Apardı könlümü bir çeşmi-məxmur

Vikimənbə saytından
(Apardı könlümü bir çеşmi-məхmur səhifəsindən istiqamətləndirilmişdir)
Apardı könlümü bir çeşmi-məxmur
Müəllif: İmadəddin Nəsimi
Mənbə: İmadəddin Nəsimi. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lider nəşriyyat", 2004. səh.251. 22 avqust 2017 tarixində arxivləşdirilib

Apardı könlümü bir çeşmi-məxmur,
Kim ola istəməz ol hüsnə məğrur.

Şərabi-lə’linizdən cür’ə içdi,
Ənəlhəq çağırır eşqində Mənsur.

Həqin əsrarını mən anda gördüm
Ki, Musa söylər idi bər-səri-Tur.

Sənin eşqində, ey Leylisifətli
Ki, Məcnun olmuşam aləmdə məşhur.

Çü Isa nöh fələk çərxinə çıxdım,
Cahanı sərtasər gördüm pür əz nur.

Nəsiminin cahanda yarı sənsən
Ki, sənsən cənnətü cənnətdəki hur