Maqnit sahələri və elektromaqnit dalğalarının qan dövranı sisteminə və daxili orqanlarına olan zərərli təsirinin mexanizmi və müalicəsi
Maqnit sahələri və elektromaqnit dalğalarının qan dövranı sisteminə və daxili orqanlarına olan zərərli təsirinin mexanizmi və müalicəsi (2012) Müəllif: Zeynalov Vahid Əyyub oğlu |
Məqalənin mətni "Ekspress" qəzeti N-020(3391)4-6 aprel 2012-ci il sayında azərbaycan dilində və "İrs" Наследие məcmuəsi N-2(56) sayında rus dilində dərc olunmuşdur. |
Maqnit sahələrinin və elektromaqnit dalğalarının insanın qan dövranı sisteminə və daxili orqanlarına olan zərərli təsirinin mexanizmi və müalicəsi
[redaktə]Maqnit sahələri və elektromaqnit dalğalarının insan orqanizminə təsiri
[redaktə]İnsan orqanizmi yaşadığı təbii mühitlə tam uyğunlaşmış, yüksək dərəcədə mürəkkəb bioloji sistemdir. Bu canlı sistemin yaşaması, onun bütün orqanlarının normal, qarşılıqlı funksional fəaliyyətlərindən asılıdır. Məlumdur ki, bu orqanların hər hansı birinin funksional fəaliyyəti pozularsa insan da öz sağlamlığını itirər. İnsanların xəstələnməsi hallarını törədən səbəblər olduqca müxtəlif və çoxsaylıdır. Hazırda, bu səbəblərdən az mühüm hesab etmədiyimiz bir amilin - maqnit sahələri və elektromaqnit dalğalarının insan orqanizminə olan təsirindən bəhs edəcəyik.
Məlumdur ki, təbiətdə, müasir həyatda insanlar daimi olaraq maqnit, elektromaqnit sahə və dalğalarının, yüksək gərginlikli elektrik sahələrinin təsirinə məruz qalırlar.
Son vaxtlar həyatımızda geniş istifadə olunan müasir radioelektron cihazlarının işlədilməsində tədbiq olunan müxtəlif tezlikli elektromaqnit dalğalarının və eləcə də radiolokasiya sistemlərinin işlədilməsində istifadə olunan yüksək tezlikli elektromaqnit dalğalarının insanlara olan təsirləri daima artmaqdadır. Bundan başqa Günəşdən gələn radio dalğalarından başlamış rentgen şüalarınadək, kosmosdan planetimizə çatan kosmik şüa hissəciklərinin intensivliyi, Günəş plazmasının aktivləşmə dövrlərində planetimizdə maqnit qasırğalarının baş verməsi və s. prosesləri də nəzərə almaq lazımdır.
Beləliklə, bütün bu faktorların insanlara olan təsirləri, onların yaratdıqları maqnit sahələri və elektromaqnit dalğaları ilə baş verir.
Məlumdur ki, təbiətdə maddələr hər hansı maqnit nüfuzluğuna malikdirlər və onlar öz maqnit nüfuzluqlarına görə paramaqnit (ferromaqnit) və diamaqnit xassəli maddələr qruplarına ayrılırlar.
Maddələrin atomlarında, mənfi elektrik yüklü elektronlarının öz nüvələri ətrafında hərəkətlərindən elektronların ətrafında yaranmış maqnit sahələrinin qüvvə xəttləri müxtəlif tərəflərə yönəldiyindən atomların ümumi maqnit sahələri yoxdur. Onlar neytraldırlar. Ancaq, bu maddələrə maqnitləşdirici qüvvələr (maqnit, elektromaqnit sahələri, elektromaqnit dalğaları) təsir etdikdə onların atomlarında elektronların ətrafında maqnit sahələrinin müxtəlif istiqamətlərə yönəlmiş qüvvə xətləri, dərhal nizamlanaraq, təsir edən maqnitləşdirici qüvvələr istiqamətində, yaxud onlara əks istiqamətdə nizamlanıb (paramaqnit, diamaqnit maddələr) atomların ümumi maqnit sahələrini yaratmaqla maqnitləşirlər.
Hesab edirəm ki, cansız təbiətdə olan maddələrdən fərqli olaraq, canlı orqanizmlərin tərkiblərində maddələrin atomlarında yüksək tezlikli dəyişən təbii, maqnit sahələri (canlı orqanizmlərdə maddələrin atomlarının təbii maqnit sahələrinin mənşəyi, başqa bir mövzudur) mövcuddur. Bu maqnit sahələrinin qüvvələri, orqanizmlərin daxili orqanlarının hüceyrələrinin maddələri arasında gedən bütün fizioloji, bioloji və kimyavi prosesslərin bilavasitə yaradıcı və aparıcı güvvələridir. Bu qüvvələr olmasa, canlı həyat da olmaz. Canlıların hüceyrələrində maddələrin molekulyar birləşmələrinin molekulları arasında gedən prosseslərdə, bu qüvvələrin qarşılıqlı təsirləri təbii olaraq, dəqiq müvazinətləşmişdir. Ona görə də demək olar ki, orqanizmin hər hansı sahəsinin və daxili orqanlarının hüceyrələrində maddələr arasında gedən bioloji və fizioloji prosseslərdə, maddələrin molekullarının malik olduqları təbii maqnit sahələrinin induktiv qüvvələrinin qarşılıqlı təsirlərinin nisbətləri, qismən dəyişərsə, yaxud tam itirilərsə, həmin obyektlərin mənsub olduqları daxili orqanların funksional fəaliyyətlərinin pozulmasına səbəb olar.
Maqnit sahələri və elektromaqnit dalğalarının insanın qan dövranı sisteminə və orqanizmin digər sahələrinə zərərli təsirinin mexanizmi və müalicəsi
[redaktə]Məlumdur ki, insan qanının plazması mürəkkəb tərkibli maye olmaqla tərkibində müxtəlif duzlar ( NaCl, NaHCO3 və s.) , zülallar və digər komponentlərin fraksiyaları, qeyri-üzvü birləşmələr şəklində müxtəlif kimyəvi elementlərin, o cümlədən, ferromaqnit xassəli maddələr olan dəmir, kobalt, nikel və s. elementlərin atomları vardır. Bundan başqa qan mayesində kolloidal hissəciklər şəklində, qırmızı qan zərrəcikləri-eritrositlər də vardır.
Alimlərin yazdıqlarına görə eritrositlər dairəvi müstəviciklərdən ibarət üst-üstə yığılmış dəmir pul sütunlarını xatırladan bir quruluşa malik zərrəciklərdir. Dairəvi müstəviciklərin mərkəzində, hemin əhatəsində dəmir atomları yerləşir. Bundan başqa plazmanın tərkibində dəmir, kobalt, nikel kimi ferromaqnit maddələrin qeyri-üzvü birləşmələrinin zərrəcikləri də vardır.
Eritrosit zərrəcikləri qan dövranı sisteminin damarları və kapilyarları şəbəkəsində, plazmanın müxtəlif qatlarında biri-birindən aralı və həm də asılı vəziyyətdə hərəkət edirlər. Müəyyən olunmuşdur ki, eritrositləri biri-birindən asılı vəziyyətdə saxlayan onların səhtlərində mövcud olan maqnit sahələrinin qüvvələridir. Bu qüvvələrin varlığını məşhur bioloq alim L.A.Çijevski belə ifadə etmişdir: « Магнитные силы возникающии при врашении еритроцита с его зарядами, способствують их сближению вогнутыми сторонами. Вычисления показывают, что на определенных расстояниях электрические и магнитные силы достаточно точно уравновешиваются. Это создает динамическое равновесие вращающейся радиально-кольцевой системы, которая удерживает эритроциты один около другого и в то же время препятствует их столкновению в кровотоке…»
Bu mətnin tərcüməsini isə belə ifadə etmək olar: “...eritrositlərin öz elektrik yükləri ilə fırlanmasından əmələ gələn maqnit qüvvələri onları yaxınlaşdırır. Hesablamalar göstərir ki, müəyyən olunmuş məsafələrdə elektrik və maqnit qüvvələri çox dəqiq müvazinətləşirlər. Bu isə radial-həlqəvi sistemlərin fırlanmasında dinamik müvazinət yaratmaqla eritrositləri biri-birinin yanında saxlayır və eyni zamanda qan mayesinin axınında onların toqquşmasının qarşısını alır.”
Deməli, eritrositlər arasında onları biri-birindən asılı saxlayan maqnit sahələrinin müvazinətləşmiş qüvvələr nisbəti dəyişərsə, onlar toqquşar və birləşərlər. Bunu belə izah etmək olar: maqnitləşdirici qüvvələrin xaricdən orqanizmə təsiri olduqda, eritrositlərdə hemin əhatəsində olan dəmir atomları doyum dərəcəsinədək maqnitləşirlər. Hem maddələri paramaqnit maddələr olduqlarından doyum dərəcəsi istisna olmaqla onlar da maqnitləşirlər. Ancaq maqnitləşdirici qüvvələrin təsiri yox olduqda hem maddələri dərhal maqnitsizləşirlər, dəmir atomları isə maqnit xassələrini müəyyən müddət saxlayırlar.
Xaricdən təsir edən maqnitləşdirici qüvvələr, insan bədəninin səthindən müxtəlif məsafələrdə olan daxili orqanların qan damarları və kapilyarları şəbəkəsində, diamaqnit xassəli maye olan qan plazmasının müxtəlif qatlarında hərəkət edən eritrositlərin və s. komponentlərin zərrəcikləri müxtəlif dərəcələrdə maqnitləşirlər. Odur ki, eritrosit zərrəciklərinin bəziləri az, digərləri isə daha çox maqnitləşirlər. Bu zaman qan mayesində hərəkət edən zərrəciklərin maddələrinin müxtəlif dərəcələrdə əlavə maqnitləşməsi onların səthlərinin təbii maqnit sahələri qüvvələrinin qarşılıqlı müvazinətləşmiş nisbətləri pozulur və hərəkətdə onların toqquşması baş verir. Çox maqnitləşmiş zərrəciklər, az maqnitləşmiş zərrəcikləri cəzb edərək birləşirlər. Beləliklə, qan damarları və kapilyarlarının daxili divarlarında, keçidlərində, eritrositlərin və digər komponentlərin zərrəciklərinin topluları yaranır ki, bununla orqanizmin daxili orqanlarının, yaxud hər hansı bir sahəsinin hüceyrələrinə qanın normal nəql olunması məhdudlaşır. Bu isə həmin hüceyrələrin funksional fəaliyyətlərinin qismən, yaxud tam itirilmasinə səbəb olur. Əlbəttə, orqanizmin hər hansı bir daxili orqanının və sahəsinin mikroobyektlərində gedən bioloji ,fizioloji və kimyəvi prosseslərin pozulması, onların funksional fəaliyyətlərinin dayanmasına səbəb olur.
Hesab edirəm ki, müasir həyatımızda normal yaşayış tərzi şəraitində, sağlam insan orqanizminin daxili orqanlarında, yaxud hər hansı bir sahəsində, qeyri normal hallar, narahatçılıqlar, ağrılar və s. xəstələnmələr müşahidə olunduqda, belə halların əsl məlum diaqnozu müəyyən olunmadıqda, orqanizmin daxili orqanlarının və ya hər hansı sahəsinin qan dövranı sisteminin damarları və kapilyarları şəbəkəsində, eritrositlərin və s. komponentlərin zərrəciklərinin yuxarıda göstərilən prinsipal sxemdə tıxaclarının yaranması prosseslərini nəzərə almaq lazımdır ( yəqin ki, tıxacların yaranması, orqanizmin qan dövranı sistemində qan təzyiqinin dəyişməsi ilə də müşahidə oluna bilər).
Qeyd etmək lazımdır ki, maqnitləşdirici qüvvələrin təsiri nəticəsində, orqanizmin hər hansı bir sahəsinin, eləcə də daxili orqanların hüceyrələrindəki molekulyar birləşmələrin molekullarında maddələrin atomlarıının əlavə olaraq süni maqnitləşməsi, həmin maddələrin molekulları arasında təbii maqnit sahələri qüvvələrinin dəqiq müvazinətləşmiş qarşılıqlı təsirlərinin pozulmasına gətirir. Bu da molekulyar birləşmələrdə maddələr arasında gedən bioloji, fizioloji proseslərin pozulmasına səbəb olmaqla həmin obyektlərin funksional fəaliyyətlərinin itirilməsi ilə nəticələnir.
İnsan həyatında, yuxarıda qeyd etdiyimiz təbii və süni maqnit, elektromaqnit sahələrinin, elektromaqnit dalğalarının, insanlara olan zərərli təsirlərini zərərsizləşdirmək üçün, istər orqanizmin qan dövranı sistemində, istərsə də daxili orqanlarının hüceyrələrində,atomları əlavə maqnitləşmiş maddələrin molekulyar birləşmələrinin molekullarında yaranmış maqnit sahələri neytrallaşdırılmalıdır. Maqnitsizləşdirildikdən sonra həmin obyektlərin maddələrində onların təbii maqnit sahələri tədricən bərpa olunur. Çünki, 50gs tezlikli dəyişən elektromaqnit sahəsi yaratdığı elektromaqnit dalğasının titrəyişləri, canlı maddələrdə mövcud olan, yüksək tezlikli təbii maqnit sahələrinin varlığına təsir etmir, ancaq əlavə yaranmış maqnit sahələrini neytrallaşdırır. Bununla da maddələrin təbii maqnit sahələri, eləcə də ,onların sayəsində maddələr arasında təbii bioloji və fizioloji proseslər tədricən bərpa olunur. Orqanizmi narahat edən sinptomlar bir daha müşahidə olunmur.
Maqnitsizləşdirmə əməliyyatının aparılması üçün, dəyişən cərəyanla (220v, 50gs) işləyən, maqnit sahəsi selinin istiqamətləndirən məlum elektromaqnit qurğusunun tədbiq olunmasını təklif edirəm. Bu qurğunun işlədilməsində onun yaratdığı dəyişən maqnit sahəsinin intensiv seli, insan bədəninin qan dövranı sisteminə və daxili orqanlarının hüceyrələrinin maddələrinə nüfuz edərək, 50gs titrəyişlərlə onlarda əlavə yaranmış maqnit sahələrini neytrallaşdıırır. Bu üsulu yeni bir müalicə üsulu kimi istifadə olunmasını təklif edirəm.
Dəyişən cərəyanla işləyən maqnitsizləşdirici qurğu müxtəlif güc rejimində (5÷100) vatt işləyə bilər. Qurğu, ürək və baş beyin orqanları istisna olmaqla, orqanizmin hər hansı bir orqanında və ya sahəsində xəstələnmə əlamətləri, ağrılar və s. qeyri-normal hallar müşahidə olunduqda əyani olaraq öz üzərimizdə yoxlanılmışdır. Demək olar ki, belə hallarda qurğunun istifadə olunması effektiv müalicəvi əhəmiyyət kəsb edir.
Maqnitsizləşdirici qurğunun tədbiq olunması ilə insanın qan dövranı sistemində eritrositlərin və s. komponentlərin zərrəciklərinin, eləcə də orqanizmin daxili orqanlarının hüceyrələrində, maddələrin molekulyar birləşmələrinin əlavə maqnitləşməsinin neytrallaşdırılması, həmin obyektlərin normal funksional fəaliyyətlərinin bərpa olunması prosedurunun nəticəsini yeni bir müalicə metodu hesab edirik.
Qurğunun düzəldilməsində elmi axtarışlar zamanı məlum olmuşdur ki, keçmiş SSRİ Elmlər Akademiyasının dərc etdirdiyi “Problemı eksprementalnoy i praktiçeskoy elektromaqnitobiologii” M. 1983q. Elmi işlər toplusunda maqnitobioloqiya sahəsində, insanlar üzərində aparılmış elmi əyani tibbi tədqiqatlarda, alimlərin əldə etdikləri işlərin nəticələri göstərilmişdir. Qeyd olunmuş mətni olduğu kimi veririk: “ ... исходя из этих представлений авторам удалось подобрать интенсивности переменного 50 gs МП вызывающая стойкую реакцию активацию защитных сил организма и наибольший противоопухолевый эффект эксперимента. Последнее наблюдали при МП 0,2-3,2 мТл (2-32 Ersted). Среди исследованных в интервале 0,07-50 мТл (0,7-500 Ersted). С позиций указанных представлений, можно понять «Окна биологически активных интенсивностей ЕМП описанных Эйди (87)»”.(tərcüməsi:“ ... bu anlayışlardan məlum olur ki, müəlliflər intensivliyi 50gs olan MS-nin orqanizmdə müdafiə qüvvələrinin daimi reaksiyalarının aktivləşdirilməsi ilə təcrübədə, şişlər əleyhinə ən böyük effekt verməsinin müəyyən edilməsinə nail olmuşlar. Sonuncu, 0,07- 50 mTe (0,7-500 Erstet) intervalında yoxlanılanlar arasında MS-nin 0,2-3,2 mTe (2-32 Erstet) qiymətində müşahidə olunmuşdur. Göstərilən anlayışlardan, Eydi(87) tərəfindən yazılmış “EMS intensivliklərinin bioloji aktiv pəncərəsi” aydın olur. ”
Texniki imkanlarımız daxilində düzəltdiyimiz 5 vatt güc rejimində işləyən maqnitsizləşdirici qurğunun maqnit sahəsinin induksiyası 1,95 milli Tesladır. Bu isə orqanizmdə hər hansı şişlərə qarşı immunitetin yaranmasında və müalicəsində əhəmiyyətli effekti ola bilər.