Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?

Vikimənbə saytından
Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?
Müəllif: Əliqulu Qəmküsar
Satirik şeir
Mənbə: Əliqulu Qəmküsar (2006). Seçilmiş əsərləri (az). "Şərq-Qərb". ISBN 978-9952-34-046-4. 2017-06-19 tarixində arxivləşdirilib. 2017-06-19 tarixində istifadə olunub.

Çox da Rusiyyədə nəşr oldu ədalət, bizə nə?
Qoymuruq biz ki, ona zərrəcə qiymət, bızə nə?

Bizə lazımdı ki, hər işdə olaq köhnəperəst,
Gəlməsin şənimizə köhnəpərəstlikdə şikəst,
Biz qəbul eytəmişik çünki onu ruzi-ələst,
Olsa hürriyyət əgər atəmə qismət, bizə ne?

Çətin islah olunar bizdə olan eybü qüsur,
O qədər mədrokə yoxdur, o qədər əqlü şüur,
Güdürük məhz ota üqbadə bizə hur, qüsur,
Yoxsa dünyada aşıb-daşsa bu nemət, bizə nə?

Etməyirsən sözüme bavər əgər, çıx o yana,
Səfor et bir Irəvan səmtinə, get Naxçıvana,
Gör nə təzim eləyirlər orada çin taxana,
Deme var orda egər min cürə bidət, bizə nə?

Hamımız çünki vanq bircə bezin bir qırağı,
tlana lən olsa, İstər qarası, istər ağı,
Ya götür Gəncəni, ya Bakını, ya Qarabağj,
Vardı hər şəhridə, hər kəndde bu söhbət, bizə nə?

Leyk hər ölkede bir cür çıxırıq meydanə,
Mailik bir çoxumuz köhnə çürük divanə,
Qorxuruq söyləməyə, açmıymq mərdanə,
Deyirik olsa da hor şokl hökumət, bizə nə?

Naxçıvan əhli demo, üç tirədır, beş tiredir,
De görüm, xədqi sədaqətli olan yer neredir?
Naxçıvan tekce deyil, dexli bunun her yerədir,
Çünki her işde deyirlər bu cəmaət, bizə nə?

Saxlayır mollalan, şeyxi danosbaz tərəfm,
Yıxılır her biri bir səmtə görür orda nəfın,
Şpiyonlar odu kim zərrəcə pozmur da kefin,
Molla, xan çünki deyir batsa da millət, bizə nə?

Güclünün dövrəsi keçdİ, ayıl, ey vəhşi əvam,
Quyruğundan götür əl, bəsdir, az eyle ikram,
İndi hər yerdə bərabərdi bütün xasile am,
GÖzün aç, söyləmə bir de, a bİqeyret, bizə nə,

İndi lazımdı bütün köhneləri rədd edesən,
Ciddi-cehd ilə tutub tazə üsulu gedəsən,
Açacaqsan gözünü bir de haçan bas gedə, sən!
Deyəcəksən genə, olsun pisə lənət, bizə nə?!

  • “Molta Nəsrəddin", 30 mart 1917, N 8