Verməzdi kimsə kimsəyə nan, minnət olmasa

Vikimənbə saytından
(Vermәzdi kimsә kimsәyә nan, minnәt olmasa səhifəsindən istiqamətləndirilmişdir)
Verməzdi kimsə kimsəyə nan, minnət olmasa
Müəllif: Yusif Nabi

Verməzdi kimsə kimsəyə nan, minnət olmasa,
Bir məsləhət görülməz idi rüşvət olmasa.

Xəlqin miyanəsində bulunmazdı ittihad,
Məşriblərində vasiteyi-xissət olmasa.

Kəndi vücuduna böylə qılmazdı məali xəlq,
Qəsdi-nümayişi-şərəfü şövkət olmasa.

Yox biqərəz müamilə əhli-zəmanədə,
Kimsə ibadət etməz idi cənnət olmasa.

Təhsili-elmin üstünə tərcih edərmi nas,
Təhsili-məal vasiteyi-rifət olmasa.

Kəmyab idi miyani-ləimandan imtizac,
Mabeynində əlaqeyi-cinsiyyət olmasa.

Etməz zühur ərsədə bir kimsədən kərəm,
Ziminində qəsdi-daiyeyi-şöhrət olmasa.

Baxmazdı kimsə ayineyi-safə, Nabiya,
Xudbinlik əlaqəsinə alət olmasa.