"Əkinçi", 9 iyun 1877, №12
Görünüş
←"Əkinçi", 26 may 1877, №11 | "Əkinçi", 9 iyun 1877, №12 |
"Əkinçi", 23 iyun 1877, №13→ |
Mənbə: Transliterasiya və tərtib edəni: Turan Həsənzadə. "Əkinçi. 1875-1877. (Tam mətni)" (PDF). kitabxana.net (az.). "Avrasiya Press". 2005. 2016-08-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-09-05. |
Elamnamə və məktub göndərən qəzeti çap elədənin adına göndərsin. Bu
qəzet çap elədir Badkubə gimnaziyasının müəllimi Həsən Məklikzadə Zərdabi.
Müştərilərimizin birisi yazır ki, sən allah, bu halda qəzeti mənə göndərmə. Mən onu qəzet hesab edib, təzə xəbərlər axtarıb, tapmayanda ürəyim xarab olur. Doğrudur, dərman-davanın çoxu insana xoş gəlməz, lakin gələcəkdə səhhətbədənlik istəyən naxoş olanda gərək dərman-dava içsin.