"Molla Nəsrəddin" karikaturası - "Baş üstə!"
| Bu səhifədə iş davam etməkdədir.
Müdaxilə etməyə tələsməyin!
| |
“Baş üstə!” — “Molla Nəsrəddin” jurnalının 1907-ci il, №33, 4-cü səhifəsində getmiş karikatura.
Karikaturanın təsviri
[redaktə]Karikaturada XXXIV Osmanlı sultanı II Əbdülhəmidin Avropa konsullarının Osmanlı imperiyasını bölüşdürmək planını hazırlayarkən onların qarşısında müti şəkildə dayanıb, “Baş üstə!” deyərək razılaşması təsvir olunub. Karikaturada sultan II Əbdülhəmid meymun qiyafəsində göstərilib. [1] Karikaturanın ideyası Ö.F.Nemanzadəyə aid olub. Müəllifi İosif Rotterdir. Bu karikaturaya görə jurnal bir müddət bağlanmış, Ömər Faiq Nemanzadə isə həbs olunaraq doqquz gün Metex qalasında saxlanılmışdır. [2]
Jurnala edilən ilk xəbərdarlıq
[redaktə]“Molla Nəsrəddin” jurnalı nəşr olunduğu ilk gündən Osmanlı sultanının daxili və xarici siyasətini tənqid edir, karikaturaları çəkirdi. Osmanlı hökuməti bundan çox narazı idi. İlk dəfə 1907-ci ilin mart ayında Osmanlının Tiflisdəki konsulu Feyzi bəy Rusiyanın Xarici İşlər Nazirliyinin Qafqaz canişini yanındakı sərhəd məsələləri üzrə məmuru L.S.Koxanovskiyə şikayət ərizəsi yazmışdır. Konsulun şikayətindən sonra L.S.Koxanovski müvəqqəti Tiflis general qubernatoru N.P.Timofeyevə rəsmi məktub göndərmişdir və jurnalın redaktorlarına bu mövzuya toxunmamaq tapşırılmışdır və 1907-ci ilin 8 iyun tarixindən 30 iyun tarixinə kimi bağlanmışdır. 1907-ci ilin 20 avqust tarixində jurnalda “Baş üstə!” adlı daha bir karikatura getdiyindən redaktor köməkçisi Faiq əfəndi həbs olunaraq Metex qalasına salınmışdır. [3]
Osmanlı konsulu Feyzi bəyin şikayət məktubunun mətni
[redaktə]“Molla Nəsrəddin” jurnalında, Türkiyə sultanına aid karikatura dərc edilməsini qadağan etmək haqqında Türkiyə baş konsulunun xahişi barədə Xarici İşlər Nazirliyinin Qafqaz canişini yanındakı sərhəd məsələləri üzrə məmuru L.S.Koxanovskinin müvəqqəti Tiflis general qubernatoru N.P.Timofeyevə təliqəsi

28 mart 1907-ci il Məxfi
Hörmətli cənab Nikolay Petroviç, Türkiyənin Tiflisdəki baş konsulu Feyzi bəy bu yaxınlarda mənə tatarların Tiflisdə nəşr etdirdiyi “Molla Nəsrəddin” jurnalının dörd nömrəsini - 1906-cı il 8 sentyabr tarixli №23, 1906-cı il 20 oktyabr tarixli №29, cari ilin 2 yanvar tarixli №1 və 17 mart tarixli №11-i şəxsən çatdırdı. 23-cü nömrənin son səhifəsində, 29-cu nömrənin 4-cü və 5-ci səhifələrində, 1-ci nömrənin sonuncu səhifəsində və 11-ci nömrənin 1, 4 və 5-ci səhifələrində Türk sultanı və Türkiyənin əleyhinə çəkilmiş karikaturalar barədə müfəttiş müavininə məlumat verməyimi məndən xahiş etdi. Qafqazda Rusiyanın Türkiyə ilə dostluq münasibətlərini nəzərə alaraq, sözügedən jurnalda Türk sultanı və ümumiyyətlə, Türkiyənin əleyhinə karikaturaların dərc edilməməsi üçün mümkün tədbirlərin görülməsini Əlahəzrət İmperatorun Qafqazdakı Canişininin nəzərinə məxfi şəkildə çatdırmağı məndən xahiş etdi. Zati-aliləri (konsul) Əlahəzrətin canişininə bu barədə məruzə etmək üçün mənə yuxarıda qeyd olunan nömrələri Siz həzrətlərinə göndərmək tapşırığını vermişdir. Yuxarıda qeyd edilənləri bildirərərk və jurnalın sözügedən dörd nömrəsini Siz həzrətlərin ixtiyarına həvalə edərək bu mövzuya dair məni məlumatlandırmağınızı lütf etmək şərəfini duyuram. Sizdən ali ehtiram və sədaqətimə əmin olmanızı xahiş edirəm. Sizin müti bəndəniz L. K o x a n o v s k i
General-qubernator Timofeyevin sənədə dair müvəqqəti qərarı: “Redaktordan tələb olunur” və “Redaktora türk Sultanı və Türkiyəyə dair karikaturaların çapını dayandırmaq təklif olunur” qeydi. 2/IV-1907-ci il. Gürcüstan Mərkəzi Dövlət Arxivi, f.20, op.1, iş.112, v.133. Əsli
İstinadlar
[redaktə]- ↑ Sitat səhvi: Yanlış
<ref>teqi;.”Molla Nəsrəddin”. On cilddə (1906-1931). I Cild (1906-1907). Azərbaycan Dövlət Nəşriyyatı. Bakı. 1996. s.572adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>teqi;Məmmdəli Q.M. “Molla Nəsrəddin”. Bakı, Gənclik, 1984. s.126adlı istinad üçün mətn göstərilməyib - ↑ Sitat səhvi: Yanlış
<ref>teqi;.”Molla Nəsrəddin” jurnalının nəşri tarixindən. Çaşıoğlu, 2009. s.39-44.adlı istinad üçün mətn göstərilməyib