Salamat qal

VikiMənbə saytından

Keçid et: naviqasiya, axtar

Salamat qal

Ey dəvə yal , düşdüm daha belindən ,
Ovsar cığır , çıxdın daha əlimdən ,
Balam çiçək , bir də öpüm telindən
Salamat qal ,
Salamat !

Duz axtaran körpə cüyür balası
Ağ daşlara körpə cığır salası ....
Qayaların su saxlayan çalası ,
Salamat qal ,
Salamat !

İldırımlar buludların pələngi ,
Paslanacaq mənsiz şimşək üzəngim .
Eh , ya qismət , a şəlaləm , a cəngim ,
Salamat qal ,
Salamat !

Bulaq gördüm - uşaq kimi ərköyün ,
Məni gəzər məndən qaçan ürkəyim .
Salamat qal bu dağlarda ürəyim .
Salamat qal ,
Salamat !