Çoban və cin

Vikimənbə saytından
Jump to navigation Jump to search
Rəvayətlər. Çoban və cin
Müəllif: Şifahi xalq ədəbiyyatı


Bir çoban çöldə gecəməli olur. Bir də baxır ki, heyvannardan biri sürüdən ayrılıp gedir. Çombağını atır bının dalınca ki, qəyitsin. Demiyəsən bir cin öz balasıynan oturupmuş yolda. Çombax gedip cinin balasına dəyir, onu yaralıyır. Cin də durup kişini vırır, kişi dəli olur. Əvdə bı çobana tas qurullar. Bir möhkəm ocax qalıyıp yanına da suynan dolu mis qab qoyullar. Bir dayirə çəkillər. Çoban durur dayirənin ortasında. Tas quran soruşur ki, bı çobanı hansıvız vırmısız. Bir cin deyir ki, mən vırmışam.

Deyir: “Niyə vırmısan?” O da deyir ki, ağacı atıp balamı yaraladı, ona görə.

Deyir ki, bə o yazıx nə bilsin ki, siz orda oturmusuz, o ki sizi görmürmüş.

Cin deyir ki, nolsun? Tas quran deyir ki, bı dəyqə bını bağışdamasan səni odda yandırıp, suda qeynədəciyəm.

Cin qorxur, çobanı bağışdıyır. Çoban da sağalır.

Mənbə[redaktə]