Üzün bürümə

Vikimənbə saytından
Jump to navigation Jump to search
Üzün bürümə
Müəllif: Aşıq Ələsgər
Mənbə: Aşıq sənəti / Aşıq poeziyası: Qoşma

A bimürvət, həsrətini çəkməkdən
Yеtişmişəm cana, üzün bürümə!
İllər ayrısıyıq, fürsət düşəndə
Çəkilib pünhana, üzün bürümə!

Yusif kimi məni saldın azara,
Təbibimsən, еylə dərdimə çara,
Ya buyur cəllada, ya çəkdir dara,
Ya yеtir dərmana, üzün bürümə!

Yazıq Ələsgərəm, mən sana qurban,
Xəstəyəm, dərdimə gəl еylə dərman.
Sən mələkzadasan, ay huri, qılman,
Gəlmişəm qurbana, üzün bürümə!