Məzmuna keç

"Əkinçi", 17 fevral 1877, №4

Vikimənbə saytından
"Əkinçi", 2 fevral 1877, №3 "Əkinçi", 17 fevral 1877, №4

"Əkinçi", 3 mart 1877, №5
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.


Müştərimizin qədəri 149, o cümlədən Dərbənddən və Dağıstanın qeyr
yerlərindən 59.


Qəzeti hər iki həftədə bir pəncĢənbə günləri çıxardacayıq. Bu sayaq ilə
gərək ildə 26 nömrə çıxsın.


Bir şəxs bizim qəzetin əvvəlinci nömrəsində əqrəba miyannıda olan kəbin
xüsusunda yazılan mətləbin və Əhsənül-Qəvaid baş çapmaq üstə yazdığı sözlərin
barəsində bir kağız yazıb, məxfi göndərib, bizə bietiqad, biədəb, biidrak, bielm
deyib, bir vərəqin üstə olmayan sözlər yazıb deyir: əgər mərdsən, bunu basdır.
Əgərçi ol cənab çox səy edib ki, özünü gizlətsin, amma onun qulaqları çox
uzun olduğuna, onların ucu çöldə qalıb. Ona binaən cənaba ey məkəs əvəzinə ey
uzunqulaq - deyib ərz edirəm ki, cənabınız top-tüfəng ilə bizi qorxuda bilmədiniz,
indi məxfi kağız ilə qorxutmaq istəyirsiniz və bir də yazırsınız ki, bizi həcv
edəcəksiniz. Əgər həcviniz pındıq sözü kimi olmasa, çap elədərik, amma təvəqqə
edirik onu aşkar göndərəsiniz, gizdin kağızı çap etməyə ixtiyarımız yoxdur.


Əvvəlinci nömrə ilə göndərilən siyahıların birisində ki, səneyi-hicrinin
ibtidası müvafiqi-səneyi-xrirstian yazılıb, belə qələt düşüb səneyi-xristianların
baĢında yazılıb səneyi-rusi, amma gərək yazıleydi səneyi-firəngi ki, onların 12 gün
təfavütü var. Məsələn, firəng və qeyr Avropa əhlinin təzə ili olanda, yəni onların
yanvarının birində rus hesabı ilə təzə ilə, yəni rusi yanvar ayının birinə 12 gün
qalmış olur.