Məzmuna keç

İnsan nə ilə mükərrəm olur

Vikimənbə saytından
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İnsan nə ilə mükərrəm olur
Müəllif: Məhəmməd Hadi

| vikipediya_keçidi = | vikisitat_keçidi = | commons_keçidi = }}

Olursa mə'rifətpərvər - məlaikdən mükərrəmdir.
Yaşarsa aləmi-vəhşətdə - heyvandan da kəmtərdir.
Dəyanət elminə kəsbi-qənaət eyləyən bədbəxt
Sənayepərvəran indində naqisdir, mühəqqərdir.
Otuz il elmi-ədyanə həyatın həsr edən "alim"
Həyat ərbabına düşmən olub mövtayə rəhbərdir.
Fünuni-sən'ət ilə can verirlər cismi-biruhə,
Fəqihi-mürdədil can almaq elmində hünərvərdir.
Otursan məclisi-vəzində ləzzətyab olmaqçın,
Görürsən kim, dilində nəzrü fitrə virdü əzbərdir.
Olubdur filisufanın əlində masiva təsxir,
Bizim əllamə sehr elmində Harutə bərabərdir.
Ədibi-ruhpərvərlər olublar tərcümanülvəhy,
Bizim fəhhamə, əlhəq, lafzənlikdə süxənvərdir.
Nəzərəndazi-diqqət olsanız adəm görər filhal,
Bu bədbəxtandan xeyr olmamaq gündən də əzhərdir.
Ayıl, biçarə millət, iktisabi-elmü sən'ət qıl,
Sənaye əhli ülviyyati-alül’alə məzhərdir.
Sənaye şahrahın teyy edən əqvami-məs'udə
Tərəqqiyyati-fövqəl’adə ilə kampərvərdir.
Fünuni-nəf bəxşalə qılıblar aləmi mə'mur,
Bizim elmi-əsəfbəxşa dirəxti-xüşkü bibərdir.
Və "kərrəmna bəni-Adəm..."* nişanın hifz üçün, Hadi,
Maarif kəsbi qılmaq bizlərə əmri-peyəmbərdir.