Sarı gəlin

Vikimənbə saytından
Sarı gəlin
Müəllif: Xalq mahnısı
Wikipedia logo Sarı gəlin haqqında Vikipediyada məqalə var.

Vikianbarda Sarı gəlin ilə əlaqəli mediafayllar var.

Saçın ucun hörməzlər,
Gülü sulu dərməzlər,
Sarı gəlin.
Bu sevda nə sevdadır
Səni mənə verməzlər
Neynim aman, aman
Neynim aman, aman
Sarı gəlin
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu,
Bu dərənin uzunu,
Çoban qaytar quzunu, quzunu.
Gün ola mən bir görəydim,
Nazlı yarımın üzünü.
Neynim aman, aman,
Neynim aman, aman,
Sarı gəlin.