Qələmmisal əmin ol, qələmtəraş olma

Vikimənbə saytından
(Qәlәmmisal әmin ol, qәlәmtәraş olma səhifəsindən istiqamətləndirilmişdir)
Qələmmisal əmin ol, qələmtəraş olma
Müəllif: Yusif Nabi

Qələmmisal əmin ol, qələmtəraş olma,
Vərəqnigar kamal ol, vərəqtəraş olma!

Sepervəş eylə təhəmmül, zərrəvəş ol qəmxar,
Təsəllüt eyləmə xəlq üzrə durbaş olma!

Kəmanmisal gəc ol, tək atılma yabanə,
Xədəngi-rastrovü vaditəlaş olma!

Sərində nəşeyi-səhba ətasidir xakın,
Təəddüb eylə, rüxi-xakə cürəpaş olma!

Hərəmzadeyi-möhnət təvəllüd eyləməsin,
Zənan fikr məhal eylə, həmfəraş olma!

Qonarsa cuşi-xəridardən dərunə qubar,
Bu günə, ey gül, ümidi-xoşqumaş olma!

Dü gündə qərəz asayiş isə, ey dil,
Bədazmavü bədamuzü bədməaş olma!

Kəmanmisal kəc olma, hərasi-can etmə,
Xədəngi-rastrovü vadiyi-təlaş olgil!