İmdada çat, qadir Allah

Vikimənbə saytından
Allah, ölümün haqdı
Müəllif: Miskin Abdal
Mənbə: Niftalı Göyçəli (2017). "Göyçə ustadları" (antologiya), I hissə. (az). Bakı: "Elm və təhsil". ISBN 978-9952-8176-1-2. 2017-11-23 tarixində arxivləşdirilib. 2017-11-23 tarixində istifadə olunub.


Bu nə dərddi, nə bəladı,
Imdada çat, qadir Allah!
Yollarımı sellər aldı,
Imdada çat, qadir Allah!

Gözü yolda qalanım var,
Dərdə, qəmə dolanım var.
Çiçək kimi solanım var,
Imdada çat, qadir Allah!

Atam-anam yoxdu burda,
Gejə-gündüz ahu-zarda.
Abdal qaldı yaman darda,
Imdada çat, qadir Allah!