O gözlərə baxmaram

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Bu gün sənin hər gözündə bir gülüş ,
Biri çılğın , biri tutqun , bürkülü ...
Baxışlara yad baxışlar bükülü ,
İnnən belə o gözlərə baxmaram .

Qəza gəldi , əsa gəldi deyirlər ,
Əhdini də düyçələyər iy əllər ,
Bir çalada donan suya əyilləm ,
İnnən belə o gözlərə baxmaram .

İki görüş bir baxışda görüşdü ,
İki ilmə bir yanlışda görüşdü ,
Doğru sözüm aldanışla görüşdü ,
İnnən belə o gözlərə baxmaram .

Haray , durnam , qatarımı itirdim !
Havar çəkdim , havarımı itirdim ,
Dalğasında avarımı itirdim ,
İnnən belə o gözlərə baxmaram .

İsmi dönuk , son tufanım olsa da ,
Son ümüdüm , son gümanım olsa da ,
Gündoğanım , günbatanım olsa da ,
İnnən belə o gözlərə baxmaram .


Məmməd Araz 1980 .