Məzmuna keç

Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı

Vikimənbə saytından
Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı
Müəllif: Nəcəfqulu xan Qaradağlı (Sərşar)

Qarabağ içrə istər lalə könlüm bəs Qaradağı,
Çəkər bu həsrət odu sinəmə hər dəm qara dağı.

Bu gülşəq içrə xar oldu günlü könül quşu,
Qaçan bülbül görər ağ gün əgər olsa qara bağı.

Nə qəm düstaqlıqdan şiri üçün zəncir eyb olmaz,
Qəfəsdə bülbülü, tutini saxlayırlar nə kim, zağı.

Sirişki-laləgündən qəsdim ər gülzarlıq olsa,
Edər baği-İrəm rəşgi gözüm bir ləhzə dəhr ağı.

Əgər düşmənlərim yağı olubsa səhldir billah,
Bənə bu dostlarım bilmən neçun, yarəb, olub yağı?

Bu Sərşarın məzarında bitən lalələrin cana,
Qara dağı edər zahir bu bikəs həm Qaradağı.