Çıqdum ərik dalına, anda yedüm üzümi
Çıqdum ərik dalına, anda yedüm üzümi Müəllif: Yunus Əmrə |
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25. |
Çıqdum ərik dalına, anda yedüm üzümi,
Bostan issi qaqıyub der nə yersin qozumı.
Ağrılıq yapdı bana, böhtan eylədüm ana,
Çərçi də gəldi aydur, qanı, aldun qızumı.
Kərpic qoydum qazğana, poyrazilə qaynatdum,
Nədür deyü sorana bandum verdüm özini.
İplik verdüm çulxaya sarub yumaq etməmiş,
Becid-becid ısmarlar gelsün alsun bezini.
Bir sərçənin qanadın qırq qatıra yüklədüm,
Cift dəxi çəkəmədi, şöylə qaldı qazanı.
Bir sinək bir qartalı salladı urdı yerə,
Yalan dogül, gerçəkdür, bən de gördüm tozmı.
Bir küt ilə gürəşdüm əlsüz, ayağum aldı,
Gürəşüb basamadum, göyündürdi özümi.
Qaf tağından bir taşı şöylə atdılar bana,
Öyləlik yola düşdi, bozayazdı yüzümi.
Balıq qavağa çıqmış zift turşusın yeməgə.
Leylək qoduq toğurmış baq a şunun söziııi.
Gözsüzə fısıldadum, sağır sözüm eşitmiş,
Dilsüz çağırub söyler dilümdəki sözümi.
Bir öküz boğazladum, qaqıldum sərə qodum,
Öküz issi gəldi aydur, boğazladun qazumı.
Bundan da qurtulmadum, nedəsini bilmədüm,
Bir çərçi gəldi aydur, qanı, aldun gözgümi.
Tosbağaya uğradum, gözsüz sebük yoldaşı,
Sordum səfər qancaru, Qeysəriyə azimi.
Yunus, bir söz söylədün hiç bir sözə bənzəməz,
Münafiqlər əlindən örtər me’ni yüzini.