Məzmuna keç

Ya rəb, kərəm et, ol büti-mehparə qayıtsın

Vikimənbə saytından
Qayıtsın
Müəllif: Heyran xanım
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Ya rəb, kərəm et, ol büti-məhparə qayıtsın,
Bir rəhm eləsin bu dili-bimarə, qayıtsın.

Bu dil ki ona mənzil idi, oldu xərabə,
Əzm etsə əgər yar, dəxi harə qayıtsın?

Şanə çəkibən çin-çin els, sal üzə zülfün,
Qüllab kimi ucları rüxsarə qayıtsın.

Mürği-dili-zarim genə avarə qalıbdır,
Zülfün xəmin aç, ta ki bu avarə qayıtsın.

Gəl rəhm elə, qoy aşiqi bir yarə yetişsin,
Ərzin eləsin ol büti-xunxarə, qayıtsın.

Çün kövkəbi-bəxtim yetişib nəhs məqamə,
Bir əmr elə, ta sabitü səyyarə qayıtsın.

Əhd et, edəsən canüvi sən sidq ilə qurban, Heyran!
Yar əgər bir də bu gülzarə qayıtsın.