"Əkinçi", 5 avqust 1875, №2/Meşə olan yerə ziyadə yağış yağmaqdan danışır

Vikimənbə saytından
Mal südündən yağ qayırmaqdan danışacaq "Əkinçi", 5 avqust 1875, №2

Təzə xəbərlər

Çünki meşə olan yer həmişə kölgə və sərin olur, ona binaən belə bir yer
açıq, yəni meşəsiz yerdən nəm olur. Yoxsa çox adam elə fikir edir ki, meşə yerinin
nəm olmağına səbəb o yer həmişə kölgə və sərin olmağıdır. Amma imtahan ilə
bilmək olur ki, o, yerin artıcaq nəm olmağına bir səbəb də o yerə artıcaq yağış
yağmaqdır. Bir yerə yağışın çox ya az yağmağını bir əsbab ilə imtahan edirlər ki,
şol əsbabın adına yağış ölçən deyirlər. Yağış ölçən bir ağzı gen və dibi dar qabdır
ki, onun ağzının genliyi məlumdur. Məsələn: tuli və ərzi bir arşındır. Bu qabı bir
yerə möhkəm edib onun ağzını açırlar və hər yağış yağan vaxtda o qabın içinə
tökülən suyun qədərin bilib demək olar ki, o qabın ağzı boyda bir yerə nə qədər
yağış düşübdür. Bu imtaham bir il sərasər edib bilmək olur ki, filan şəhərdə,
məsələn, bir arşın ərzi və tuli olan yerə nə qədər yağış suyu düşüb. Ol vaxtda
deyirlər ki, ol yerə ildə bir arşın ya on arşın yağış düşür, yəni şol yerə düşən
yağışın suyunu yığıb bir il saxlayıb o yerə birdən tökəndə o suyun dərinliyi bir
arşın ya on arşın olur. Belə imtahanı edən kəs gərək o yerin havasının nəm ya quru
olmağını və hündürlüyünü bilsin. Havanın nəmliyini bilmək üçün qeyri əsbab
iştənir. Keçən 1874 sənənin fevral ayından iyul ayınacan Firəngistanın Qalat adlı
meşəsində məzkur imtahanı ediblər. Ġki yerdə yağış ölçən möhkəm ediblər ki, hər
iki yerin hündürlüyü bir olsun. O yerin birisi meşənin içində və biri meşəsiz yerdə
olub. Fevralın əvvəlindən iyulacan o yerlərə düşən yağışın qədərini biliblər.
Meşədə olan yerə 192 millimetr, yəni bir arşının yüzdən iyirmi yeddi hissəsi
qədərdə yağış düşüb. Bu imtahandan belə məlum olur ki, meşə olan yerin nəm
olmağına səbəb o yer kölgə və sərin olmaqlığından savayı o yerə artıcaq yağış
yağmağı bais olur.