Məzmuna keç

Var (divani, Xəstə Qasım)

Vikimənbə saytından
(Ümmanı var (Xəstə Qasım) səhifəsindən istiqamətləndirilmişdir)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Var (divani, Xəstə Qasım)
Müəllif: Tikmədaşlı Xəstə Qasım
Mənbə: Sədnik Paşa Pirsultanlı. "Tikmədaşlı Xəstə Qasımın ədəbi irsinin tədqiqi" (PDF) (az.). Azərnəşr. 2011. İstifadə tarixi: 2018-08-06.

İnsan oğlu yalan demə, yalan da var,
Üzümə aydın görünmə, çiskinli duman da var.
Özünü dərya sayma, eylərəm ada səni,
Dəryaları zəbt eyləyən, dəryayi ümman da var.

Hər kəs mətləb istəsə, mətləb verən müəllimdir,
Oxuyub elmə çatanın, həmişə könlü zəlildir.
Əlinə çərəkə alan, adını qoyur alimdir,
Çərəkə açar olmaz, oxuyub qanan da var.

Kim haça çaldı, dərya neçə bölündü,
Kim süpürgə çəkdi, göyün üzü silindi.
Adəmdən, xatəmə keçən neçə min ildi,
Zülmnən bərbad eyləyib, Xeybəri alan da var.

Xəstə Qasım çağırır, qul eyləyən bərbəri,
Özü bir, adı min bir, lam şəriki qoş şiri.
Yüz uruzbanda, qılınc çaldı, iki böldü Əntəri,
Bu hünərnən, bu qeyrətnən, Qəşəm Şəm ağam da var.