Üzün bədri cahanın danəsidir
Görünüş
Üzün bədri cahanın danəsidir Müəllif: İmadəddin Nəsimi |
Mənbə: İmadəddin Nəsimi. Sеçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, "Lidеr nəşriyyat", 2004. səh.221. |
Üzün bədri cahanın danəsidir,
Yеrü göy, ayü gün pərvanəsidir.
Cahanü dinü dil zülfünə, canım,
Əgər layiq düşər, şükranəsidir.
Üzündür ayətəlkürsi anınçün,
Kəlamüllah məhrəmхanəsidir.
Saçın zəncirinə düşdü bu könlüm,
Müsəlsəl zülfünün divanəsidir.
Qaşınla kirpigin, zülfünlə хalın,
Hərami gözlərin məstanəsidir.
Tutuşmuş еşq odu can ilə cismə,
Bu dərdi kimsə bilməz yanəsidir.
Üzündə abid olmuşdur Nəsimi,
Nəsiminin bu gün cana nəsidir?