Məzmuna keç

Çələb veribiyə sana bir gün əcəl sərhəngini

Vikimənbə saytından
Çələb veribiyə sana bir gün əcəl sərhəngini
Müəllif: Yunus Əmrə
Mənbə: Yunus Əmrə. Əsərləri (PDF) (az.). "Öndər". 2004. ISBN 9952-416-00-7. 2017-05-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-05-25.

Çələb veribiyə sana bir gün əcəl sərhəngini,
Gələ görinə gözinə, azdura bənzin rəngini.

Ayda sana əmanəti, issi dilər tapşuraym,
Ala səndən əmanəti, edə sənünlə cəngini.

Əmanəti səndən ala, gövdəni qunı, boş sala,
Vəballar boynunda qala, nefsün ura gülbangini.

Malınu varın, ey paşa, xəsmün-qovümün üleşe,
Ilədələr seni, haşa, görəsin sinün təngini.

Seni sinürıde qoyalar, mənzil mübarək deyələr,
Ustinə tez-tez yumalar dünyanun xalcü səngini.

Qaranğu yerdə olasm, əməlün ilə qalasın,
Çox ah edüb söyləyesin peşmanlığunü nəngini.

Yunus, imdi tövbəyə gel, can sendəkən eylə əməl,
Eşq ilə gəl quşam gör bu dərvişlik palhəngini.