Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən
Naviqasiyaya keçin
Axtarışa keçin
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən Müəllif: Əbdülxalıq Yusif |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli (2005). XIX əsr Azərbaycan şeiri antologiyası (az). Milli Kitabxana. "Şərq-Qərb". Orijinal mənbədən 2016-03-05 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-13. |
Çəməndə naləni ögrəndi mürğani-çəmən məndən,
Qəmalud olmağı kəsb etdi bərgi-yasəmən məndən.
Zi bəs ki, eylədim hicrində nalə, ey kəmanəbru,
Sərasər təngə gəldi hər nə var əhli-vətən məndən.
Qəmi-hicrinlə var, ey laləruyum, dağ sinəmdə,
Gərək təlim ala adabi-eşqi kunkən məndən.
Gəl, ey hicranı könlüm xanəsin viran edən dilbər?
Şikayət etməyək hərgiz nə mən səndən, nə sən məndən.
Cəfa səndən, əziyyət səndən, afati-bəla səndən,
Vəfa məndən, məhəbbət məndən, izhari-həzən məndən,
Daha bəsdir, bu qədri eyləmə ahü fəğan, ey dil,
Məbadə incisin ol Yusifi-şirinsüxən məndən.