"Əkinçi", 1 sentyabr 1877, №18
Görünüş
←"Əkinçi", 18 avqust 1877, №17 | "Əkinçi", 1 sentyabr 1877, №18 |
"Əkinçi", 15 sentyabr 1877, №19→ |
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05. |
Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.
Müştərilərimizin birisi yazır ki, sən allah sən də erməni qəzetləri kimi cəng
olan yerlərin surətini çəkdirib, qəzet ilə xalqa payla ki, hər kəs o yerlərin surətini
görüb, dava necə olmağından müxbir olsun.
Doğru deyiblər: varlığa darlıq yoxdur. Pəs belədə yoxsulluqdan da bir şey
ummaq olmaz.
Ermənilərin nəyi yoxdur və bizim nəyimiz var.
Biz ki qəzeti basdırmağa hürufat tapmırıq, cəng olan yerlərin surətini və ya
maşınların şəklini necə çəkdirək?
Vay, vay bizim halımıza ki, qeyrlərindən çox geridə qalmışıq!