"Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının Qərarı (25 dekabr 1991-ci il)
Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında (25 dekabr 1991) Müəllif: Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası |
"Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası qərara alır:
1. 32 hərfdən İbarət latın qrafikalı Azərbaycan əlifbası kiçik dəyişikliklərlə aşağıdakı kimi sıralansın:
Aa, Bb, Cc, Çç, Dd, Ee, Əə, Ff, Gg, Ğğ, Hh, Xx, Iı, İi, Jj, Kk, Qq, Ll, Mm, Nn, Oo, Öö, Pp, Rr, Ss, Şş, Tt,
Uu, Üü, Vv, Yy, Zz
2. Latın qrafikalı Azərbaycan əlifbasının bərpası aşağıdakı əsas mərhələlərlə həyata keçirilsin:
- 1992-ci ildə:
Sentyabr ayından orta məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin.
- Orta məktəblərin yuxarı siniflərində, texniki-peşə, orta ixtisas və ali məktəblərdə latın qrafikalı əlifbanı
öyrədən fakültativ məşğələlər təşkil edilsin.
- Bütün təhsil ocaqlarında müəllimlərin və dikər işçilərin latın qrafikalı əlifbanı öyrənməsi üçün
lektoriyalar yaradılsın.
- Bütün makinaçıların, korrektorların, mətbəə işçilərinin, qəzet-jurnal, nəşriyyat əməkdaşlarının latın
qrafikalı əlifbaya yiyələnməsini təmin edən tədbirlər həyata keçirilsin.
- Respublika qəzet və jurnalları rus əlifbası ilə paralel həm də latın qrafikalı əlifbadan istifadə etsinlər.
- Poliqrafiya avadanlıqları hazırlayan müəssisələrlə müqavilələr bağlanılması, avadanlıqların alınması və
quraşdırılması təmin edilsin.
- Kitab, qəzet mətbəələrində, habelə nazirliklərin, idarələrin, institutların və sair təşkilatların poliqrafiya
sahələrində şrift təsərrüfatı tədricən yenidən qurulsun.
- Möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının
dəyişdirilməsinə başlansın.
- Xəritələr yenidən çap edilsin, şəhər, kənd, qəsəbə, küçə adlarının lövhələri, vəsiqələr, VVAQ, notariat,
statistika, uçot-hesabat sənədlərinin yenidən hazırlanmasına başlanılsın.
- Respublika televiziyası ilə latın qrafikalı əlifbanı təbliğ edən və öyrədən lektoriyalar təşkil edilsin.
Verilişlərin adları, titrlər, alanlar Yeni əlifba ilə də verilsin.
- Latın qrafikalı əlifbanı öyrənmək istəyənlər üçün ictimai əsaslarla işləyən kurslar açılsın.
- Mədəniyyət ocaqlarında latın qrafikalı əlifbanın tətbiqi həyata keçirilsin.
- Elmi-tədqiqat institutları tədricən latın qrafikalı əlifbaya keçsin.
- Azərbaycan dilinin orfoqrafiya lüğəti hazırlanıb latın qrafikalı əlifbada çap olunsun.
- Yaşayış məntəqələrində latın qrafikalı əlifbanın öyrədilməsi və təbliqi ilə məşğul olan mərkəzlər
yaradılsın.
- Küçə adlarının, vitrin və reklamların, idarə və müəssisə adlarının tədricən latın qrafikalın əlifba ilə
yazılması təmin edilsin.
1993-cü ildə:
- Orta, orta ixtisas və ali məktəb dərslikləri latın qrafikalı əlifba ilə çap edilsin.
- Orta məktəblərin ibtidai siniflərində latın qrafikalı əlifbanın öyrənilməsinə başlansın.
- Təhsil sisteminin bütün sahələri üzrə latın qrafikalı əlifbanın tətbiqi başa çatdırılsın.
- Mətbəələrin işinin latın qrafikalı əlifbaya uyğunlaşdırmaq üçün kompleks tədbirlər görülsün; materiallar
dəyişdirilsin, fotoyığım və dikər bilgisayar (kompüter) sistemi, sətirtökən maşınlar, kitab və qəzet mətbəələrinin
texniki vasitələrinin yeni əlifbaya uyğunlaşdırılması başa çatdırılsın.
- Respublikanın bütün qəzet və jurnallarının, bədii elmi-texniki, ictimai-siyasi və sair kitabların, topluların
latın qrafikalı əlifba ilə çapı təmin edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, latın qrafikalı Azərbaycan əlifbasının
bərpası üçün lazımi təşkilati tədbirlər görsün.
Azərbaycan Respublikası Ali Sovetinin sədri Bakı şəhəri, 25 dekabr 1991-ci il, № 34.