Əzizim, qala dərdi,
Yurd dərdi, qala dərdi.
Elim xoş günlər görə
Düşmənə qala dərdi.

Yuvadan üçan ağlar,
Vətəndən qaçan ağlar.
Dərdlilırin içində
Obadan köçən ağlar.


[redaktə] Laçın bayatıları

Laçın oda qalandı,
El yurddan aralandı.
Sultan bəy haraya gəl
Oban yaman talandı.

Laçın bizim, el bizim,
O sonalı göl bizim.
Qoymarıq ermənidə
Orman bizim, göl bizim.

Bülbüləm. sinəm yandı,
Od tutb yuvam yandı.
Harayıma gələn yox
Laçınım – obam yandı.

Əzizinəm Laçına,
Gəlin gedək Laçına.
Erməni nəkarıdir
Sahib çıxa Laçına.

Çeyran göldə sağ gəzər,
Bağı yanan bağ gəzər.
Laçınsız qalan ellər
Aran yerdə dağ gəzər.

Obası viran ağlar,
El ağlar, Turan ağlar.
Laçın yağı əlində
Dərdini soran ağlar.


[redaktə] Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin xatirəsinə

Mingiz getdi gül qaldı,
Yaşım gözdə sel qaldı.
Çingizi son mənzilə
Yola salan el qaldı.

Əzizim, karvana bax,
O dərdli karvana bax.
Sarvanı Çingiz qardaş
Boyanıb al qana bax.

Əzizim, dağ aşrımı,
Dumandır dağ aşrımı.
Orda bir igid ölüb
Keçmərəm sağ aşrımı.

Çingizim can verəndə,
Yarası qan verəndə.
Necə dözdünüz dağlar
Canın qurban verəndə.

Ürək viran, göz yatır,
Dağ oyanıb, düz yatır.
O qanlı xiyabanda
Səs salma Çingiz yatır.


[redaktə] Mənbə

Məleykə Səma, "Mən elimin göz yaşıyam", Bakı, "Hərbi nəşriyyat", 2001.