Qəzəl (Sabit Şəqaqi)
Görünüş
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Qəzəl Müəllif: Sabit Şəqaqi |
Mənbə: SABİT ŞƏQAQİ |
Ənbərin rayiheyi-türreyi-canan gətirir,
Lütf ilə badi-səba dərdimə dərman gətirir.
Deyirəm qasidə: get nameyi-cananı gətir,
O gedir sürət ilə qətlimə fərman gətirir.
Mən dedim iikhəti-zülfün gətir, ey badi-səba,
O gedir başıma sevdayi-pərişan gətirir.
Zülf düşgəc yüzünə didələrim əşk tökər,
Gün üzün əbr haçan bağlasa, baran gətirir.
Baxıb ol şiveyi-rəftarə, töküb qanlı yaşım,
Mən bilirdim ki, bu göz başıma çox qan gətirir.
Küfri-zülfün ürəfa rəxneyi-iman dedilər,
Bu necə küfrdü kim, hər görən iman gətirir?!
Mərdümi-didələrim hicr günü Nuhasa,
O qədər əşk tökər, axırı tufan gətirir.
Sabita, şükr elə, hər izzət üçün zillət var,
Demədin vəsl süruri qəmi-hicran gətirir?!