Məzmuna keç

"Əkinçi", 23 iyun 1877, №13

Vikimənbə saytından
"Əkinçi", 9 iyun 1877, №12 "Əkinçi", 23 iyun 1877, №13

"Əkinçi", 7 iyul 1877, №14
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05.


Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.


Fikrimiz budur ki, bu yayda Tiflisdən cənab qubernatora xalqa məlum
eləməkdən ötrü göndərilən tellərin əlahiddə çap elədiyi qəzet ilə belə göndərək.


Cənab şahzadə sərəsgər, Qafqazın ixtiyarında hesab olunan general
Abdullah ağa Bakıxanov Bakı quberniyasına gəlib, Quba şəhərində olan zaman
Qafqazda zəxmdar olan əsgərlər üçün oranın müsəlmanlarından 233 manat siyahı
ilə cəm edib, iyun ayının 3-də cənab qubernatora göndərib və cənab qubernator o
məbləği və siyahını cənab sərdarın övrətinin qofmeysteri Tolstoya göndərib ki,
zəxmdar olanlara məsrəf olunsun.