Məzmuna keç

Mey nuri cilvә eylәdi cami-bülurdәn

Vikimənbə saytından
Mey nuri cilvә eylәdi cami-bülurdәn
Müəllif: Bahar Şirvani


Mey nuri cilvә eylәdi cami-bülurdәn,
Cami-büluri gör ki, lәbalәbdi nurdәn.

Ruxsarın atәşi mәni yandırdı durdәn,
Әlbәttә, yandırar, düşә gün gәr bülurdәn.

Naz ilә bir xuramә gәl, әmvatә qıl güzәr,
Ta "mәrhәba!" sәsi gәlә әhli-qüburdәn.

Zahid sözilә kim büti-meyxanәdәn keçәr,
Özü görәk keçirmi behişt ilә hurdәn?

Ol bivәfa tutarmı vәfa ilә dәstimi,
Basmaz ayağını gözümә çün qürurdәn.

Meyxanәyә Bahar qürur ilә meyl edәr,
Zahid qüsura meyl qılır [kim] qüsurdәn.