"7 şərt"ə 7 bənd
"7 şərt"ə 7 bənd (05.12.2020) Müəllif: [[Müəllif:Teymur Kərimli|Teymur Kərimli]] |
Mirzə Ələkbər Sabirə bənzətmə |
Nooldu, Paşinyan, bizə qoyduğun o “7 şərt”?
Qoydu KOMANDAN sənə bircə tələb – xeyli sərt!
Bunkerinin küncünə indi qısıldınmı pərt?!
İt sürüsü ordunun öfkəsi qan oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Hürdü köpəklər bizə, indi qısıb quyruğu,
Artıq eşitmir deyən, sahibinin buyruğun!
ALİ BAŞ KOMANDANIN əzdi dəmir yumruğu –
Nooldu, firəng lobbisi gəldi həyan oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Qürrələnirmiş Dana , guya gəlirmiş hədə:
Açmağa biznən savaş, içməyə öd Gəncədə...
Gəldi qəfildən nida: “Rədd ol, a dılğır gədə!”
Soy adı tüm hayların, bax, “ulayan” oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Dörd qoruma xəttini sazladı quldurbaşı,
“Arxayın ol!” söylədi həm “qaluboy” qardaşı...
Sonda yedirtdi ona əsgərimiz turş aşı,
Axta generalların asta qaçan oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Çünki sataşdın bizə, sən odunan oynadın,
Yoxsa DƏMİR YUMRUĞUN dadmamış idin dadın?
Bir şotaşot gəldi ki, çıxdı yadınnan adın...
Gəldi yenə sahibin canqutaran oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Var bəşərin tarixi, çünki deyil həmhəmə!
“Zırpı Hayastan” sözün yaxşıca süz, qoy dəmə!
Bəsdi gülünc eylədin millətini aləmə!
Yoxsa qulaqburması boş baraban oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?
Qonşuya xainliyi tərk elə, artıq bitir!
Basma müqəddəs yeri, çəkmələrin çirklidir!
Şeytana bel bağlama, Tanrıya iman gətir!
Tanrıdan üz döndərən kor-peşiman oldumu?
İndi sənə biz qoyan şərtlər əyan oldumu?