İgidlərə çağırış
| İgidlərə çağırış Müəllif: Almas İldırım |
Türk dostlarıma
I
Gəlin dostlar, gəlin də bir araya,
Dərman bulun qəlbimdəki yaraya,
Çarə nədir bu yazılan qaraya,
İgidlər, igidlər, daşqın igidlər,
Dərdim başımdan çox aşqın igidlər.
Yaralı bir bülbül, qırıq bir daldan,
Qoparsa bir fəryad, sən anla haldan
Söküb içimi qurtaran vəbaldan,
Elim, gülüm, halım yaman igidlər…
Fələk büsatını qurdu quralı,
Ömrüm keçdi fırtınalı, boralı,
Yaralıyam, dostlar, içdən yaralı,
Igidlər, igidlər, canım igidlər,
Qurumuş damarda qanım igidlər.
II
Genə bürünmüş al qana üfüqlər,
Genə qorxu verir mana üfüqlər,
Gebədir çətin bir ana üfüqlər,
Bu qorxunc sükutu nədir boğacaq?
Yokxsa bir qanlı günəşmi doğacaq?
İgidlər, qorxum var "yaxın"dan, "dost"dan,
Xain bir zor edər igidi postdan§
İçin ürpəşməzmi о çılğın səsdən,
Kimdir əcəb yenə bir qan qusacaq,
Omu, yoxsa tariximmi susacaq?
Dostlar, diqqət о dikilən gözlərə,
Kim qanacaq zəhər saçan sözlərə,
Bir ölüm sunmaqda dövran sizlərə,
Sipərmi istərsən, tunc köksün bir dağ,
İnanmaq istərsən, bağrını sök, baх…
III
Aman, dostum, nədən qaşlar çatıldı,
Yoxsa gücüm yabanamı atıldı?
Təmiz qana bir afyonmu qatıldı?
Nədən, böylə bu miskincə susduğun?
Nədən, söylə keçmişinə küsdügün.
Bax hirsdən çatlayır qəbrində atan,
Əcəb orda bir skletmi yatan?
Sığınmış о böyük ruha bu Vatan,
Vatan torpaq deyil, damarda qandır,
Ondan qeyri tapacaq yer, yalandır.
Hansı məlun ona uzadacaq əl,
Könüldə çarparkən bu ölməz əməl.
Gəl, ey keçmiş, keçmişdəki şanım, gəl.
Kimdir əcəb yollarımı bağlayan,
Yadınmı içimdə böylə ağlayan.
IV
Baxıb uca Qafqaslardan uzağa,
Kim meydan oxurdu rusa, kazağa,
Salıb böyük orduları tuzağa,
Kimdir yapan dörd bucağa axınlar,
Siz söyləyin, siz ey bizə yaxınlar.
О kim, bir vuruşda yıxan hər bürcü,
Önündə diz çökdü erməni, gürcü,
Nər igid qoca bir ordunun harcı*
Söylə, dostum, söylə, bunlar yalanmı?
Bir masaldan xatirəmdə qalanmı?
Harda sənin zirhin, çəlik quşağın,
Qapında serb, yunan, bolqar uşağın,
Söylə, indi narahatmı döşəyin?
İgidim, igidim, miskin igidim,
Eşqinə, baxtına küsgün igidim.
V
İgidlər… Atılın köhlən atlara,
Sarılın çəlikdən göy qanadlara,
Qoymayın yas çökə bizim yurdlara,
Igidlər, igidlər, yaman igidlər,
Yenə dağlar başı duman igidlər.
Aç, tarix söyləsin yenə bir dastan,
Silinsin о əski qılınclar pasdan,
Yaşıl bozkırların sıyrılsın yasdan,
İgidlər, igidlər, mətin igidlər,
Düşmənlə döyüşüm çətin, igidlər…
Silkin, gözüm, silkin mənim qoçağım,
Yenə çiçəklənsin yurdum, ocağım,
Yolunda ilk qurban mən olacağım,
İgidlər, igidlər, şanlı igidlər,
İntiqamı müdhiş, qanlı igidlər.
Ey gözümdə nurum, qəlbimdə qanım,
Tarixdə sözləri dinim, Quranım,
Çarpışdığım torpaq, quflu Turanım…
İgidlər, bu yanıq kəlam, igidlər,
Könlümdən sizlərə salam, igidlər.